Dövlət Gömrük Komitəsi bu ilin I yarısında büdcəyə ödənişləri 28% artırıb
Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 065,161 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446,164 mln. manat və yaxud 27,6% çoxdur.
DGK-dən verilən məlumata görə, 6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 71,79 mln. manat və yaxud 17,4% artaraq 483,958 mln. manat olub.
Həmçinin ƏDV üzrə daxilolmalar 309,939 mln. manat və yaxud 27,8% artaraq 1 424,239 mln. manat, aksizlər üzrə daxilolmalar 61,541 mln manat və yaxud 81,8% artaraq 136,799 mln manat, yol vergisi üzrə daxilolmalar isə 2,983 mln. manat və yaxud 16,75% artaraq 20,165 mln. manat təşkil edib.
Mənbə: report.az
Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 303,3 min manat və yaxud 13,05% çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sual: İşlədiyim şirkətin qeyri-neft sektoruna aid olmağı və yaxud olmamağı barədə məlumatı haradan və necə əldə edə bilərəm?