Yanacaqdoldurma məntəqələrinin əlavə dəyər vergisi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Yanacaqdoldurma məntəqələrinin ƏDV öhdəliyi EDV

xidmətTarif Şurasının neft məhsullarının qiymətlərinin tənzimlənməsi barədə qərarına əsasən, yanacaqdoldurma məntəqələri neft məhsullarını tonla alır və litrlə təqdim edirlər. Bunun üçün də yanacaqdoldurma məntəqələrində əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydalarının izahına ehtiyac var. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. 

Hər növ neft məhsulunun tərkibindəki mayenin sıxlığı fərqli olduğundan, yəni 1 ton neft məhsulu 1.000 litr olmadığı üçün tonu litrə çevirmək üçün hər növ neft məhsuluna fərqli xüsusi çəki əmsalı tətbiq edilir ki. Bu da vergi ödəyicilərinə neft məhsullarının satışına görə verginin hesablanmasında müəyyən çətinliklər yaradır. Öncə Aİ-92 benzininin 1 litri üçün qiymətin necə formalaşdığını Tarif Şurasının qərarına və xüsusi çəki əmsalına əsaslanaraq ardıcıllıqla izah edək.

  1. Əvvəlcə bir ton Aİ-92 benzininin neçə litr olduğunu müəyyən edək. Bu benzinin xüsusi çəkisi 1,31 olduğundan 1 tonu 1.310 litrdir (1.000 x 1,31 = 1.310 lt.)
  2. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün Əlavə Dəyər Vergisi daxil olmaqla 1.052,8 manat olduğu üçün tərkibindən Əlavə Dəyər Vergisi məbləğini çıxardıqdan sonra ƏDV-siz məbləğ 892,2 manat (1.052,8:1,18 = 892,2 manat) olar. Bu halda hər litr üçün benzinin topdansatış qiyməti ƏDV-siz 0,68 manat ( 892,2 manat: 1.310 lt. = 0,68 manat) təşkil edir.
  3. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün Əlavə Dəyər Vergisi ilə 1.052,8 manat olduğundan, 1 ton üçün ƏDV 160,6 manat ( 1052,8 x 18:118 = 160,6 manat ) təşkil edir. Hər litr üçün ƏDV isə 0,12 manatdır (160,6: 1310 lt. = 0,12 manat) və ya hər litr üçün ƏDV 0,12 manat (0,68 x 18% = 0,12 manat). Bu halda 1 litrin qiyməti ƏDV ilə 0,8 manat (0,68 manat topdansatış qiyməti + 0,12 manat ƏDV = 0,8 manat) olar.
  4. Tarif Şurasının qərarına əsasən, 1 ton üçün yol vergisinin məbləği 26,2 manatdır və ya Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə uyğun olaraq, benzinin hər litri üçün yol vergisi 0,02 manat olduğundan 1 ton üçün yol vergisinin məbləği 26,2 manat (1.310 lt. x 0,02 manat = 26.2 manat yol vergisi) olar.
  5. Qərara əsasən, Aİ-92 benzininin topdansatış qiyməti Əlavə Dəyər Vergisi və yol vergisi ilə birgə 1 ton üçün 1.079 manat, hər litr üçün isə 0,82 manatdır (1.079 manat:1.310 lt. = 0,82 manat) və ya hər litr üçün 0,82 manat (0,68 manat topdansatış qiyməti + 0,12 manat Əlavə Dəyər Vergisi + 0,02 manat yol vergisi = 0,82 manat) təşkil edir.
  6. Tarif Şurasının Aİ-92 benzini üçün təsdiq etdiyi topdansatış (1 litr üçün 0,82 man.) və pərakəndə satış (1 litr üçün 0,9 manat) qiymətlərini təhlil edərkən, Aİ-92 benzininin hər litrinə pərəkəndə satış zamanı 0,08 manat ticarət əlavəsi tətbiq olunduğu görünür (0,9 man. pərakəndə satış qiyməti – 0,82 man. topdansatış qiyməti = 0,08 manat ticarət əlavəsi).

Misal: Tutaq ki, “A” yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında 30 ton Aİ-92 markalı benzin alıb və həmin benzini iyul ayında da təqdim edib. Tarif Şurasının qərarına əsasən Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün 1.052,8 (ƏDV-li) manat, pərakəndə satış qiyməti isə 1.179 (ƏDV-li) manatdır. Bu halda yanacaqdoldurma məntəqəsinin büdcəyə ödəyəcəyi vergi məbləğini müəyyən edək.

Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin aldığı Aİ-92 benzininə görə ödəməli olduğu ƏDV-nin məbləğini müəyyən edək.

