Read More9
Read More9

“Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil”

posted in: Xəbər | 0

qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalAzərbaycanda rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizminin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir. (gəlir)

Bunu “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransında çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, müşahidələr və təhlillər onu göstərir ki, biznes leqal fəaliyyətə adaptasiya prosesindən uğurla keçir.

“Doğrudur, vergi orqanlarında şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblər heç də hamını razı edə bilməz. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bu vərdişlərdən asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər. Lakin hesab edirəm ki, bu, müvəqqəti bir haldır”, – deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, qanun qarşısında hamı bərabərdir və leqallaşma – sağlam mühit, sağlam rəqabət şəraitidir. Bu təkcə yerli istehsalçılar və sahibkarlar üçün deyil, həmçinin xarici istehsalçılar üçün əhəmiyyətli amildir.

“Kölgə iqtisadiyyatı investoru hər hansı sahəyə sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir. Bizim vəzifəmiz bazarda sağlam rəqabət mühitini təmin etmək, qanunsuz və yalançı sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitin ləğvinə Nail olmaqdır”, – deyə nazir bildirib.

Vakansiya: Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi

posted in: Vakansiya, Xəbər | 0

Vakansiya: Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi.

İşəgötürən: Uninet MMC.

İş barədə məlumat

• Aylıq hesabatların beynəlxalq standartlara (İFRS) uyğun hazırlanması.
• Xarici Audit sənədlərin təqdim olunması və audit rəyinə əsasən düzəlişlərin edilməsi.
• Xarici audit üçün hesabatların yığılması və onlara təqdim olunması.
• Auditorlar üçün əsas əlaqələndirici şəxs qismində çıxış etmək.
• Maliyyə prezentasiyalarının hazırlanması.
• Tələblər daxilində İdarəetmə və İdarə Heyətlərinə hasabatların hazırlanması və təqdim olunması.
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı – 2000-2500 AZN (Net)

Namizədə tələblər

• Yaş: 20-35
• Cinsi: Kişi
• Təhsil: Ali
• İş təcrübəsi: 3 il, BİG4 təcrübəsi daxil olmaq şərti ilə.
• Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla), Rus (üstünlük verilir)
• Kompyuter bilikləri: MS Office-əla

E-mail-in subject bölməsində “Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi” yazmağınız mütləqdir.

E-mail: /

Mənbə: finstaff.az

Azərbaycanda məsafədən bank hesabının açılmasına dair meyarlar müəyyənləşdirilib

posted in: Xəbər | 0

bank hesabları,Azərbaycanda fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılmasına dair meyarlar müəyyənləşdirilib. məsafədən bank hesabının açılması, bank hesabı

Fiziki şəxslər 500 manat, 6 min manat və 20 min manatadək hesab açmaq hüququna malik olacaq.

500 manatadək açılacaq hesab üçün elektron imza (“e-imza”) lazım olmayacaq. Bunun üçün sadəcə istifadəçi adı və parolu gərək olacaq. Hesab 10 dəqiqə ərzində aktiv olacaq.

6 min manatadək hesabın açılmasına da “e-imza”ya ehtiyac olmayacaq. Lakin burada vizual təsdiq etmək üçün görüntülü zəngi cavablandırmaq lazım olacaq. Sifarişçi barədə məlumat əldə etmək üçün Daxili İşlər Nazirliyinin bazasına sorğu göndəriləcək. Sifarişçi özü barədə məlumatları bölüşməyə icazə verdiyini təsdiqlədikdən sonra məlumatlar seçdiyi banka göndəriləcək. Məlumatlar bank tərəfindən yoxlanıldıqdan sonra sifarişçi ilə (ona uyğun olan zaman) əlaqə saxlanılacaq və bütün danışıqlar (video görüntülü zəng) qeydə alınacaq.

Qeyd olunan prosedurları keçdikdən sonra bank tərəfindən hesab açılacaq və sifarişçiyə müqavilə göndəriləcək. Sifarişçi bankı ona məxsus digər hesabların olub-olmadığı barədə məlumatlandırmalı olacaq.

Üçüncü meyara uğun olaraq sifarişçi 20 min manatadək hesab açmaq hüququna malik olacaq. Bunun üçün “e-imza”nın olması zəruridir.

Qeyd edək ki, məsafədən bank hesabının açılması xidmətinin gələn ilin əvvəlindən istifadəyə veriləcəyi gözlənilir. İlkin məlumata görə, xidmətdən istifadəyə görə komissiya tutulmayacaq. Xidmət ilkin olaraq debit kartlar üçün nəzərdə tutulur, növbəti mərhələdə isə xidmət kredit kartlar üçün də aktiv olacaq. Hazırda sistem 8 pilot banklar tərəfindən test olunur.

Xatırladaq ki, məsafədən bank hesabının açılması xidməti hüquqi şəxslər üçün də nəzərdə tutulub. Fiziki şəxslər üçün təqdim olunacaq xidmətdən fərqli olaraq, hüquqi şəxslər tərəfindən açılacaq hesablara limitlər qoyulmayacaq və istənilən halda hesab açmaq üçün e-imzanın olması zəruri olacaq.

Mənbə: apa.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

məsafədən bank hesabının açılması, bank hesabı

Məşğul vətəndaşların vahid reyestri yaradılacaq

posted in: Xəbər | 0

emek haqqi, əmək haqqı, emek, Dövlət Əmək Müfəttişliyi, Məşğulluq hesabatları, teleiş distant iş uşaq pulu uşaqpulu mezuniyyet məzuniyyət hüquqlarıƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev beynəlxalq elmi-praktik konfransdakı çıxışında qeyd edib ki, qeyri-rəsmi məşğulluq vətəndaşları sosial müdafiə tədbirlərindən kənarda qoyur. Ona görə də məşğulluğun rəsmiləşdirilməsi üçün xüsusi tədbirlər planı hazırlanıb icra edilir. (vahid reyestr)

İşsizlikdən sığorta sisteminin yaradılması iş axtaran vətəndaşların sosial müdafiəsini diqqətdə saxlamağa imkan verir. Bu, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına əngəl törədir və bu sahəni stimullaşdıran kompleks tədbirlər görülür. Həmin tədbirlər arasında Vergi Məsəlləsində işçilərin gəlir vergisi ilə bağlı dəyişikliklər mühüm yer alıb.

Nazir müavini qeyd edib ki, indiyədək 7 minə yaxın vətəndaş özünüməşğulluq proqramına cəlb edilib və yaxın vaxtlarda məşğul vətəndaşların vahid reyestrinin yaradılması planlaşdırılır.

Mənbə: vergiler.az


Bax: Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

vahid reyestr
error: Content is protected !!