İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?
İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?
Sual: Sualım AR Vergi Məcəlləsinin 98.5-ci maddəsinin tətbiqi ilə əlaqədardır. Bildiyiniz kimi, sözügedən maddədə işəgötürən tərəfindən işçinin yemək xərclərinin çəkilməsi işçinin vergi tutulan gəliri hesab edilməməli olduğu göstərilmişdir. Belə ki, müəssisənin işçisi özü ayrılıqda hər hansı ictimai iaşə müəssisəsində yemək yemiş və oradan aldığı NKA çekini müəssisəyə təqdim edərək ödədiyi məbləği müəssisədən geri almışdır. Bu halda işçiyə təqdim etdiyi NKA çekinə əsasən ödənilən məbləğdən gəlir vergisi hesablanmalıdırmı? Əlavə olaraq bildirək ki, müəssisə əmək haqqından gəlir vergisini AR Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablayır.