Read More9
Read More9

602 saylı “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabında uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

0Hesablar planının “Gəlirlər” bölməsi

Satılmış malların qaytarılması və ucuzlaşdırılması əməliyatları  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəssisələr üçün müəyyən edilmiş hesablar planının 602-ci hesabında uçota alınır. 602 saylı “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabı hesablar planının  6-cı “Gəlirlər” bölməsinə aiddir. Bu bölmədə müəssisələrin aşağıda qeyd edilən istiqamətlərdən daxil olan gəlirlərinin uçotu üçün ümumiləşdirilmiş məlumatları əks olunur:

  • əsas əməliyyat gəlirləri;
  • sair əməliyyat gəlirləri;
  • fəaliyyətin dayandırılmasından yaranan gəlirlər;
  • maliyyə gəlirləri;
  • fövqəladə gəlirlər.

602 saylı hesab bölmənin 60-cı “Əsas əməliyat gəlirləri” maddəsinə aid olan hesablardan biridir.

Hesablar planın “Əsas əməliyat gəlirləri” maddəsi

Müəssisələrə adi əməliyyat fəaliyyəti zamanı satışın, satılmış malların qaytarılması və ucuzlaşdırılması, habelə verilmiş güzəştlərin hərəkəti üzrə ümumiləşdirilmiş məlumatları uçota almaq vacibdir. Mühasibatlıqda belə məlumatları təqdim etmək üçün 60-cı “Əsas əməliyat gəlirləri” maddəsinə aid olan aşağıdakı hesablardan istifadə edilir:

  • 601 saylı “Satış” hesabı malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir, tikinti müqavilələri üzrə gəlir, royalti gəliri, əməliyyat icarəsi üzrə gəlir və digər əməliyyat gəliri barədə ümumiləşdirilmiş məlumatları əks etdirmək üçün nəzərdə tutulub;
  • 602 saylı hesabda satılmış malların qaytarılması və ucuzlaşdırılması barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir;
  • 603 saylı “Verilmiş güzəştlər” hesabında satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə verilmiş güzəştlər barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

Beynəlxalq mühasibat uçotu baxımından  müəssisənin gəlirləri, o cümlədən əsas əməliyatlar üzrə gəlirlər 15 saylı  “Müştərilərlə müqavilələr üzrə gəlirlər” adlı (IFRS15) standartla nizamlanır.

“Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabı üzrə tənzimləmələr

Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 46.16 bəndində müəyyən edilib: “602 saylı “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabında mühasibat uçotu subyekti tərəfindən satılmış malların qaytarılması və ucuzlaşdırılması barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Hesab üzrə tənzimləmələr həmin qaydaların 46.16-46.18 bəndləri üzrə aparılır. Bu zaman mühasibat yazılışları aşağıdakı qaydada verilir:

  • satılmış malların qaytarılması və ucuzlaşdırılması (46.16-cı bənd) – Db 602/Kr 171 (yaxud 172, 173, 211, 212, 213);
  • malların qaytarılması və ucuzlaşdırılması ilə bağlı hesablanılmış əlavə dəyər vergisi (bənd 46.16-cı bənd) – Db (521 yaxud 545 )/ Kr171 (yaxud 172, 173, 211, 212, 213);
  • satınalan müəssisə malların dəyərini ödəmişdirsə qaydalrın 46.17 bəndi tətbiq edilir, belə ki, malların qaytarılması və ucuzlaşdırılması ilə bağlı pul vəsaitlərinin qaytarılması zamanı Db602(əvvələr gəlir kimi tanınmış məbləğ) / Kr 221 (yaxud 222, 223, 225) kimi müxabirləşmə verilir;
  • yuxarıdakı hal üçün ƏDV (46.17 Db521 / Kr221 (yaxud 222, 223, 225);
  • qaydaların 46.18-cı bəndi satılmış malların qaytarılması və ucuzlaşdırılması üzrə yaranmış məbləğlərin tənzimlənməsi zamanı istifadə olunur – Db801/Kr602.

