Read More9
Read More9

711 saylı “Kommersiya xərclər” hesabında uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Müəssisələr kommersiya fəaliyyətində istifadə olunmuş xammal və material xərclərinin, belə fəaliyyətlə məşğul olan işçi heyəti ilə bağlı xərcləri, habelə amortizasiya və digər xərclərin uçotunu ayrıca aparmalıdırlar. Bu məqsədlə 711 saylı “Kommersiya xərcləri” hesabından istifadə edilir.

Müəssisələrdə kommersiya xərcləri nədir?

Kommersiya xərcləri istehsal prosesindən sonra, məhsulun satışa çıxarıldığı və istehlakçıya çatdırıldığı mərhələdə yaranır. Başqa sözlə, kommersiya xərcləri satışın təşkili, reklam, məhsulların daşınması və satış sonrası xidmətləri əhatə edir.

Kommersiya xərcləri idarəetmə xərclərindən fərqlənir, çünki idarəetmə xərcləri (ofis icarəsi, rəhbər heyətin maaşı və s.) bütün müəssisənin fəaliyyətini dəstəkləyir, kommersiya xərcləri isə birbaşa satış prosesinə bağlıdır. Belə xərclərə aşağıdakılar nümunə göstərilə bilər:

  • reklam və marketinq xərcləri – televiziya, radio, internet, sosial media və digər platformalarda reklamın yayımı, reklam agentliklərinə ödənişlər, marketinq tədqiqatları və aksiyaların təşkili.
  • işçi heyyətlə bağlı xərclər – buraya belə fəaliyyətlə birbaşa məşğul olan şəxslərlə bağlı xərclər aiddir (məsələn əməkhaqqı, bonus ödənişlri, həmin şəxslər üzrə hesabalanan sosial sığorta ayırmaları;
  • amortizasiya xərcləri – kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri (məsələn, satış nöqtələrinin amortizasiyaı) və sair.

711 saylı “Kommersiya xərclər” hesabı

Azərbaycan Respublikasında kommersiya müssiələri üçün Hesablar Planının tərkibi, habelə uçotun beynəlxalq standartlara uyğun aparılması Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra -“Qaydalar”) ilə tənzimlənir.

Qaydaların 53.1-ci bəndinə görə “kommersiya xərclərinin uçotu Hesablar Planının 71-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin kommersiya fəaliyyətində istifadə olunmuş xammal və material xərcləri, kommersiya fəaliyyəti ilə məşğul olan işçi heyəti ilə bağlı xərclər və işçi heyəti ilə bağlı xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları, kommersiya fəaliyyəti ilə bağlı aktivlərin amortizasiya xərcləri və kommersiya fəaliyyəti ilə bağlı digər xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.”

Maddə üzrə 711 saylı “Kommersiya xərcləri” hesabı və bu hesab üzrə aşağıdakı subhesablar açılır:

  • 711-1 saylı “Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri”;
  • 711-2 saylı “Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər”;
  • 711-3 saylı “Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları”;
  • 711-4 saylı “Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri”;
  • 711-5 saylı “Kommersiya xərcləri kimi tanınan digər xərclər”.

Hesab üzrə uçotun tənzimlənməsi

Fövqəladə xərclərin uçotu yuxarıda qeyd edilən Qaydaların 53.3 – 53.12 bəndlərinin tələblərinə uyğun aparılır.

  • kommersiya xərcləri kimi tanınan xammal və materiallarla bağlı xərc məbləğlərinə aşağıdakı kimi mühaisbat yazılışı verilir (Qaydaların 53.3, 53.4):
Debet 711-1 Kredir 201 (207)
Debet 801 Kredit 711-1
  • kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərc məbləğlərinə veriləcək müxabirləşmələr Qaydalaırn 53.5 və 53.6-cü bəndlərinin tələblərinə uyğun olaraq aşağıdakı kimi verilir:
Debet 711-2 Kredir 191 (242, 411, 441, 511, 514, 523, 533, 541 207)
Debet 801 Kredit 711-2
  • mühasibat uçotu subyektinin kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları barədə ümumiləşdirilmiş məlumatlar 711-3 saylı subhesabın debeti üzrə əks etdirilir (53.7, 53.8-ci bəndlər):
Debet 711-3 Kredir 522
Debet 801 Kredit 711-3
  • kommersiya fəaliyyəti ilə bağlı aktivlərin amortizasiya xərclərinın dəyəri barədə ümumiləşdirilmiş məlumatlar Qaydaların 53.9 və 53.10-cu bəndlərinə uyğun uçota alınır və aşağıdakı müxabirləşmələr verilir:
Debet 711-4 Kredir 102 (112, 122, 132)
Debet 801 Kredit 711-4
  • kommersiya xərcləri kimi tanınan digər xərclər barədə ümumiləşdirilmiş məlumatlar 711-5 saylı subhesabın debeti üzrə uçota alınır. Kreditlərşən hesablar Qaydalrın 53.11-ci bəndi ilə tənzimlənir. Xərclərin bağlanması 801 saylı hesabın debiti üzrə müxabirləşmə verilərək aparılır.

Hesabla bağlı mühasubat yazılışları

Nümunə: Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən ABC MMC, şirkətin anbarında olan 30000 manatlıq malları satmağa hazırlaşır. Marketinq əməkdaşlarına stışın təşkili üçün uyğun tapşırıq verilib. Satşın təşkili işləri çərçivəsində onlar 1500 manatlıq reklam işləri həyata keçiriblər. Malların satışı məqsədi ilə marketinqlə məşğul olan işçilərinə (hər birinin əməkhaqqı 1000 manatdan az deyil) kommersiya xərci kimi tanınan 5000 manat əməkhaqqı hesablanıb. Aşağıdakı cədvəldə bu əməliyyatlarla bağlı mühasibat yazılışları verilib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Şirkətin anbarında olan, satmağa hazırlaşdığı mallar 205: “Mallar” 30 000
Satışı nəzərdə tutlmuş mallar üçün reklam xərcləri 711-5: “Kommersiya xərcləri”

 

538: “Digər qısamüddətli kreditor borclar” 1 500
Marketinq mütəxəssislərinə əməkhaqqı hesablanıb 711-2: “Kommersiya xərcləri” 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları” 5 000
DSMF, əmək haqqının 15%-i 711-3: “Kommersiya xərcləri” 522: “Sosial sığorta və təminat üzrə öhdəliklər” 764

 

Əməkhaqqına görə işsizlikdən sığorta məbləği (0,5%) hesablanıb 711-3: “Kommersiya xərcləri” 523: “Digər məcburi ödənişlər” 25
Əməkhaqqına görə İTS (2%) 711-3: “Kommersiya xərcləri” 538: “Digər qısamüddətli kreditor borclar” 100
Hesabat ilinin kommersiya xərclərinin bağlanması 801: “Ümumi mənfəət (zərər)” 711: Ayrı-ayrı subhesablar üzrə 7389

Faizlər üzrə uzunmüddətli debitor borcları – 176 saylı hesab üzrə uçot

posted in: Xəbər | 0

Hesabın təyinatı

176 saylı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabı üzər uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Həmin qaydaların 18.8 bəndinə görə bu hesab “mühasibat uçotu subyekti tərəfindən verilmiş borclara, kreditlərə görə hesablanmış faizlər üzrə borcalanların ödəməli olduqları uzunmüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatları” əks etdirmək üçün nəzərdə tutulub.

Bu o deməkdir ki, əgər biz:

  • kiməsə borc yaxud kredit vermişiksə və həmin borcdan faiz gəliri əldə ediriksə;
  • amma bu faizlərin ödənilməsi 12 aydan artıq müddətdə gözlənilirsə həmin məbləğlər bu hesabda qeydə alınır.

Beləliklə, 176 saylı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabının əsas təyinatı müəssisənin uzunmüddətli maliyyə aktivlərinin tərkibindəki faizlərdən yaranan gələcək pul daxilolmalarını düzgün şəkildə uçota almaq və hesabatlarda əks etdirməkdir.

176-cı hesabın digər uzunmüddətli debitor borcları hesabları ilə əlaqəsi

Hesablar Planının 17-ci maddəsində əks etdirilən “Uzunmüddətli debitor borcları” maddəsi hesabat tarixindən sonra 12 aydan artıq müddətdə ödənilməsi gözlənilən debitor borclar barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub. 176 saylı hesab həmin maddəyə daxil olan hesablardan biridir. Digər hesablar bunlardır:

Bu hesabların hər biri uzunmüddətli debitor borclarının müxtəlif növlərini əks etdirir və müəssisənin maliyyə vəziyyətini dolğun şəkildə əks etdirmək üçün vacibdir.

“Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabında uçotun tənzimlənməsi

176-cı hesab üzrə mühasibat yazılışları zamanı yuxarıda qeyd edilən Qaydaların aşağıdakı bəndlərinin tələbləri nəzərə alınır:

  • hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən verilmiş borclara, kreditlərə görə hesablanmış faizlər üzrə – 18.10-ci bənd;
  • uzunmüddətli debitor borclarının ödənilməsi gözlənilən hissəsi qısamüddətli debitor borclarına aid edildikdə – 18.14-ci bənd;
  • əvvəllər ümidsiz borc kimi silinmiş debitorların qaytarıldıqda – 18.15-ci bənd;
  • şübhəli və ümidsiz borcları silindikdə – 18.17-ci bənd;
  • uzunmüddətli debitor borclar üzrə məzənnə fərqləri yarandıqda – 18.20-ci bənd;
  • debitor borcların müqabilində əldə edilən investisiyalar – 18.21-ci bənd.

Beynəlxalq standartlar kontekstində, 176-cı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabında mühasibat yazılışları, əsasən  BMUS 1 -“Maliyyə Hesabatlarının Təqdimatı” (IAS 1), BMUS 39 -“Maliyyə Alətləri: Tanınma və Ölçmə” (IAS 39), BMHS 9 – “Maliyyə alətləri” (IFRS 9) ilə tənzimlənir.

Bundan başqa, əgər faiz debitor borcu xarici valyutada olarsa, BMUS 21 – “Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” (IAS 21) standartına uyğun olaraq, hesabat dövrünün sonunda borcun məzənnəyə uyğun olaraq yenidən qiymətləndirilməsi tələb olunur və yaranan məzənnə fərqləri mənfəət və ya zərərə tanınır.

Azərbaycanın Mühasibat uçotu subyektləri üçün Hesablar Planı, ümumilikdə beynəlxalq mühasibat standartlarına uyğunlaşdırılıb. Bu səbəbdən, 176 saylı hesabın tətbiqi və onunla bağlı mühasibat yazılışları, beynəlxalq standartların tələblərini əks etdirir.

Hesablaşma mexanizmi və mühasibat yazılışları

Hesabat dövrü ərzində müəssisə tərəfindən verilmiş borclara və kreditlərə görə hesablanmış faizlər üzrə gəlir tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli debitor borcları aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

  • Debet: 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabı;
  • Kredit: 611 “Sair əməliyyat gəlirləri” hesabının müvafiq subhesabı (611-8 “Məzənnə fərqləri üzrə gəlirlər”) yaxud 631 “Maliyyə gəlirləri” hesablarının müvafiq subhesabı (631-1 “Faiz gəlirləri”).

Misal: Tutaq ki, müəssisə XYZ şirkətinə 5 illik borc verib və bu borc üzrə hər il 1000 AZN faiz hesablanır. Bu faiz məbləği 176 saylı hesabın debetində və 631-1 “Faiz gəlirləri” hesabının kreditində əks olunacaqdır.

176-cı “Faizlər üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri

1.Uzunmüddətli borcun ödənilmə müddəti 12 aydan azaldıqda.

