Ödənişlə Mühasib – Təcrübəçi tələb olunur

posted in: Xəbər | 0

vakansiya mühasib təcrübəçiVakansiya: Mühasib – Təcrübəçi

Müəssisənin adı: “Atlas Alliance Group” MMC

İş yeri: Bakı şəhəri

Maaş: AZN 250-300

Mühasib – Təcrübəçi üçün tələblər:

– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
– İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil.
– Yaş həddi 21-30
– MS Office – Word və Excel proqramı bilikləri
– Rus və İngilis dilləri bilikləri üstünlükdür.
– Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
– Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.

Əsas Vəzifə Öhdəlikləri:

Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:

• Kassa, bank  əməliyyatlarının  həyata  keçirilməsi, qaimə  və  vergi  hesab  fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.

CV-ləri  / elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə “Mühasib – təcrübəçi” qeydi zəruridir

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanıla bilərmi??

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanıla bilərmi??

Əmək fəaliyyəti həyata keçirən işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlana bilməz və əks halda bu mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Belə ki, bəzi hallarda vergi ödəyicilərinin bir qismi öz işçiləri ilə əmək müqavilələrini bağlamaq əvəzinə onlarla xidməti müqavilə bağlayaraq həmin şəxsləri vergi orqanında vergi uçotuna durmağa təhrik edir. Bununla da işəgötürənin üzərinə düşən vergi öhdəliklərini minimallaşdırmağa çalışır.

Digər tərəfdən bu hal:

– vergi ödəyicisi statusunu əldə etmiş, lakin faktiki olaraq əmək funksiyalarını yerinə yetirən şəxsin dövlət qarşısında öhdəliklərinin artmasına, bununla da həmin şəxsin vergi öhdəliklərinin müstəqil və müntəzəm olaraq yerinə yetirməsinə,

– digər dövlət orqanları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi) ilə də daim təmasda olmasına,

– fəaliyyətinin nəticələri üzrə dövlət orqanlarına bəyannamələrin verilməsinə,

– həmin bəyannamələrin gecikdirildiyi halda maliyyə sanksiyaları və cərimələrə məruz qalmasına səbəb olur.

Qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır. İşəgötürən şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Mənbə: taxes.gov.az


Bax: Əmək münasibətlərinin tərəfləri kimlərdir?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət qulluqçularının sayı və onların əmək haqqı açıqlanıb

posted in: Xəbər | 0

statistikaYanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,1 min nəfər olub və onların 28,5 faizini qadınlar təşkil edib.

Statistika Komitəsindən bildirilib ki, dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 7,4 faizi 1 ilədək, 24,2 faizi 1 ildən 5 ilədək, 23,2 faizi 5 ildən 10 ilədək, 16,8 faizi 10 ildən 15 ilədək, 28,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur:

30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 15,9 faiz, 35-44 yaşda 23,6 faiz, 45-54 yaşda 21 faiz, 55-62 yaşda 18,1 faiz, 63-64 yaşda 2,9 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının

1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri,

14,6 faizini şöbə müdirləri,

11,7 faizini şöbə müdirinin müavinləri,

7,9 faizini sektor müdirləri,

25,7 faizini baş məsləhətçilər,

5,3 faizini böyük məsləhətçilər,

12,8 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil edib.

2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat olub.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yeni Elektron Hökumət Portalı fəaliyyətə başlayıb

posted in: Xəbər | 0

Yeni Elektron Hökumət Portalı fəaliyyətə başlayıb

1 iyun tarixindən etibarən yeni hökumət portalı olan my.gov.az Elektron Hökumət Portalı fəaliyyətə başlayıb.
Hazırda portalda 11 dövlət qurumu 23 xidmət təklif edir.
Vətəndaşlar Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3, Daxili İşlər Nazirliyinin 5, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) 1, Ədliyyə Nazirliyinin 5, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2, Dövlət İmtahan Mərkəziin 1, Təhsil Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1, İqtisadiyyat Nazirliyinin 1, Dövlət Miqrasiya Xidmətinin 1 xidmətindən yararlana bilərlər.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.