Bu hüquqi şəxslərdə apellyasiya şurası yaradılmalıdır

posted in: Xəbər | 0

Bu hüquqi şəxslərdə apellyasiya şurası yaradılmalıdır.

Əmək pensiyalarıDövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alıram:

1. Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılsın.

2. “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə:

3.1.1. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

3.1.2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

3.2. bu Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2019-cu il.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Nazirliyində 2 şöbə birləşdirilib

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyində 2 şöbə birləşdirilib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


MaliyyəMaliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi və Sosial təyinatlı layihələrin maliyyəsi şöbələri birləşdirilib.

Onların bazasında İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsi yaradılıb.

Şöbəyə rəhbərlik Ədalət Əliyevə həvalə edilib. O, indiyə qədər ləğv edilmiş İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdir müavini olub, eyni zamanda 1 il bundan əvvəl vəfat etmiş şöbə müdiri Mərdan Mərdanovu əvəz edib.

Ləğv edilmiş Sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsi də vakant olub. Ötən ilin iyul ayına qədər şöbəyə rəhbərlik etmiş İlqar İsayev hazırda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini vəzifəsində çalışır.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu universitetdə tələbələr üçün ACCA F3 təlimi keçiriləcək

posted in: Xəbər | 0

Bu universitetdə tələbələr üçün ACCA F3 təlimi keçiriləcək

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi iş həyatına daha yaxşı hazırlaşmaq, maliyyə uçotu üzrə biliklərini təkmilləşdirmək istəyən tələbələri ACCA F3 Financial Accounting təliminə dəvət edir. 

“Qafqazinfo” xəbər verir ki, maliyyə və audit sahəsi üzrə mütəxəssis, “Deloitte” şirkətinin Avstraliya üzrə nümayəndəliyinin əməkdaşı Elnur Fətullayevin aparacağı təlim iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan və ingilis dillərində təşkil olunacaq. Təlimin müddəti 30 saat, ödənişin miqdarı bir nəfər üçün 150 manatdır. Dərslər həftədə 2 dəfə və hər dərs 4 saat olmaqla keçiriləcək.

Təlimi uğurla başa vuran tələbələrə sertifikat veriləcək. Son müraciət tarixi 10 may 2019-cu ildir.

Təlimin mövzuları 

Maliyyə hesabatlılığının məğzi və məqsədi
Maliyyə məlumatlarının keyfiyyət xüsusiyyətləri
Biznes əməliyyatlarının qeydiyyatı
Sınaq balansının hazırlanması
Əsas maliyyə hesabatlarının hazırlanması

Təlimçi haqqında məlumat

Təhsil

Avstraliya Milli Universiteti, Tətbiqi maliyyə üzrə magistr
Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə üzrə bakalavr
CFA sertifikasiyasının sahibi 

Karyera

Deloitte (Avstraliya), Menecer assistenti
Ernst & Young (EY Azərbaycan), Audit üzrə baş mütəxəssis

Bizimlə əlaqə və qeydiyyat üçün 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (daxili 136)

Mənbə: qafqazinfo.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

POS-terminalla ödənilən məbləğlərə tətbiq olunan vergi güzəşti

posted in: Xəbər | 0

vergiPOS-terminal ilə ödənilən məbləğlərə vergi güzəşti.

VM-də 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, POS-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib. VM 102.1.24-cü maddəsində qeyd edilib ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər isə bu maddənin məqsədləri üçün nəzərə alınır.

Misal: Tutaq ki, sizin ümumi gəliriniz 1.000 manatdır. Onun 200 manatı nağd qaydada, 800 manatı isə POS-terminal vasitəsilə daxil olub. Əgər sizin xərcləriniz 700 manat olarsa, həmin məbləğ çıxıldıqdan sonra gəliriniz müəyyən olunur:

Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
1000 – 700 = 300 manat
Gəlir = 300 manat

Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat təşkil edirdi:

1000 – 700 = 300 x 20% = 60 manat.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat olub. Burada 12 manat azalma müşahidə edilir:

800 (nağdsız dövriyyə) / 1000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki)
60 x 0,8 x 25% = 12 manat
60 – 12 = 48 manat. 

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.