Read More9
Read More9

Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək.

Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən 2026-2029-cu illərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması, o cümlədən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması, nağdsız ödənişlərin stimullaşdırılması, kənd təsərrüfatı istehsalçılarına dəstəyin artırılması, vergi güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklərin aparılması nəzərdə tutulub.

Balıqçılıq sahəsində dəstək mexanizmləri tətbiq ediləcək

Sənəddə həmçinin, əlverişli investisiya mühitinin yaradılması, xüsusilə balıqçılıq sahəsində dəstək mexanizmlərinin tətbiqi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli istehsalın stimullaşdırılması, eləcə də daxildə istehsal olunan avtomobillərin satışına və onların idxalına dair vergi güzəştlərinin təkmilləşdirilməsi tədbirləri görüləcək.

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən subyektlərin rezidentlik statusu tənzimlənəcək

Eyni zamanda vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi, bu çərçivədə iqtisadi fəaliyyət sahələri üzrə təmir və amortizasiya xərclərinin uçotu mexanizminin təkmilləşdirilməsi, güzəşt mexanizmlərinin optimallaşdırılması, eləcədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin rezidentlik statusunun tənzimlənməsi və müvafiq güzəştlərdən yararlanmasının təmin olunması tədbirləri görüləcək.

Mənbə: apa.az

Məsuliyyətli borclanma: kredit rəsmiləşdirilərkən nələr nəzərə alınır?

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılır

posted in: Xəbər | 0

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılır.

Bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Məlumata görə, qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinin nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsinə səbəb olacaq.

Qeyd edək ki, növbəti il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaları 2 milyard 379.3 milyon manat, 2027-ci ildə 2 milyard 840 milyon manat, 2028-ci ildə 3 milyard 87 milyon manat, 3 milyard 350 milyon manat proqnozlaşdırılır.

Əlavə edək ki, bu vergi fiziki şəxslərin müxtəlif mənbələrdən əldə etdikləri gəlirlərdən tutulur və onun ödəyicilərinin dairəsi kifayət qədər genişdir. Belə ki, muzdlu işdən (əmək haqqı, mükafat və bonuslardan), sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətdən, icarə haqlarından (kirayə gəlirləri), dividendlərdən və faizlərdən, royalti əmlakın (məsələn, mənzil, torpaq və ya obyektin) satışından qazanc əldə edildikdə və həmçinin yarışlar, lotereyalar, müsabiqələr kimi təsadüfi gəlirlərdən — bütün bu mənbələrdə fiziki şəxslər gəlir vergisi ödəməli olurlar.

Mənbə: apa.az

Məsuliyyətli borclanma: kredit rəsmiləşdirilərkən nələr nəzərə alınır?

Bazarlarda vergi uçotunun tənzimlənməsi rəsmiləşdirmədəki çətinlikləri aradan qaldıracaq

posted in: Xəbər | 0

Məlum olduğu kimi, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər cari ilin oktyabrın 1-dən qüvvəyə minib. Bu dəyişikliklər bazarlarda fəaliyyət göstərən bütün şəxslərin qanunvericiliyə uyğun leqal şəkildə fəaliyyət göstərməsini təmin etməyə və qanunsuz sahibkarlığın qarşısını almağa yönəlib.

Sahibkarlardan və bazar mülkiyyətçilərindən tələb olunan nədir?

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınmasından sonra mümkündür. Bu öhdəlik bazar mülkiyyətçiləri tərəfindən təmin edilməlidir. Qanunvericiliyin yeni tələblərinə görə, bazar mülkiyyətçiləri icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən vergi ödəyiciləri barədə məlumat formasını rübdə 1 dəfə vergi orqanlarına təqdim etməlidirlər.

Eyni zamanda, cari ilin 1 oktyabr tarixindən etibarən növbəti 6 ay ərzində bazar mülkiyyətçiləri vergi orqanında uçota alınmamış təsərrüfat obyektlərinin (mağaza, ticarət obyekti, anbar) və həmin obyekti icarəyə götürən şəxslərin uçota alınmasını təmin etməlidirlər.

Dəyişiklik nəyə xidmət edəcək?

Sözügedən dəyişikliklərin əsas məqsədi qeyri-qanuni, uçotsuz fəaliyyət göstərən, istehlakçı hüquqlarını pozan sahibkarların fəaliyyətinin qarşısının alınması və onların vergi uçotuna alınmasını təmin etməkdir.

