Read More9
Read More9

Kassa çeki tələb etməsək nə baş verə bilər?

posted in: Xəbər | 0

NKA çekinin verilməsi kassa çekiVergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlayıb. Tədbirlər çərçivəsində ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılır. Nəzarət tədbirləri zamanı kassa çeki və digər ciddi hesabat blanklarının təqdim edilməməsi halları aşkar edilərsə, vergi orqanları tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir. Çek tələb etmək alıcılar üçün vacib məsələdir.

Kassa çeki tələb etməsək nə baş verə bilər?

Alış-veriş gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər alış-veriş zamanı kassa çeki tələb etmək isə məsələnin hüquqi tərəfdən təminatıdır. Əgər alış-veriş zamanı çek verilməyibsə, bu, qanun pozuntusu və vergidən yayınma deməkdir. Alıcı hər alış-veriş zamanı dövlət büdcəsinə vergilərin ödənilməsində iştirak edir.

Belə ki, alış-veriş etdiyimiz yerlər arasında ƏDV ödəyiciləri olan iri supermarketlər və kiçik sahibkarlıq subyektləri vardır. İstehlakçı alış-veriş zamanı müxtəlif vergiləri (ƏDV, aksiz) ödəyir, həmçinin sahibkarın satışı rəsmiləşdirdiyi zaman gəlirlərini bəyan etməklə vergiləri ödəməsində dolayı şəkildə iştirak edir. Məsələn, vətəndaş əldə etdiyi çekə baxmaqla orada ödənilmiş ƏDV məbləğini görə bilər. Yaxud mağazadan aksizli məhsullar (tütün məmulatı, alkoqollu içki və s.) ala bilər. Alıcı çek tələb etməyəndə ödədiyi vergilərin, həmçinin sahibkarın ödəməli olduğu verginin büdcəyə deyil, ticarət obyektinin sahibində qalmasına yol açır, eyni zamanda, vergilərin büdcədən yayındırılmasına yol vermiş olur. Halbuki, büdcəyə ödənilən vergi xidmət şəklində alıcıya qayıda bilərdi. Vətəndaş çek tələb edən zaman satıcı satışı qeydiyyata almış olur və bu satışdan vergi dövlət büdcəsinə yönəlir.

Dövlət büdcəsinə yönələn vergi isə əməkhaqqı, pensiya, təqaüd, səhiyyə və təhsil sisteminə, sosial xidmətlərə və dövlətin digər ehtiyaclarına xərclənir. Alıcılar çekləri tələb etmədikcə büdcəyə daxil olan verginin məbləği azalır. Sahibkarlar qeyri-qanuni gəlir əldə edir, vətəndaş işə əməkhaqqının və ya sosial xidmətlərin azlığından şikayətlənir.

Vətəndaş isə buna özünün yol verdiyinin fərqinə varmır. Nəticədə büdcədən müəyyən vəsait yayındırılır və vətəndaş özü də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilir. Alıcılar əksər hallarda məlumatsızlıqdan bu vəziyyətə yol verirlər. Bu səbəbdən bəzi ölkələrdə çek tələb etməyən vətəndaşlara da cərimələr tətbiq olunur. Bütün bunları nəzərə alsaq məlum olur ki, diqqətsizlik ucbatından əldə etmədiyimiz çek gələcəkdə bizə təqdim ediləcək sosial xidmətdən imtina etməyimiz deməkdir. Bu, həm də istehlakçı olaraq hüquqlarımızın pozulmasıdır, çünki malın bu və ya digər səbəbdən dəyişdirilməsi tələb olunduqda, kassa çekinin təqdim edilməsi zəruridir. Bu səbəbdən çek mütləq tələb edilməlidir.

Kassa çeki tələb etsək nə qazanırıq?

Çek tələb etməklə birinci növbədə, vətəndaşlıq borcunu yerinə yetirmiş oluruq. Satıcıya ödənilən vəsaitin vergi şəklində büdcəyə ödənilməsini təmin etmiş oluruq. Çek tələb etmək vergidən yayınmanın qarşısını almaqdır. İqtisadiyyatdan yayındırılmağa cəhd edilən satışın qarşısını almaqla dövriyyənin qanuni vergiyə cəlb edilməsini təmin etmiş oluruq. Çek əldə etməklə vəsaitin sosial xidmətlərə xərclənməsinə və bununla da daha keyfiyyətli xidmətdən faydalanmağa nail oluruq. İstehlakçı kimi hüquqlarımızı müdafiə etmək üçün sənədə sahib oluruq. Çek alıcının hüququnu təsdiq edən sənəddir. Alış-veriş zamanı çek tələb etmək satışı rəsmiləşdirir. İstehlakçı hüquqları baxımından məsələyə diqqət yetirsək, çek əldə etməklə 14 gün müddətində aldığınız məhsulu qaytarmaq və dəyişmək hüququnuzu qazanmış olursunuz. Bu, çek olmadan mümkün deyil. Çek tələb etmək tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınmasına, “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti olmasına və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.

