Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika davam edir

posted in: Xəbər | 0

Bu ilin sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21,368 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16 artıb, kredit kartlarının sayı isə 7 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artıb. 2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,808 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,086 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,4 faizini təşkil edib.

Mənbə: vergiler.az

Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri

Ölkədən çıxışın bloklanmasını bu üsulla yoxlamaq mümkün olacaq

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin mobil tətbiqində yeni modullar yaradılacaq.

Bununla bağlı qurum hazırlıqlara başlayıb.

Məlumata görə, təkmilləşdirmə işləri çərçivəsində çekin verilməməsi və yaxud nağdsız əməliyyat zamanı vətəndaşların şikayət/müraciət təqdim etməsi üçün xidmət (mövcud funksionallığın təkmilləşdirilməsi), ƏDV-nin qaytarılması üçün vahid kabinet (API Layer vasitəsilə), nəzarət kassa aparatı qeydiyyatı ərizəsinin ödəyici tərəfindən təsdiqi, ölkədən çıxışın bloklanmasının yoxlanması, elektron alış aktı, şəxsi hesab vərəqəsi (sadə interfeys) kimi yeniliklər nəzərdə tutulur.

Mənbə: report.az

Bankların “kəşbək”ləri kimə nə qazandırır?

Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri

posted in: Xəbər | 0

Fiziki şəxs toxumçu olaraq buğda və arpa əkir, sonra həmin məhsulun topdan və parakəndə satışını həyata keçirir. Bilmək istərdik ki, bu fəaliyyətlə məşğul olanlar 2025-2026-cı illər üzrə hansı vergilərdən azaddır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının satışı – Vergi Məcəlləsinin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi sayılır:

– Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.

Bildirilib ki, fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirləri gəlir vergisindən azad edilir.

Həmçinin, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azaddır.

Mənbə: vergiler.az

İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları

Bankların “kəşbək”ləri kimə nə qazandırır?

posted in: Xəbər | 0

Son illərdə bank kartlarından istifadə edən insanların ən çox bəyəndiyi üstünlüklərdən biri də “kəşbək”dir. “Kəşbək” kartla etdiyiniz alış-verişin müəyyən faizinin sizə geri qaytarılması deməkdir. Bəs bu hədiyyə sistemi necə işləyir? Orada tətbiq olunan faizlər necə müəyyən olunur? “Kəşbək” verən banklar, sahibkarlıq subyektləri və ümumilikdə iqtisadiyyat bundan nə qazanır? “vergiler.az” bu və digər sualları cavablandırmaq üçün ekspertlərin köməyi ilə mövzunu araşdırmağa çalışıb.

“Kəşbək” – kart sahiblərinin həyata keçirdikləri nağdsız əməliyyatlardan (alış-veriş, xidmətlər və s.) müştəriyə geri qaytarılan müəyyən faiz və ya sabit məbləğdir. Adətən bu, xərclənən vəsaitin müəyyən faizi həcmində təyin edilir. Banklar və ya kart şirkətləri market, yanacaqdoldurma məntəqəsi, restoran, onlayn alış-veriş, idman və gözəllik salonları, turistik məkanlar və s. üçün geri qaytarılan faizləri müəyyən edirlər. Məsələn: market alış-verişlərinə 3%, restoranlara 5%, onlayn alış-verişə 3,5%, digər xərclərə 1% və s. Vətəndaş kartla ödəniş etdikdə bu faizlərə uyğun məbləğ onun hesabına geri qayıdır. “Kəşbək” bəzən nağd pul kimi karta oturur, bəzən isə bonus balı şəklində toplanır və sonradan xərclənə bilir.

Mütəxəssislər vurğulayırlar ki, bankların bu addımı insanları bank xidmətlərindən daha çox yararlanmağa həvəsləndirir. Bununla yanaşı, “kəşbək”lərin tətbiq olunması ilə nağdsız ödənişlər təşviq edilir, kartlardan istifadə daha sərfəli olur.

“Kəşbək” – kart sahiblərinin həyata keçirdikləri nağdsız
əməliyyatlardan (alış-veriş, xidmətlər və s.) müştəriyə
geri qaytarılan müəyyən faiz və ya sabit məbləğdir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupunun üzvü Azər Rəsulovun sözlərinə görə, “kəşbək”lər müştəri sadiqliyini artırır, yeni müştəri cəlb edir, eyni zamanda bankın mövcud müştərilərini stimullaşdırır, tranzaksiya sayını və dövriyyə həcmini yüksəldir. Başqa sözlə, bu sistem vasitəsilə banklar öz əməliyyat gəlirlərini, onlara tərəfdaş olan ticarət və xidmət obyektləri isə satış həcmini artırır: “Bank kartlarından intensiv istifadə edən vətəndaşlar da əlavə üstünlüklər əldə edirlər. Bankların daha aktiv müştərilərə kredit, depozit və digər məhsullar təklif etməsi asanlaşır (cross-sell və up-sell imkanı). “Kəşbək” proqramı, eyni zamanda, daha çox müştəri cəlb etmək üçün ona dəyər təqdim edir, həmçinin marketinq və data-analitika üçün vacib olan davranış məlumatları verir”.

“Kəşbək” faizlərinin necə müəyyən olunmasına gəlincə, A.Rəsulov bildirib ki, şərtlər, adətən, bankın biznes məqsədi, maliyyə modelləri və tərəfdaş razılaşmalarına əsasən müəyyən edilir. Faizlərin müəyyən olunmasında məhsulun növü, məqsəd və normativlər əsas faktor kimi önə çıxır: “Kəşbək”lərin tətbiq olunmasında əsas məqsəd dövriyyəni artırmaq və yeni müştəri cəlb etməkdir. Ancaq burada da müəyyən fərqlər tətbiq olunur. Məsələn, premium kartlardan xərcləmələrə görə daha yüksək kəşbək faizləri verilir. Ümumi qayda olaraq, banklar “kəşbək” faizini özləri müəyyən edirlər. Ancaq müəyyən istinalar da ola bilər. Tutaq ki, ölkədə hər hansı xüsusi maliyyə, turizm təşviqi və ya vergi qaydaları varsa, onlar məhdudlaşdırıcı amil ola bilər. Ticarət və xidmət obyektlərinin və kart şəbəkələrinin qaydaları da hansısa məhdudiyyətlər qoya bilər”.

Qeyd etdiyimiz kimi, banklar xidmət və ticarət obyektləri üçün fərqli faizlər tətbiq edirlər. Ekspert bunu həmin obyektlərin müştəri bazası və təklif etdikləri xidmətlərin satış tezliyi ilə izah edib: “Faizlərin fərqli olması bir neçə amilə əsaslanır. Çünki hər sektorun marjası və müştəri həssaslığı fərqlidir. Məsələn, supermarketlərdə müştərilər tez-tez alış-veriş edirlər və onların sayı çoxdur. Ona görə də banklar həmin sektordakı əməliyyatlar üzrə kiçik marja tətbiq edirlər. Premium xidmətlərdə isə yüksək “kəşbək” daha cazibədardır. Burada müştəri sayını artırmaq üçün faizlər nisbətən yüksək olur. Bəzi hallarda sahibkarlar “kəşbək”in bir hissəsini özləri ödəməyi öhdəsinə götürür və buna görə daha yüksək faiz əldə etmək mümkün olur. Digər tərəfdən, müştəri davranışlarını dəyişmək və yeni vərdişlər yaratmaq üçün (məsələn, onlayn alış) yüksək “kəşbək” təklif oluna bilər”.

Müəyyən zaman aralığında bankların “kəşbək” faizlərini azaltdığını müşahidə edirik. Bu zaman bəzi müştərilər artıq kartla alış-verişin sərfəli olmadığını düşünür və kartlardan imtina etmək fikrinə düşür. A.Rəsulov bunun banklar üçün qaçılmaz olduğu qənaətindədir: “Kəşbək”lər ləğv olunarsa, banklar bəzi müştərilərini itirə bilərlər. Ancaq nəticə bankın ümumi strategiyasından və alternativ dəyər təklifindən asılıdır. Əgər müştərilər bank kartını yalnız “kəşbək” üçün istifadə edirdilərsə, onun ləğvi müəyyən problem yarada bilər. Əgər bankın digər üstünlükləri – əlavə xidmətlər, “kəşbək” əvəzinə digər loyallıq proqramı, endirimləri və s. varsa, bu təsir azalır”.

Ekspert hesab edir ki, gələcəkdə banklar kart istifadəçilərinə xüsusi kateqoriyalarda daha yüksək “kəşbək” təklif edə, pərakəndə ticarət obyektləri ilə inteqrasiya çərçivəsində loyallıq proqramları, zamana bağlı kampaniyalar təşkil edə bilərlər.

Mənbə: vergiler.az

İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları

1 107 108 109 110 111 112 113 2. 680