Vergi uçotundan kənar fəaliyyət göstərən bazarlarda alış zamanı çox zaman ödəniş sənədləri (çek, qəbz) təqdim edilmir. Bu isə istehlakçının hüquqlarının pozuntusuna, malların dəyişdirilməsi və ya qaytarılması zamanı problemlərin yaranmasına səbəb olur.

Yeni mexanizm bu problemlərin qarşısını almaqla istehlakçı hüquqlarının qorunmasına və şəffaf bazar münasibətlərinin formalaşmasına xidmət edəcək. Ümumilikdə bu addımlar iqtisadi artıma və sosial rifahın yüksəlməsinə töhfə verəcəkdir.

Hansı bazarlardan söhbət gedir?

Burada söhbət kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, digər bazarlardan gedir. Yəni, vergi qanunvericiliyinin sözügedən müddəaları kənd təsərrüfatı məhsullarının satışı bazarları istisna olmaqla, tikinti, geyim, qeyri-ərzaq, sənaye və digər məhsulların satış bazarları, ticarət mərkəzləri, eləcə də AVM-lərdə fəaliyyət göstərən şəxsləri əhatə edir.

Qanunsuz sahibkarlıqla mübarizə

Son illərdə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən ardıcıl şəffaflaşdırma tədbirləri həyata keçirilib. Nəticədə biznes mühitində əhəmiyyətli dərəcədə “ağarma” müşahidə olunur. Əmtəə zəncirinin bütün mərhələlərində rəsmiləşdirmə ildən-ilə artır və qanunsuz mal dövriyyəsinin və qeyri-rəsmi satış mənbələrinin aradan qaldırılması istiqamətində nəzarətin artırılması və tədbirlərin görülməsi davam etdirilir.

Bazarlar müxtəlif sahibkarların birgə fəaliyyət göstərdiyi əmlak kompleksi olmaqla yanaşı, bazar mülkiyyətçiləri həmin sahibkarların fəaliyyətini əlaqələndirmək və təşkil etmək kimi vəzifələr daşıyırlar.

Bazarlarda qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bazar mülkiyyətçilərinin prosesdə fəal iştirakı vacibdir. Yeni mexanizm həmçinin bazarlarda çalışan, lakin aldığı malları sənədləşdirməyən sahibkarların uçotla bağlı çatışmazlıqlarını aradan qaldıracaq, rəsmiləşdirmə proseslərini leqallaşdıracaq.

Qeyd edilməlidir ki, sahibkarların vergi uçotuna alınmadan, o cümlədən icarəyə götürdükləri obyektləri vergi orqanında uçota qoymadan fəaliyyət göstərməsinə şərait yaradan bazar mülkiyyətçilərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması vergi qanunvericiliyində açıq şəkildə təsbit edilib.

Mənbə: vergiler.az

Bu il Azərbaycanda qadın sahibkarların sayı 7 % artıb

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, hər bir işçinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Qanunvericiliyin digər müddəaları ilə işçilərə sosial statusundan və iş stajından asılı olaraq ildə bir dəfə 21, 30, 35, 42, 46, 56 gün məzuniyyət verilir. Buraya əsas və əlavə məzuniyyət günləri daxildir. Bəs işçi işdən çıxarkən ona məzuniyyətə görə ödənilən kompensasiya necə hesablanır? Bu hesablama zamanı hansı günlər nəzərə alınmır? 

Mövzu ilə bağlı suallara insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir. 

Əmək Məcəlləsinin tələbinə əsasən, əmək müqaviləsinin hansı müddətə bağlanmasından və əmək şəraitindən asılı olmayaraq, əmək müqaviləsi ilə çalışan hər bir işçinin məzuniyyət hüququ vardır. Məcəllənin 112-ci maddəsində məzuniyyətin aşağıdakı növləri təsbit olunub:

• Əsas və əlavə məzuniyyətlərdən ibarət olan – əmək məzuniyyəti;
• Sosial məzuniyyət;
• Təhsil və yaradıcılıq məzuniyyəti;
• Ödənişsiz məzuniyyət;
• Əmək müqaviləsində və ya kollektiv müqavilədə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

Əmək məzuniyyəti – işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddət – bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.

Əmək məzuniyyətinin 2 növü var:

• Əsas məzuniyyət;
• Əlavə məzuniyyət.

Öz növbəsində, əsas məzuniyyət – 21 və 30 təqvim günündən ibarətdir.