Belə bir situasiyaya baxaq: “ABC” MMC 2024-cü ilin yanvar ayında bank hesabı vasitəsi ilə digər şirkətə 50 000 AZN məbləğində borc verib. Bu borcun ilkin razılaşmaya görə ödənilmə müddəti 31.03.2026-cı il idi. Lakin, 2024-cü ilin oktyabrında  qarşı tərəflə əldə olunan razılığa əsasən, bu borcun 01.12.2024-ci il tarixinə qədər ödənilməsi qərarlaşdırılıb. Verilən borca görə qarşı tərəfdən 1 000 AZN faiz gəliri alınacaq. Bu əməliyyatlarla bağlı olaraq “ABC” MMC-nin mühasibatlığında aparılan mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Tarix Əməliyyatın Təsviri Debet Hesabı Kredit Hesabı Məbləğ (AZN)
Yanvar 2024 Borcun verilməsi və uzunmüddətli borc kimi tanınması 182 “Verilmiş uzunmüddətli borclar” 223 “Bank hesablaşma hesabı” 50 000
2024 Hesablanmış faiz gəlirinin tanınması 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” 631-1 “Faiz gəlirləri” 1 000
Oktyabr 2024 Əsas borcun uzunmüddətlidən qısamüddətliyə keçirilməsi 217 “Digər qısamüddətli debitor borcları” 182 “Verilmiş uzunmüddətli borclar” 50 000
Oktyabr 2024 Faiz borcunun uzunmüddətlidən qısamüddətliyə keçirilməsi 216 “Faizlər üzrə qısamüddətli debitor borcları” 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” 1       000

216-cı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot haqqında buradan oxuya bilərsiniz.

2.Faizlər üzrə uzunmüddətli debitor borcların vaxtından əvvəl ödənilməsi

Uzunmüddətli faiz debitor borclarının vaxtından əvvəl ödənilməsi zamanı, ödənilən məbləğə uyğun olaraq pul vəsaitlərinin artması və faiz debitor borclarının azalması əks etdirilir. Ödəniş nağd və ya bank vasitəsilə həyata keçirilə bilər.

Əməliyyatın məzmunu Debet hesabı Kredit hesabı Məbləğ (AZN)
1 Faizlər üzrə uzunmüddətli debitor borcun ödənilməsi   (bank vasitəsi ilə) 223 – “Bank hesablaşma hesabları” 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” 4 000
2 Faizlər üzrə uzunmüddətli debitor borcun ödənilməsi   (kassa vasitəsilə ödənildikdə, əgər müvafiq qaydalara uyğundursa) 221 “Kassa” 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” 4 000

Bu yazılışlar, müəssisənin aktivindəki debitor borcunun pul vəsaiti ilə əvəz olunması əks etdirilir.

Əgər qaytarılan borc  əvvəllər ümidsiz borc kimi silinmişdirsə, bu halda mühasibat yazılışı aşağıdakı kimi olacaq:

Əməliyyatın məzmunu Debet hesabı Kredit hesabı Məbləğ (AZN)
1 əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar 176 “Faizlər üzrə uzunmüddətli debitor borcları” 611-6 “Ümidsiz borcların bərpası” Ödənilmiş faiz məbləğinin ƏDV-siz hissəsi

Faizlər üzrə qısamüddətli debitor borcları üzrə uçot hesablar planını 216 saylı hesabında aparılır.

İlin ortasında fəaliyyətə başlayan sahibkar 75%-lik vergi güzəştindən yararlana bilərmi?

posted in: Xəbər | 0

Sualım fərdi sahibkarlara verilən 75%-lik vergi güzəşti ilə bağlıdır. Bilmək istərdim ki, sahibkar sentyabr ayında fəaliyyətə başlayıbsa, bu güzəştdən istifadə edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Prezidentinin fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faiz artıb

2026-cı il üzrə dövlət büdcəsi layihələrinə dair qərar qəbul edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Qərar qəbul edib.

Qərarla “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.


Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az

175 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

1 127 128 129 130 131 132 133 2. 680
error: Content is protected !!