602 saylı hesab üzrə müxabirləşmə nümunəsi

Nümunə: “ABC” kompüter üçün ehtiyat hissələrin satışı ilə məşğul olur. Hər birinin maya dəyəri 90 manat olan 10 ədəd  LNM620X512G-RNNNG markalı SSD yığıcını 1000 manata satıb. Satılmış mallar üçün ödəniş həata keçirilməyib. Bir müddət sonra SSD yığıcının 1 ədədi satıcıya geri qaytarılır. Mümkün mühasibat yazılışları aşağlda verilib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Mallar satışa verilir (10*90=900) 701: “Satışın maya dəyəri” 205: “Mallar” 900.00
Subsidiyanın istifadəsi (10*100=1000) 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” 601: “Satış” 1000.00
Satışdan ƏDV hesablanıb 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” 545:”Digər qısamüddətli öhdəliklər” 180.00
Qaytarılmış malları uçota alınır (1*100) 602: “Satılmış malların qaytarılması və ya ucuzlaşdırılması” 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” 100.00
Qaytarılmış mallara görə ƏDV 545: ”Digər qısamüddətli öhdəliklər” 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” 18.00
Alıcı malın dəyərini ödəyir 223: ”Bank hesablaşma hesabı” 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” 900.00
ƏDV üzrə öhdəlik 545:”Digər qısamüddətli öhdəliklər” 521: “Vergi öhdəlikləri” 162.00
Geri qaytarılmış mallara görə satış gəıirinin azaldılması 601: “Satış” 602: “Satılmış malların qaytarılması və ya ucuzlaşdırılması” 100.00
Qaytarılmış mal anbara mədaxil edilir 205: “Mallar” 701: “Satışın maya dəyəri” 90.00
SSD yığıcı üzrə satış gəliri ümumi mənfəətə aid edilir 601: “Satış” 801: “Ümumi mənfəət (zərər)” 900.00
SSD yığıcı üzrə ümumi xərc çıxılır 801: “Ümumi mənfəət (zərər)” 701: “Satışın maya dəyəri” 810.00

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir

posted in: Xəbər | 0

2025-ci ilin iyul ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 948 min ədəd və ya 4,75 faiz artaraq 20 milyon 913 ədədə yüksəlib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 14 faizə bərabərdir. Debet ödəniş kartlarının sayı 17 faiz artsa da, kredit kartlarının sayı 7 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 faiz artıb.

2025-ci ilin iyulunda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 753 milyon manat təşkil edib ki, bunun da 7 milyard 629 milyon manatı elektron ticarətin payına düşüb. POS terminallarla 1 milyard 120 milyon, özünə xidmət terminalları və bankomatlar vasitəsilə 5 milyon manat dəyərində əməliyyatlar həyata keçirilib.

Mənbə: vergiler.az

Normadan artıq ezamiyyə xərcləri hansı qaydada vergiyə cəlb edilir?

142 saylı “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Təbii sərvətlər hansılardır?

Təbii sərvətlər (ehtiyatlar) bəşəriyyətin mövcudluğu üçün təbii şəraitin məcmusunun bir hissəsi, cəmiyyətin maddi tələbatını ödəmək üçün ictimai istehsal prosesində istifadə olunan, onu əhatə edən təbii mühitin ən mühüm komponentidir. Onlar tükənən və tükənməyən kimi iki qrupa ayrılır. Təbii sərvətlərin tükənməsi insanlar tərəfindən onların istismarı ilə bağlıdır, məsələn, faydalı qazıntıların çıxarılması (bərpa olunmayan) yaxud su enerjisindən istifadə (bərpa olunan). Təbii ehtiyatlara aşağıdakıları nümunə göstərmək olar:

  • günəş enerjisi;
  • su ehtiyatları;
  • faydalı qazıntılar;
  • dəmir filizi;
  • neft və qaz yataqları;
  • meşələr.

Təbii ehtiyatlara sonlu aktivlər də deyilir.

Təbii sərvətlərin (ehtiyatların) uçotu

Mühasibat uçotunda təbii sərvətlər uzunmüddətli aktivlər kateqoriyasına aiddir və Hesablar planının 14-cü maddəsi üzrə aşağıdakı hesablar üzrə uçota alınır:

  • 141 saylı “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı;
  • 142 saylı “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi”.

Təbii sərvətlər “Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi” adlı 6 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartında qeyd olunan meyarlara əsasən uçota alınır və tanınır.

Təbii sərvətlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının təsdiq etdiyi Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

141 saylı hesab üzrə mühasibat uçotunun aparılması haqqında “141 saylı “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı üzrə uçot” adlı məqalədən tanış ola bilərsiniz.

142 №-li “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi” hesabında mühasibat uçotu subyektinin mülkiyyətində olan təbii sərvətlərin tükənməsi üzrə məbləğlərin hərəkəti üzrə ümumiləşdirilmiş məlumatların uçotu aparılır.

Təbii ehtiyatların tükənməsi üzrə uçot

Mədən sənayesində məsrəflərin idarə edilməsində təbii sərvətlərin tükənməsi üzrə uçot mühüm rol oynayır. Tükənmənin uçotu prosesi təbii ehtiyatların məsrəflərini onların istehlak edildiyi dövr üzrə bölüşdürmək üçün istifadə edilir. Bu, təbii sərvətlərin hasilatı xərclərinin birdən-birə tanınmaqdansa, resursun istismar müddəti ərzində bölüşdürlməsininə kömək edir. Tükənmə uçotunu başa düşmək hasilat sənayesindəki müəssisələr üçün çox vacibdir, çünki bu, onlara xərcləri daha effektiv idarə etməyə və resursların idarə edilməsində düzgün qərarlar qəbul etməyə kömək edər.

Təbii ehtiyatların tükənməsinin uçotu üçün istifadə edilən 142 saylı hesab aktiv hesabdır. Bu hesaba xərc hesabı kimi deyil, yığım hesabı (yığım fondu) kimi yanaşmalıyıq. Çünki “xərc” geri dönüşü olmayan xaricolmalardır, 142 saylı “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi” hesabındakı məbləğ həmin aktiv balansdan silinən zaman nəzərə alınmaqla sonda aktivin dəyərini azaldır.

Təbii sərvətlərin tükənməsi ilə bağlı müxabirləşmə

Müxabirləşmələrə aşağıdakı nümunə əsasında baxaq.

Nümunə. Dəyəri 970 000 manat olan neft yatağının 16 il müddətində istismar ediləcəyi müəyyənləşdirilmişdir. 141 №-li “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabında yığılan məbləğ 12 il ərzində bununla bağlı çəkilən xərclərə yaxud yerin təkindən çıxarılan neftin maya dəyəri xərcinə aid ediləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Kəşfiyyat və qiymətləndirmə işlərinin dəyərinin amortizasiyası xərclərə silindikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 142 №li “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi”. 60625.00
2 Kəşfiyyat və qiymətləndirmə işlərinin dəyərinin amortizasiyası çıxarılmış mineralların maya dəyərinə aid edildikdə 204 – Hazır məhsul 142 №li “Təbii sərvətlərin (ehtiyatların) tükənməsi”. 60625.00

Mühasibat uçotu subyektinin balansında olan digər uzunmüddətli aktivlər üzrə müxabirləşmə nümunələrini buradan tapmaq olar.

132 saylı “Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı

Normadan artıq ezamiyyə xərcləri hansı qaydada vergiyə cəlb edilir?

posted in: Xəbər | 0

İşçi ölkə daxilində ezamiyyətə göndərilir. Bu zaman o, şəhərlərarası taksidən və ya şəxsi minik avtomobilindən istifadə etsə də təsdiqedici sənəd təqdim edə bilmir. Lakin şəxsi minik avtomobilindən istifadə etdikdə yanacaq ilə bağlı təsdiqedici çeklər təqdim olunur. Bu halda işçinin ezamiyyə xərcindən artıq olan yanacaq xərci və şəhərlərarası taksi xərcləri işçinin muzdlu işdən gəlirinə aid edilirmi və həmin məbləğ gəlir vergisinə və məcburi sosial sığorta haqlarının hesablanmasına cəlb olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda, faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci, 109.7-ci maddələri, Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli və Maliyyə Nazirliyinin “İşçilərin ezamiyyə qaydaları”

Mənbə: vergiler.az

Müvəqqəti əvəzetmə zamanı ödəmələrin məbləği necə müəyyən edilir?

1 143 144 145 146 147 148 149 2. 680
error: Content is protected !!