Ölkəmizdə olan pulların sayı açıqlanıb

posted in: Xəbər | 0

Ölkəmizdə nə qədər pul nişanı var?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


əmək haqqı“Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pul nişanı var”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 45%-i kiçik nominallı əskinazlardır: “Dövriyyədə çox işləndiyinə görə 1, 5 və 10 manatlıq dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100% pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır”, – E.Rüstəmov vurğulayıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması

posted in: Xəbər | 0

Yoxlama kassa nazirXidmətin adı: Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə

– Servis Texniki Xidmət Mərkəzinin (STXM) plombun zədələnməməsi barədə aktı (fiskal yaddaşın göstəricisi əks etdirilməklə)

– EMQ-nin və ya ENL-nin işlək vəziyyətdə olmasını təsdiq edən akt

– NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek (baş vermiş yanğın nəticəsində NKA yanarsa bu halda vergi ödəyicisi tərəfindən ərizə ilə birlikdə yanğın mühafizə şöbəsinin (bölməsinin) və STXM-in NKA-nın fiskal yaddaşının çıxarılmasının mümkünsüzlüyü barədə arayışı, NKA oğurlanarsa, itirilərsə isə – ərizə ilə birlikdə müvafiq polis şöbəsinin(bölməsinin) arayışı vergi orqanına təqdim edilir)

Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– NK-nın  28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və

uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü – vergi borcu olduqda 20 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə bildiriş və ya NKA-nın qeydiyyatdan çıxarılmasının təxirə salınması barədə məktub (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmtəə-material ehtiyatlarının uçotu qaydası

posted in: Xəbər | 0

Böyük mühasib vakansiya Baş mühasibin müaviniƏmtəə-material ehtiyatlarının uçotu qaydası


Vergi ödəyicisi öz istehsal fəaliyyətində məhsul istehsalı üçün istifadə etdiyi malları və yaxud ticarət fəaliyyəti zamanı satdığı malları, əmtəələri alır və yaxud idxal edir. Bu halda vergi ödəyicisinin aldığı, idxal etdiyi malları necə, hansı qaydada, hansı dəyərlə uçota almaq kimi öhdəliyi yaranır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi ödəyicisinin mülkiyyətində olan malların, ehtiyatların uçotunun aparılması qaydaları həm Vergi Məcəlləsində, həm də “Ehtiyatlar üzrə” kommersiya təşkilatları üçün 8 nömrəli Beynəlxalq Mühasibat Uçotu Standartında öz əksini tapıb. VM 139-cu maddəsinə əsasən, vergi ödəyicisi öz mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Vergi ödəyicisi istehsal etdiyi hazır malları onların istehsalına çəkdiyi xərclərinə, satın aldığı malları isə satınalma qiymətlərinə əsasən uçotda əks etdirməlidir. Həmçinin, bu malların nəql olunması və onların saxlanması üçün çəkilən birbaşa xərclər, idxal rüsumları, əvəzləşdirilməyən vergilər də malların dəyərinə daxil edilməlidir.

Tutaq ki, mebel istehsalı ilə məşğul olan şəxs ay ərzində 10 ədəd mebel istehsal edib.  1 ədəd mebelin istehsalına çəkilən məsrəflər cəmi 2.500 manat təşkil edir. Deməli, sahibkar həmin mebellərin hər birini 2.500 manatla uçota alır. Bu halda mal-material ehtiyatlarının cəmi 25.000 manat təşkil edir.

Beynəlxalq mühasibat uçotu standartlarında malların satışına və istehsal məsrəflərinə sərf olunan zaman həmin malların dəyəri daha çox iki metodla – FIFO (first in-first out, yəni ilk mədaxil-ilk məxaric) və ya AVCO (average cost, yəni orta xərc) metodu ilə məsrəflərə aid edilir.

Misal:
Telefon ticarəti ilə məşğul olan sahibkar 1 noyabr 2018-ci il tarixdə hər biri 200 manata 50 ədəd, 1 dekabr 2018-ci il tarixdə hər biri 250 manata 40 ədəd telefon alır. 25.12.2018-ci il tarixdə hər biri 350 manata 60 ədəd telefon satır. Bu halda o, 21.000 (60 * 350 = 21.000) manat gəlir əldə edir. Əgər vergi ödəyicisi ehtiyatları, malları FIFO metodu ilə uçota alırsa, o zaman satılan malların maya dəyəri 12.500 (50 əd. * 200 man. = 10.000 və 10əd. * 250 man. = 2.500) manat təşkil edir.

Əgər vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu AVCO (orta xərc) metodu ilə aparırsa, o zaman vergi ödəyicisinin aldığı 90 ədəd malın orta xərci 222,22 manat (50 ədəd * 200 manat + 40 ədəd * 250 manat) / 50 ədəd + 40 ədəd) təşkil edir. Satılan malların maya dəyəri isə 13.333,20 manat (60 ədəd * 222,22 manat) təşkil edir.

Bəzən elə olur ki, vergi ödəyicisinin əmtəə-material uçotuna aid etdiyi mallar müəyyən müddətdən sonra köhnəlib dəbdən düşür. Yaxud müəyyən səbəbdən maya dəyərindən də aşağı qiymətləndirilir. Bu zaman qanunvericilik icazə verir ki, əmtəə-material uçotuna aid edilən mallar, hazır məhsullar faktiki satıla bilən qiymət əsas götürülməklə qiymətləndirilsin. Tutaq ki, müəssisə kompüterlərin alğı-satqısı ilə məşğuldur. Vergi ödəyicisinin anbarında hər birinin qiyməti 1.000 manata alınmış 50 ədəd kompüter var. Lakin bazara artıq yeni nəsil kompüterlər daxil olur. Faktiki olaraq anbarda fiziki vəziyyəti saz olan, lakin mənəvi cəhətdən köhnəlmiş həmin kompüterlər artıq bazarda 300 manata təklif edilir. Bu halda, mənəvi cəhətdən köhnəlmiş həmin kompüterləri hələ də 1.000 manata uçota almaq doğru deyil. Onlar qanunvericiliyin verdiyi hüquqa əsasən, satılabilən dəyəri əsas götürülməklə qiymətləndirilməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

250 manat məvaciblə iş təcrübəsi olmayan təcrübəçi tələb olunur

posted in: İş elanı, Müavinət, Vakansiya, Xəbər | 0

vakansiya təcrübəVakansiya: Maliyyə üzrə Təcrübəçi

İşəgötürən: Mazarina Trade Company


Namizədə tələblər:
  • Ali iqtisadi təhsill (Maliyyə,Mühasibat uçotu və audit üstünlük veriləcək)
  • İş təcrübəsi tələb olunmur
  • Yaş 21-25
  • MS Office (xüsusən excel) bilikləri
  • Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti
Vakansiya barədə məlumat
  • Maliyyə direktorunun tapşırıqlarını yerinə yetirmək
  • Məlumatların sistemə daxil edilməsi və s.
  • Maya dəyərinin hesablanmasında iştirak

İş Qrafiki: 09:00 dan -18:00 –dək
İstirahət günü: Şənbə və Bazar günləri
Maaş: 250 AZN (ilk 3 ay) Növbəti aylardan artan əməkhaqqı
İşə qəbul olunacaq işçi sayı: 1nəfər

CV-nizi mövzu hissəsində  Maliyyə üzrə təcrübəçi qeyd edərək  / email ünvanına göndərə bilərsiniz.
Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.