Daha yaxşı xidmət üçün aktiv təşəbbüs

Alış-verişin həyatımızın ayrılmaz hissəsi olduğunu yazının əvvəlində qeyd etmişdik. Hər alış-veriş zamanı dövlət büdcəsinə vəsait ödənir və biz bu vəsaiti sosial rifah halımızın yüksəldilməsi kimi dövlətdən geri alırıq. Cəmiyyət arasında çek tələb etmə vərdişinin formalaşması üçün vətəndaşların da bu sahədə biliklərə sahib olması mütləqdir. Öz hüquqlarını müdafiə edə bilən istehlakçı cəmiyyət üçün faydalı təşəbbüslərə yol açacaq və vətəndaş cəmiyyətinin əhəmiyyətli üzvünə çevriləcək. Çünki bu təşəbbüslər ümumi iqtisadi maraqlara xidmət edir. Vergi dövlətin önəmli maliyyə mənbəyidir. Verginin tam və vaxtında ödənilməsi qədər vergilərin ödənilməsində iştirak etmək və buna nəzarət etmək də önəmlidir. Bu, hər bir vətəndaşın borcudur. Çünki bu, son nəticədə vətəndaşın özünə faydalıdır. Dövlətin ona daha geniş imkanlar verməsini və keyfiyyətli sosial xidmətlərdən yararlanmaq istəyən vətəndaş öz vəzifələrini və hüquqlarını bilərək buna uyğun hərəkət etməli və cəmiyyətdə iqtisadi proseslərin qanun çərçivəsində həllində maraqlı olmaldır. Bunun üçün təşəbbüsə çek tələb etməklə başlamaq olar…!

Mənbə: vergilər.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mülki Məcəllədə dəyişiklik edildi

posted in: Xəbər | 0

Mülki Məcəllə dəyişikliklər Mülki MəcəllədəAzərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (Mülki Məcəllə)

AR Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145,

№ 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab),

maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel 1566-VQD nömrəli, 3 may tarixli 1575-VQD və 1584-VQD nömrəli, 17 may tarixli 1588-VQD və 1593-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 55.7-ci maddə əlavə edilsin:

“55.7. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin yenidən təşkil olunması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin yenidən təşkil edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.

2. 59-cu maddə üzrə:

2.1. 59.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 59.2.4-cü maddə əlavə edilsin:

“59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə.”;

2.2. 59.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.”;

2.3. aşağıdakı məzmunda 59.9-cu maddə əlavə edilsin:

“59.9. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.

3. 212-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.”.

4. 908.1.1-ci maddədə “hökmünə” sözündən sonra “(qərarına)” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

Mənbə: president.az

Həmçinin bax: Miqrasiya məcəlləsində dəyişiklik edilib

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
mülki məcəllə, mülki məcəllə, mülki məcəllə

Miqrasiya məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Mühasibat Uçotu Milli Məclis Əcnəbilərə güzəşt dövlət rüsumuAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

AR Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilsin:

“20.3. Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir.”.

2. 21.9-cu maddənin birinci cümləsinə “bu Məcəllənin” sözlərindən əvvəl “yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində” sözləri əlavə edilsin.

3. 25.3-cü maddədən “və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti” sözləri çıxarılsın.

4. 30.1-ci maddədə “vəsatəti” sözü “notarial qaydada təsdiq edilmiş dəvət məktubu” sözləri ilə əvəz edilsin.

5. 36-cı maddə üzrə:

5.1. 36.1.6-cı maddədə “və turizm” sözləri “, turizm, rəsmi və şəxsi səfər” sözləri ilə əvəz edilsin;

5.2. 36.1.6-2-ci maddədən “, rəsmi ” sözü çıxarılsın.

6. 40.0.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 40.0.5-ci maddə əlavə edilsin:

“40.0.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda;”.

7. 42.5-ci maddədə “müraciəti ilə əlaqədar 3 iş günü ərzində” sözləri “müraciətlərinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır və” sözləri ilə əvəz edilsin.

8. 45-ci maddə üzrə:

8.1. 45.0-cı, 45.0.1-45.0.11-ci maddələr müvafiq olaraq 45.1-ci, 45.1.1-45.1.11-ci maddələr hesab edilsin;

8.2. 45.1.3-cü maddədən “və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti” sözləri çıxarılsın;

8.3. aşağıdakı məzmunda 45.1.3-1-ci, 45.1.7-1-ci, 45.1.10-1-ci, 45.1.10-2-ci və 45.2-ci maddələr əlavə edilsin:

“45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;”;

“45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda;”;

“45.1.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;”;

45.1.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə;”.

“45.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.”;

8.4. “Qeyd” hissəsində “45.0.7-ci” sözləri “45.1.7-ci” sözləri ilə əvəz edilsin.

