Müəssisələrin əsas vəsaitlərinə amortizasiya məbləğinin hesablanması qaydası

posted in: Xəbər | 0

Əsas vəsaitlər üçün amortizasiya məbləğinin hesablanması

vakansiya mühasibVergi Məcəlləsinin 114.6-cı maddəsinə əsasən, amortizasiya hesablanması məqsədləri üçün vergi ilinin sonuna qalıq dəyərini tapmaqdan ötrü əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin ilə hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) VM 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilmiş təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir. Vergi ilində təqdim olunmuş, ləğv edilmiş və qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddələrin tətbiqinin əsas məqsədi amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini tapmaq və alınan dəyərə amortizasiya norması tətbiq etməklə həmin əsas vəsaitə hesablanmış amortizasiya məbləğini müəyyənləşdirməkdir.

114.6-cı maddəni daha yaxşı anlamaq üçün amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini hesablamaq qaydasında diqqət yetirilməli məqamları nəzərdən keçirək.

Əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinin (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) üstünə Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri və cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi gəlinir. Bundan vergi ilində təqdim olunmuş, ləğv edilmiş əsas vəsaitlərin qalıq dəyəri və qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan əsas vəsaitlərin qalıq dəyəri çıxılır, nəticədə əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri alınır.

Misal: Tutaq ki, əvvəlki ilin sonuna (həmin il üçün hesablanmış amortizasiya ayırmaları çıxıldıqdan sonra) hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin qalıq dəyəri 50.000 manat təşkil edib. Cari ildə o, 10.000 manat dəyərində əsas vəsait alıb, təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi isə 5.000 manat təşkil edib. Kateqoriyaya aid qalıq dəyəri 1.000 manat olan əsas vəsait təqdim edib, qalıq dəyəri 1.500 manat olan əsas vəsait isə ləğv edilərək 400 manat qalıq dəyəri olan əsas vəsaiti olub və ilkin dəyəri 50.000 manat olan digər əsas vəsaitın qalıq dəyəri isə 2.000 manat, yəni onun ilkin dəyərinin 5 faizindən az olub.

Bu hal üzrə hüquqi şəxsin amortizasiya məqsədləri üçün əsas vəsaitlərinin cari ilin sonuna qalıq dəyərini hesablayaq:

Əvvəlcə əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərini (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) müəyyənləşdirək. Misalda əsas vəsaitin əvvəlki ilin sonuna qalıq dəyəri 50.000 manat olduğu üçün növbəti addım olaraq bu məbləğin üzərinə cari ildə daxil olmuş 10.000 manat dəyərində əsas vəsaiti əlavə edirik. Üçüncü, bu məbləğin üzərinə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan 5.000 manat məbləği əlavə edirik, dördüncü, bu məbləğdən vergi ilində təqdim olunmuş 1.000 manat və ləğv edilmiş 1.500 manat məbləğində əsas vəsaitlərin qalıq dəyərini çıxırıq. Nəhayət, bu məbləğdən qalıq dəyəri 500 manatdan az olduğu üçün 400 manat və ilkin dəyərin 5 faizindən az olduğu üçün 2.000 manat məbləğində əsas vəsaitlərin qalıq dəyərini çıxdıqdan sonra qalan 60.100 manat (50.000 + 10.000 + 5.000 – 1.000 –1.500 – 400 – 2.000 = 60.100) məbləği əsas vəsaitin vergi ilinin sonuna qalıq dəyərini təşkil edir. Bu məbləğə də müvafiq amortizasiya normasını tətbiq etməklə hesablanmalı amortizasiya məbləğini tapmaq olar.

Mənbə: vergiler.az

esas vesaitler

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr artırılır

posted in: Xəbər | 0

şirkətİnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə təklif olunan dəyişiklikdə icbari qaydada sığortalanmama ilə bağlı cərimələrin məbləğinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Buna səbəb kimi, sözügedən inzibati xətaya görə cərimələrin məbləğinin bəzi hallarda (xüsusilə qeyri-yaşayış sahələri üzrə) sığorta haqqından dəfələrlə az olması göstərilir.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən:

469.1. Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd: 1. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (hüquqi şəxslərin rəhbərləri üçün)

posted in: Xəbər | 0

kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalarXidmətin adı: Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi (hüquqi şəxslərin rəhbərləri üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”

– şəxsiyyəti təsdiq edən sənədin surəti

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

– Asan İmza SİM-kartı

– Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

 “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer:

Vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),   Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi,  ASAN xidmət mərkəzləri

Müraciəti emal edən struktur vahidi:

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, ASAN xidmət mərkəzləri

İcra müddəti: 1 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı

– AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən  Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə

– Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydalarında dəyişiklik edilib

posted in: Xəbər | 0

Qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydalarında dəyişiklik edilib

Prezident İlham Əliyev “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bu dəyişiklik dəqiqləşdirmə xarakterlidir.
İndiyədək Nazirlər Kabinetinə sazişlərə dair danışıqlara başlanması haqqında təklifləri mərkəzi və digər icra hakimiyyəti orqanları təqdim edirdi.
Dəyişikliklə isə bunu mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, dövlətə məxsus müəssisələr də edə biləcək.
Beləliklə, Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir. Sazişi imzalamaq səlahiyyəti Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin rəhbərinə verilir.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun