Read More9
Read More9

Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı artır

posted in: Xəbər | 0

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində Azərbaycanda əmək bazarının inkişafı, bu istiqamətdə normativ – hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan tənzimlənmə mexanizmlərinin tətbiqi daim diqqət mərkəzində saxlanılır.

İş yerlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərində şəffaflığın təmin edilməsi, əməkhaqlarının “ağardılması” məqsədilə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir. Bu istiqamətdə atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artırılması və əməkhaqlarının leqallaşdırılması baxımından mühüm nəticələr verib.

2025-ci ilin oktyabr ayının 1-nə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466.613 vahid artıb və 1.868.528-ə çatıb.

Oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1.011.208 təşkil edib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471.286 vahid və ya 87,3% artıb. Ümumi əmək müqavilələrinin 54,1%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. 2025-ci ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.

Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.

Mənbə: vergiler.az

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması hansı hallarda və hansı məbləğdə tətbiq olunur?

182 saylı “Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli aktivlər

Uzunmüddətli aktivlər 12 aydan daha çox müddətdə istifadə olunacaq aktivlərdir. Hesablar planının birinci bölməsinə aid olan uçot hesabları üzrə qeydə alınan belə aktivlərə uzunmüddətli maliyyə investisiyaları, cari dövriyyə aktivləri, qeyri-maddi aktivlər, uzunmüddətli kreditlər və yenidən satış üçün nəzərdə tutulmayan digər aktivlər aid edilə bilər. Satış üçün alınmış uzunmüddətli aktivləri uçota almaq üçün 205 saylı “Mallar” hesabından istifadə etmək məqsədəuyğundur, çünki onlar öz iqtisadi mahiyyətinə görə mallara yaxındır.

Uzunmüddətli maliyyə investisiyalarına aşağıdakılar nümunə göstərilə bilər:

  • qiymətli kağızlara qoyulan məbləğlər;
  • uzunmüddətli depozitlər;
  • uzunmüddətli kreditlər və sair.

Uzunmüddətli aktivlər ədalətli dəyərlə qiymətləndirilir ki, bu da bazar qiymətləri, onların əvəzlənməsi üzrə xərclər, gəlirlilik və digər bu kimi əsasında müəyyən edilə bilər.

Sair uzunmüddətli maliyyə aktivləri

Maliyyə qoyuluşları müddətinə görə uzunmüddətli və qısamüddətli kimi təsnif edilə bilər. Müəssisə qoyuluşların hansı kateqoriyaya aid olduğu dəqiq müəyyən etməlidir.  Sair uzunmüddətli maliyyə aktivlər üzrə əməliyyatlar hesablar planının 18-ci maddəsində açılmış hesablar üzrə uçota alınır. “Sair uzunmüddətli maliyyə aktivləri” maddədə  asılı və birgə müəssisələr istisna olmaqla, digər müəssisələrə qoyulan:

  • uzunmüddətli borclar;
  • investisiyalar;
  • maliyyə aktivləri ilkin dəyəri əsasında uçota alınır.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  mühasibat uçotunda tətbiq edilən hesabların tərkibini , subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir.

Həmin qaydaların 19.1 bəndinə görə  “Sair uzunmüddətli maliyyə aktivləri” maddəsinin tərkibində aşağıdakı hesablar açıla bilər:

Hesablar Planının 18-ci maddəsi üzrə açılan hesablar: Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar”, “Verilmiş uzunmüddətli borclar”, “Digər uzunmüddətli investisiyalar”, “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər”.

182 saylı “Verilmiş uzunmüddətli borclar“ hesabı 18-ci maddənin sıraca ikinci hesabıdır. Birinci 181 saylı “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabı üzrə uçot haqqında eyni adlı məqaləmizdən oxumaq olar.

“Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

182 saylı hesabda müəssisənin başqa müəssisələrə verdiyi uzunmüddətli (1 ildən artıq olan) pulların yaxud da digər borcların uçotu aparılır. Uzunmüddətli verilmiş borclar dedikdə faiz gətirən dövlət və ya fərdi istiqrazlar, digər müəssisələrə verilmiş borclar nəzərdə tutulur. İstiqraz dedikdə isə müəyyən bir müddətə, təyin edilmiş faiz dərəcəsinə, əsas borcun müddət sonunda bir dəfəyə yaxud başqa bir ödəmə formasına görə geri dönmə sözü verən maliyyə aktivi nəzərdə tutulur.

182 №li “Uzunmüddətli verilmiş borclar“ hesabı aktiv hesabdır. Hesab üzrə mühasibat uçotu subyekti tərəfindən verilmiş uzunmüddətli borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Debitor borclar verilmiş uzunmüddətli borclar kimi təsnif edilən ayrı-ayrı hallar üzrə müxabirləşmələr yuxarıda qeyd edilən qaydaların 19.10 və 19.11 bəndləri ilə tənzimlənir.

Səhmlərin buraxılması hesabına verilmiş uzunmüddətli borclara aşağıdakı mühasibat yazılışları verilir:

Db 302 Kr 301

Db 182 Kr 302

Müxabirləşmələr müvafiq subhesablar üzrə aparılır.

Uzunmüddətli verilmiş borclar ilə bağlı müxabirləşmə nümunələri aşağıda verilib.

Uzunmüddətli borcların verilməsi zamanı müxabirləşmələr

Nümunə:   “A” MMC “B” MMC-ə 2 illik faiz dərcəsi 20% olmaq şərti ilə 40000 manat uzunmüddətli borc vermişdir. Verilmiş uzunmüddətli borcla bağlı “B” MMC il ərzində 4000 manat olmaqla iki ildə 8000 manat faiz ödəməlidir.

Birinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisəyə uzunmüddətli borc verilir 182 – Uzunmüddətli verilmiş borclar 223 – Bank hesablaşma hesabları 40000.00
2 1-ci ilin faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 542 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
3 Sonrakı il üçün hesablanan faiz gəlirləri gələcək dövrün gəlirləri kimi tanınır 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 442 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
4 1-ci üçün faiz borcunun ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 4000.00
5 1-ci il üçün faizlərdən olan gəlirlərin tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 4000.00
6 1-ci il üçün olan maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 4000.00

İkinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 2-ci ilin hesablanan faiz borcu Faizlər üzrə uzunmüddətli debitor borcu kimi tanınır 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176- Faizlər üzrə uzunmüddətli debitor borcları 4000.00
2 2-ci ilin Gələcək hesabat dövrünün gəlirləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirilir 442 – Gələcək hesabat dövrünün gəlirləri 542 – Gələcək hesabat dövrünün gəlirləri 4000.00
3 2-ci ilin hesablanmış faizləri bank hesabına ödənilir 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 4000.00
4 1-ci ilin faizlərdən olan gəlirləri maliyyə gəlirləri kimi tanınır 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 4000.00
5 1-ci ilin maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanılır 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 4000.00
6 Uzunmüddətli verilmiş borcun hesablaşma hesabına qaytarılması 223 – Bank hesablaşma hesabları 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 40000.00

Torpaq, tikili və avadanlıqların istismara verilməsi

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

posted in: Xəbər | 0

Ötən il Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə çatıb. Layihə çərçivəsində paytaxt Bakı, Qusar, Göyçay, Ağcabədi, İsmayıllı, Qax, Xocalı, Qəbələ və Lənkəranda  yaşayan, aztəminatlı ailələrdən olan qızların universitetə hazırlıq xərcləri üçün təqaüd verilib. Bu il məktəbli təqaüdçülərdən 5 nəfəri ali məktəbə daxil olub. Onlardan Zeynəb Əliyeva ADPU-nun ibtidai sinif müəllimliyi, Xəyalə Mürsəlova BSU-nun tərcüməçilik, Əminə Abdullayeva AZMİU-nun dizayn, Aysel Cavadova BDU-nun ekologiya mühəndisliyi, Həmidə Əhmədzadə isə ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olub.

Ötən gün layihənin iştirakçıları və tərəfdaş qurumların rəsmi nümayəndələrinin iştirakı ilə maraqlı bir tədbir baş tutub. Tədbiri çıxış sözü ilə açan Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova layihənin nəticələrindən qürur duyduğunu bildirib. “Ötən il müxtəlif regionlardan olan qızlarımıza təqaüd imkanı yaratdığımız bu layihəyə start verəndə inanırdıq ki, nəticələri hər birimiz üçün uğurlu olacaq. Biz çox sevincliyik ki, təqaüdçülərimiz nəticələri ilə bu inamımızı doğrultdu. 5 qızımız tələbə adına layiq görüldü. Təbii ki, bütün uğurlu nəticələr əziyyət və zaman tələb edir. Biz bu müddətdə abituriyentlərimizə çox güvəndik, komandamız, mentorlarımız öz təcrübələri ilə hər an onların yanında oldu. Onlarla söhbətimizdən bir daha əmin oldum ki, layihəmizi davam etdirməli və daha çox gəncin həyatına toxunmalıyıq. Mən bankımız adından onların hər birinə yeni həyat yolunda uğurlar arzu edirəm. Biz missiyamızı bununla bitmiş hesab etmirik, hər zaman onların yanındayıq və tələbəlik illərində, daha sonrakı karyera həyatlarında dəstəyimizi yaxından hiss edəcəklər”.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək layihənin regionda yaşayan qızlarımız üçün önəmindən danışıb. “Dövlət və özəl sektorun tərəfdaşlığı xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. Biz artıq illərdir ki, regionda yaşayan qızlarımızın təhsil səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata keçiririk. “Arzumuz var!” həm qızlarımız, həm onların ailələri, həm də komandalarımız üçün maraqlı bir layihə oldu. Düşünürəm ki, tələbə adını qazanan qızlarımızın uğuru layihənin digər iştirakçıları üçün də motivasiya olacaq və biz növbəti tədris ilində daha böyük uğurun qürurunu birlikdə yaşayacağıq”.

Layihə müddətində Kapital Bank-ın layihənin icra edildiyi bölgələrdəki filial əməkdaşları qızlara mentorluq edərək, onların ali məktəblərə hazırlığına dəstək olublar. Həmçinin bu müddətdə bank əməkdaşları tərəfindən onlara “Daxili gücün kəşfi”, “Kibertəhlükəsizlik”, “Yumşaq bacarıqlar” kimi bir çox mövzularda təlimlər keçirilib. Qeyd edək ki, layihə çərçivəsində abituriyentlərin ali məktəblərə hazırlıq xərclərinin qarşılanması nəzərdə tutulsa da bank tərəfindən 5 nəfər tələbənin universitetlər üzrə illik təhsil haqları da qarşılanıb. Bank tələbələrin texnoloji yeniliklərə əlçatanlığını artırmaq üçün onlara kompüterlər də hədiyyə edib.

Qeyd edək ki, təqaüd proqramına 7 yeni iştirakçı cəlb edilib.“Arzumuz var!” layihəsi həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaratmağa davam edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Mənbə: vergiler.az

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması hansı hallarda və hansı məbləğdə tətbiq olunur?

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 8 %-ə yaxın artıb

posted in: Xəbər | 0

Bu il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 % artaraq 837,8 min olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, 9 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 7,7 % artaraq 56,9 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 % artaraq 228,5 minə çatıb.

Mənbə: report.az

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması hansı hallarda və hansı məbləğdə tətbiq olunur?

1 123 124 125 126 127 128 129 2. 680
error: Content is protected !!