9. 46-cı maddə üzrə:

9.1. aşağıdakı məzmunda 46.1.4-1-ci maddə əlavə edilsin:

“46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;”;

9.2. 46.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Məcəllənin 47.5-ci maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir.”;

9.3. aşağıdakı məzmunda 46.2-1-ci, 46.5-ci və 46.6-cı maddələr əlavə edilsin:

“46.2-1. Bu Məcəllənin 45.1.10-1-ci və 45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur.”;

“46.5. Bu Məcəllənin 20.3-cü maddəsində nəzərdə tutulan müraciətlər zamanı şəxsdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti tələb edilmir.”;

“46.6. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət təqibi orqanının vəsatəti əsasında verilir. Bu halda Məcəllənin 46.1.4-cü, 46.1.6-cı, 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.”.

10. 47.5-ci maddədə “20 iş günü ərzində” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz edilsin.

11. 49-cu maddə üzrə:

11.1. 49.1-ci və 49.2-ci maddələrdə “45.0.2-ci” sözləri “45.1.2-ci” sözləri ilə əvəz edilsin;

11.2. Aşağıdakı məzmunda 49.2-1-ci maddə əlavə edilsin:

“49.2-1. Bu Məcəllənin 45.1.5-ci maddəsində göstərilən əsasa görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müraciət etmiş şəxsə icazə vəsiqəsi verilərkən onun həmin müraciət üzrə əlaqəli olan ailə üzvünə verilmiş icazə vəsiqəsinin etibarlılıq müddəti nəzərə alınır.”.

12. 50-ci maddə üzrə:

12.1. 50.0-cı, 50.0.1-50.0.13-cü maddələr müvafiq olaraq 50.1-ci, 50.1.1-50.1.13-cü maddələr hesab edilsin;

12.2. aşağıdakı məzmunda 50.1.7-1-ci və 50.2-ci maddələr əlavə edilsin:

“50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;”;

“50.2. Bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.”.

13. 52-ci maddə üzrə:

13.1. 52.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“52.1. Bu Məcəllənin 45.1.1–45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.”;

13.2. aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilsin:

“Qeyd: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın.”.

14. 53-cü maddə üzrə:

14.1. 53.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Məcəllənin 54.9-cu maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı daimi yaşama icazəsini ləğv edir.”;

14.2. Aşağıdakı məzmunda 53.2-1-ci maddə əlavə edilsin:

“53.2-1. Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmur.”.

15. 54-cü maddə üzrə:

15.1. 54.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.”;

15.2. 54.9-cu maddədə “2 ay müddətində” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz edilsin.

16. 55-ci maddə üzrə:

16.1. aşağıdakı məzmunda 55.0.6-1-ci və 55.0.6-2-ci maddələr əlavə edilsin:

“55.0.6-1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;”;

“55.0.6-2. bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;”;

16.2. 55.0.8-ci maddəyə “olduqda” sözündən sonra “(bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir)” sözləri əlavə edilsin.

17. Aşağıdakı məzmunda 64.0.15-1-ci maddə əlavə edilsin:

“64.0.15-1. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;”.

18. 67.3-cü maddədə “20 iş günü ərzində” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə “sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
miqrasiya, miqrasiya, miqrasiya,
miqrasiya, miqrasiya Miqrasiya məcəlləsi, Miqrasiya məcəlləsi, Miqrasiya məcəlləsi, Miqrasiya məcəlləsi, Miqrasiya məcəlləsi, Miqrasiya məcəlləsi, Miqrasiya məcəlləsi

E-kassanın növləri hansılardır?

posted in: Xəbər | 0

E-kassaƏhali ilə nağd və nağdsız hesablaşma üçün istifadə edilən e-kassa funksional xüsusiyyətləri və əməliyyat qabiliyyətlərinə görə aşağıdakı qruplardan birinə uyğun olmalıdır:

– 1-ci qrup – proqram aparat növlü e-kassalar;

– 2-ci qrup – portativ proqram növlü e-kassalar.

E-kassaların hər iki qrupu operator tərəfindən quraşdırılmış e-kassa ilə birgə verilən hesablama qurğusuna əsaslanır. Portalın “E-kassanın tərkibi” bölümündəki bütün tələblərə cavab verir.

Qeyd olunan tələblərlə yanaşı, 1-ci qrup, yəni proqram aparat növlü e-kassalar müxtəlif qiymətli istiqrazlar və metal pul kütlələri (sikkə) üçün nəzərdə tutulmuş çəkməcəli pul qutusuna malikdir.

2-ci qrup, yəni portativ proqram növlü e-kassalar öz enerji mənbəyi oduğundan, xarici enerji mənbələrinə qoşulmadan ən azı 4 saat ərzində davamlı fəaliyyəti göstərə bilir. Bunun üçün də e-kassaların bu növü avtonom enerji mənbəyi ilə təchiz olunmalıdır.

Mənbə: e-kassa.gov.az

error: Content is protected !!