  1. 30 ton Aİ-92 benzininin neçə litr olduğunu müəyyən edək. Aİ-92 benzinin xüsusi çəkisi 1,31 olduğundan, 30 ton Aİ-92 benzini 39.300 litr (30.000 lt. X 1.31 = 39.300 lt. ) olar.
  2. Alınmış nəticəyə əsasən, 39.300 litr benzinin ƏDV-siz dəyərini müəyyən edək. Aİ-92 benzininin hər litrinin Əlavə Dəyər Vergili topdansatış qiyməti 0,68 manat olduğundan alınmış 39.300 litr benzinin ƏDV-siz topdansatış qiyməti 26.724 manat (39.300 lt x 0,68 manat = 26.724 manat ) olar.
  3. Beləliklə, ƏDV-siz topdansatış qiyməti 26.724 manat olan benzinə görə hesablanmalı ƏDV-nin məbləğini müəyyən edək. ƏDV-nin dərəcəsi 18 faiz olduğundan, ƏDV-siz topdansatış qiyməti 26.724 manat olan Aİ-92 benzininə görə hesablanmalı ƏDV-nin məbləği 4.810 manat (26.724 manat x 18% = 4810 manat) olar.

Alınmış nəticəyə əsasən, 39.300 litr Aİ-92 benzininə görə hesablanmalı yol vergisinin məbləğini müəyyən edək. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsində göstərilir ki, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğundan, 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt x 0.02 = 786 manat) olar.

Deməli, “A” yanacaqdoldurma məntəqəsi 2019-ci ilin iyul ayında aldığı 30 ton Aİ-92 markalı benzin üçün topdansatış müəssisəsinə 32.320 manat (26.724 manat topdansatış qiyməti + 4.810 manat Əlavə Dəyər Vergisi + 786 manat yol vergisi) məbləğində pul ödəməlidir ki, bu əməliyyatlara görə 4.810 manat dəyərində Əlavə Dəyər Vergisini əvəzləşdirmək hüququ yaranır.

Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin 2019-ci ilin iyul ayında pərakəndə qaydada təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün büdcəyə ödəyəcəyi Əlavə Dəyər Vergisi məbləğini müəyyən edək. Bunun üçün əvvəlcə təqdim edilmiş 30 ton Aİ-92 benzininin Əlavə Dəyər Vergili pərakəndə satış dəyərini tapaq. Yuxarıda qeyd etdiyimiz kimi, 30 ton Aİ-92 benzini 39.300 litrdir. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin 1 ltirinin Əlavə Dəyər Vergili pərakəndə satış qiyməti 0,9 manat olduğu üçün təqdim edilmiş 39.300 litr Aİ-92 benzininin Əlavə Dəyər Vergili pərakəndə satış qiyməti 35.370 manat (39.300 lt. x 0,9 manat = 35.370 manat) olar.

Sonrakı mərhələdə təqdim edilmiş 39.300 litr məbləğində Aİ-92 benzininin 35.370 manat dəyəri ilə onun daxilində olan yol vergisinin məbləğinin fərqini müəyyən edək. Çünki neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğin tərkibindən Əlavə Dəyər Vergisi çıxılaraq vergi hesablanır. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə əsasən, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğu üçün alınmış 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt. x 0.02 = 786 manat) olar. Pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ 34.584 manat (35.370 manat pərakəndə satış qiyməti – 786 manat yol vergisi = 34.584 manat) olar. Beləliklə, həmin məbləğin tərkibindən Əlavə Dəyər Vergisi çıxıldıqdan sonra qalan 29.308,47 manat (34.584 : 1,18 = 29.308,47 manat) məbləğindən 5.276 manat (29.308,47 x 18% = 5.276 manat) Əlavə Dəyər Vergisi hesablanır.

Son mərhələdə “A” yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün hesabladığı 5.276 manat Əlavə Dəyər Vergisindən həmin benzini alarkən ödədiyi 4.810 manat Əlavə Dəyər Vergisini çıxdıqdan sonra büdcəyə 466 manat (5.276 manat – 4810 manat = 466 manat) Əlavə Dəyər Vergisi ödəyəcəkdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi EDV EDV EDV EDV EDV EDV EDV EDV

Təsis paylarının alınmasına görə edilən ödənişlər vergiyə cəlb olunurmu?

posted in: Vergi, Xəbər | 0

gəlir xərc kompensasiya muzdlu işGüzəştli vergi tutulan ölkədə təsis edilmiş hüquqi şəxs Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxsdəki iştirak paylarını (səhmlərini) vergi orqanında uçotda olmayan rezident fiziki şəxsə təqdim edir.