– İxtisassız işçilərə 21 təqvim günü;
– Mütəxəssislərə, rəhbər vəzifələrdə çalışan işçilərə, məsul vəzifələrdə çalışan dövlət qulluqçularına, kənd təsərrüfatının istehsalında çalışan işçilərə, təhsil müəssisələrində pedoqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, məktəbdənkənar müəssisələrin rəhbər işçilərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb bacılarına, əczaçılara və s. 30 təqvim günü məzuniyyət verilir.

Əlavə məzuniyyətlər isə əmək stajına, əmək şəraitinə, uşaqlı qadınlara və işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə verilən məzuniyyətlərdən ibarətdir.

İndi isə xitam zamanı işçilərin məzuniyyət hüquqlarının hansı şəkildə təmin olunması qaydasına baxaq. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasından və səbəbindən asılı olmayaraq, işçiyə işdən çıxdığı günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində işçilərin müvafiq olaraq 56, 42, 46, 35 təqvim günü əmək məzuniyyətindən istifadə hüququ vardır. Bəzi hallarda həmin məzuniyyətlərin əsas məzuniyyət olduğu bildirilir və işçilərin əmək müqaviləsinə xitam verilərkən yuxarıda qeyd olunan günlərə uyğun kompensasiya ödənilir. Lakin biz 118, 119, 120 və 121-ci maddələrə nəzər yetirsək görərik ki, həmin maddələr üzrə verilən məzuniyyətlər əsas məzuniyyət deyil, əmək məzuniyyəti kimi qeyd edilib. Bu da bizə əsas verir ki, həmin maddələr üzrə məzuniyyət hüququ olan işçilərin əmək müqaviləsinə xitam verilərkən əsas məzuniyyətə görə kompensasiya ödənilsin.

Misal 1

“AA” MMC-də baş mühasib vəzifəsində çalışan II dərəcəli əlilliyi olan işçinin əmək müqaviləsinə 1 il işlədikdən sonra xitam verilir. İşçinin bir iş ilinə görə, yəni 42 təqvim günü istifadə etmədiyi əmək məzuniyyəti qalığı var. Bu halda son haqq-hesab hesablanarkən işçiyə əlillik dərəcəsinə görə deyil, tutduğu vəzifə üzrə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 30 təqvim gününə görə kompensasiya ödəniləcək.

Misal 2

“BB” MMC-də satıcı vəzifəsində çalışan 17 yaşında olan işçinin əmək müqaviləsinə 1 il işlədikdən sonra xitam verilir. İşçinin bir iş ilinə görə, yəni 35 təqvim günü istifadə etmədiyi əmək məzuniyyəti qalığı var. Bu halda işçiyə yaşa görə deyil, tutduğu vəzifəyə görə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 21 təqvim gününə görə kompensasiya ödəniləcək.

Misal 3

“AA” MMC-də mühəndis vəzifəsində çalışan Vətən müharibəsi iştirakçısı olan işçinin əmək müqaviləsinə 1 il işlədikdən sonra xitam verilir. İşçinin bir iş ilinə görə 46 təqvim günü istifadə etmədiyi əmək məzuniyyəti qalığı var. Bu halda işçiyə xüsusi xidmətlərinə görə deyil, tutduğu vəzifəyə görə müəyyən olunmuş əsas məzuniyyətə, yəni 30 təqvim gününə görə kompensasiya ödəniləcək.

İşəgötürən Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri üzrə əmək məzuniyyəti hüququ olan işçinin əmək müqaviləsinə xitam verərkən bir iş ilinə görə nəzərdə tutulan əmək məzuniyyətinə görə də kompensasiya ödəyə bilər (42, 35, 46, 56). Lakin işçinin vəziyyətini yaxşılaşdıran hallar üzrə olan əlavə şərtlərin işçi ilə bağlanmış əmək müqaviləsində, yaxud kollektiv müqavilədə qeyd edilməsi tövsiyə olunur.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyimiz müraciətə cavab olaraq yuxarıda qeyd edilən maddələr üzrə məzuniyyət hüququ olan işçilərin əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbinə uyğun olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi bildirilib. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2002-ci il tarixli qərarına əsasən, əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi – Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq qaydada ödənilməlidir.

Mənbə: vergiler.az

Məsuliyyətli borclanma: kredit rəsmiləşdirilərkən nələr nəzərə alınır?

1 144 145 146 147 148 149 150 2. 700
error: Content is protected !!