Dövlət, kommersiya və vergi sirrini yayan işçilər tam maddi məsuliyyət daşıyacaq

posted in: Xəbər | 0

Dövlət, kommersiya və vergi sirrini yayan işçilər tam həcmdə maddi məsuliyyət daşıyacaqlar.

Bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qüvvədə olan qanuna əsasən, işçi işəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

Dəyişikliyə əsasən, işçi dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda tam maddi məsuliyyət daşıyacaq.

Mənbə: banker.az

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % və yaxud 601,3 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 % artaraq 3 milyard 832,2 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,4 % artaraq 203 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 % artaraq 155 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,1 % artaraq 1 milyard 6,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 % artaraq 713,7 milyon manat təşkil edib.

Mənbə: report.az

Sahibkarlar üçün nağdsız əməliyyatlarda vergi güzəştləri genişləndirilir

Sahibkarlar üçün nağdsız əməliyyatlarda vergi güzəştləri genişləndirilir

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə təklif edilən növbəti dəyişikliklər paketi Milli Məclisin müzakirəsindədir. Strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin gücləndirilməsi və kapital qoyuluşlarının artırılması ilə bağlı hədəflər nəzərə alınmaqla hazırlanmış təkliflərin bir qismi nağdsız əməliyyatların stimullaşdırılmasını əhatə edir. İctimai iaşə sektorunda nağdsız əməliyyatların təşviqi məqsədilə mühüm vergi üstünlüklərinin tətbiqi nəzərdə tutulur.

Bunu Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Rəşad Nuriyev bildirib.

Onun sözlərinə görə, bu təklifin mahiyyəti ictimai iaşə fəaliyyəti göstərən şəxslərin POS-terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükünün azaldılmasıdır:

Qanunvericiliyə görə, 1 yanvar 2024-cü ildən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır.
Bu optimallaşmanın davamı olaraq, 2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur.
Bu təşəbbüs nağdsız dövriyyənin artmasına, iaşə müəssisələri üçün vergi yükünün azalmasına və onların maliyyə dayanıqlılığının gücləndirilməsinə xidmət edir”.

R.Nuriyev qeyd edib ki, nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində növbəti təklif sadələşdirilmiş vergi ödəyicisi olan iaşə xidməti göstərən vergi ödəyicilərinə aiddir:

Bu istiqamətdə təklif edilən təşviq 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş vergi dərəcəsinin 6 faizə endirilməsidir”.

İdarə rəisi hesab edir ki, biznesə dəstəyin və nağdsız ödənişlərin artırılmasına təkan verən bu güzəştlər “kölgə iqtisadiyyat”ı ilə mübarizəyə, fiskal şəffaflığın yüksəlməsinə müsbət təsir göstərəcək. Digər tərəfdən isə iqtisadi aktivliyin yüksəlməsini və rəqəmsal ödəniş infrastrukturunun inkişafını təmin edəcək.

Mənbə: vergiler.az

Analıq məzuniyyəti ilə bağlı yeniliklər tətbiq ediləcək

Analıq məzuniyyəti ilə bağlı yeniliklər tətbiq ediləcək

posted in: Xəbər | 0

Hamiləliyə və doğuşa görə nəzərdə tutulan məzuniyyət dəyişilir.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.

Yeni dəyişikliyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Mənbə: banker.az

Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək

1 106 107 108 109 110 111 112 2. 700