Bu halda güzəştli vergi tutulan ölkəyə təsis paylarının alınmasına görə edilən ödənişlər vergiyə cəlb olunurmu? Vergiyə cəlb edildiyi halda, vergi öhdəlikləri kim tərəfindən və hansı formada yerinə yetirilir?

Vergilər Nazirliyinin Vergi siyasəti departamentindən bu sualın şərhi ilə bağlı bildirilib ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxs rezident hüquqi şəxsdəki iştirak payını təqdim edərkən vergi öhdəlikləri qeyri-rezident hüquqi şəxsin özü tərəfindən Azərbaycan Respublikasının vergi orqanlarında uçota alınır və ya Vergi Məcəlləsinin 149.1.3-1-ci maddəsinə uyğun olaraq qeyri-rezident hüquqi şəxsin təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bundan əlavə, bu əməliyyat üzrə vergi orqanında uçotda olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə təsis edilmiş hüquqi şəxsə aparılan ödəniş üzrə Vergi Məcəlləsinin 125.1.9-cu maddəsi ilə nəzərdə tutulmuş vergitutma obyekti yaranmır. Rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlir hesab edilir (VM, maddə13.2.16.6). Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir (VM, maddə 17.1).

Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur (VM, maddə 104.4). Vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezident şəxsin və ya onun təyin etdiyi vergi agenti tərəfindən Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur (VM, maddə 149.1.3-cü və 149.1.3-1).

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təsis payları tesis

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarları

posted in: Xəbər | 0

Bu yazıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bəzi təcrübi əhəmiyyəti olan qərarlarından bəhs edəcəyik. Mövzuya keçməzdən əvvəl qeyd edək ki, Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Məhkəmə sistemində yuxarı instansiya kimi çıxış etmir. Daha dəqiq desək, heç də bütün işlərdə Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün deyil. Sadəcə olaraq Azərbaycan Respublikası Konstitusiyasında göstərilmiş normaların pozulması ilə qəbul edilmiş qərarlardan şikayət etmək mümkündür.

Konstitusiya Məhkəməsinin qərarı normativ xarakterli aktdır. Belə ki, bu qərar müəyyən subyektlər üçün məcburi xarakter daşıyır, lakin riayət olunmamasına görə məsuliyyət müəyyən etmir.

Anqlo-sakson hüquq sistemindən fərqli olaraq Azərbaycanda tətbiq edilən roman-german hüquq sistemində presedent olmasa da, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenum qərarları məhkəmə təcrübəsinin formalaşdırılması üçün mühüm əhəmiyyətə malikdir. Məhkəmələrdə də həmin təcrübələrdən geniş istifadə olunur.

Məhkəmənin 07.06.2019-cu il tarixli Plenum qərarında deyilir:

– yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir.

27.05.2019-cu il tarixli Plenum qərarına görə borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.

03.05.2019-cu il tarixli Plenum qərarı isə belədir:

İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından inzibati protokol tərtib edilməsi ilə əlaqədar inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir.

Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.

05.06.2018-ci il tarixli Plenum Qərarı ilə müəyyən edilir:

Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.

Eyni zamanda bu maddə vergi orqanlarının vəzifəli şəxslərinə də şamil edilir.

31.05.2018-ci il tarixli Plenum qərarı isə bir çox halları aşağıdakı kimi izah etmişdir:

Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Vakansiya: Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasibVakansiya: Mühasib köməkçisi 

İşəgötürən: Mayson Car Club MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Salman bəy
  • Telefon: (077) 430-11-18 / (012) 595-00-64
  • Əmək haqqı: 500 AZN
Vakansiya barədə məlumat

– Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması
– Vergi, sosial fonda ayırmaların hesablanması
– Ştat cədvəlinin yoxlanması, 1C proqramında üzləşdirilməsi
– Rəsmi əmək haqlarının yenidən hesablanması (kütləvi artım)
– İş vaxtının uçotu (tabel) cədvəllərinin və ödəniş cədvəllərinin hazırlanması
– Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi
– Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət
– Elektron imza vasitəsilə elektron hokumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət
– Rüblük hesabatın, işsizlik sığortası hesabatının hazırlanması

Namizədə tələblər

– Ali təhsili
– Əmək haqqı hesablanması üzrə təcrübəsi
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı
– Кompüter bacarıqları (MS Word, Excel.)
– Komandada işləmək bacarığı

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ( / ) elektron poçtuna göndərməlidir.

“Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib köməkçisi vakansiya