Read More9
Read More9

Vergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi?

posted in: Xəbər | 0

Mühasibi olduğum fərdi sahibkarın “Şəms Mall” (ad şərtidir) ticarət mərkəzində oyuncaqların pərakəndə satışı mağazası var. 2025-ci ilin mart ayında vergi orqanı tərəfindən bazarda operativ vergi nəzarəti tədbiri keçirilib. Bu zaman fərdi sahibkarın icarəyə götürdüyü obyektinin girişində həmin obyektin vergi orqanında uçota alınmasına dair məlumatın yerləşdirilməməsinə görə maliyyə sanksiyası tətbiq edilməsi qanunauyğundurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanuna əsasən, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə- idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək) vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilib. Həmin məlumatın (arayışın) təsərrüfat subyektinin (obyektinin) girişində əks olunmamasına görə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub.
Eyni zamanda, Vergi Məcəlləsinin 50.1.16-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti formasıdır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun 3.1-ci maddəsinə əsasən, bazarlara nəzarətlə bağlı müddəalar Qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir. Buna əsasən, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri 2025-ci ilin mart ayında həyata keçirildiyindən, fərdi sahibkar tərəfindən ticarət mərkəzindən icarəyə götürdüyü obyektin girişində həmin obyektin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməməsinə görə həmin vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-16-cı, 50.1.16-cı və 58.2-1-ci maddələri.

Mənbə: vergiler.az

Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər

Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Bəs həmin vəsaitlər hansı qaydada vergiyə cəlb olunur? 

Suala “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə layihə rəhbəri Rafiq Nəcəfli aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən, xüsusi notariuslar fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınırlar. Məcəllənin 99.3.10-cu maddəsinə əsasən, xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir. Vergi Məcəlləsinin 101.4-cü maddəsinə görə, xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur və müvafiq gəlir vergisi bəyannaməsi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Vergi Məcəlləsinin 16.1.11-6.3-cü maddəsinə əsasən, notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsinə görə elektron qaimə-faktura tərtib edilmir və qeyd olunan əməliyyatlar Vergi Məcəlləsinin 164.1.6-cı maddəsinə uyğun olaraq, ƏDV-dən azaddır.

Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci,144.1.1-ci və 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən xüsusi notariuslar vergi agenti kimi ödəmə mənbəyində sadələşdirilmiş vergini tutmağa borcludurlar.

Məcəllənin 150.3-1-ci maddəsində isə göstərilib ki, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 əməliyyat günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.

Misal 1

Xüsusi notarius may ayında göstərilən notariat hərəkətlərinə görə 25.000 manat xidmət haqqı əldə edib. Bu zaman Vergi Məcəlləsinin 101.4-cü maddəsində göstərildiyi kimi, hesablanacaq gəlir vergisi belə olacaq:

25.000 x 10% = 2.500 manat.

Misal 2

Xüsusi notarius iyun ayında göstərilən notariat hərəkətlərinə görə 18.000 manat xidmət haqqı əldə edib. Dövr ərzində gəlirin əldə olunması ilə əlaqədar 8.000 manat xərci çıxıb. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, vergitutma obyekti xərclər nəzərə alınmadan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqdır. Buna görə də hesablanacaq gəlir vergisi aşağıdakı kimi olacaq:

18.000 x 10% = 1.800 manat.

Xüsusi notariusların aylıq sosial sığorta haqqlarının məbləği, “Sosial sığorta haqqında” Qanunun 14.5.3-cü maddəsinə əsasən, minimum aylıq əməkhaqqının 10 mislinin 25 faizi miqdarındadır.

Misal 3

Xüsusi notarius iyun ayında göstərilən notariat hərəkətlərinə görə 18.000 manat xidmət haqqı əldə edib. Dövr ərzində gəlirin əldə edilməsi ilə əlaqədar 8.000 manat xərci olub. Bu zaman hesablanmalı sosial sığorta məbləğini tapmaq tələb edilir. Minimum əmək haqqı 2025-ci il üçün 400 AZN olduğu üçün hesablanan sosial sığorta haqqı 1.000 manat olacaq:

(400 x 10) x 25% = 1.000 manat.

Mənbə: vergiler.az

Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi

Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasında əmək müqaviləsi bağlayaraq işləyən əcnəbilər icbari tibbi, işsizlik və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmalıdırlarmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə və “Tibbi sığorta haqqında” Qanunun 15-2.1-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilirlər.

Həmin şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

İşçinin əməkhaqqının 8.000 manata qədər olan hissəsindən 2%, 8.000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faizi həcmində icbari tibbi sığorta haqqı tutulması müəyyən edilib.

İşçilər əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə vergi və digər tutulmalar haqda ətraflı məlumat əldə edə bilərlər.

Əsas: “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar

Mənbə: vergiler.az

Nəzarət-kassa aparatı quraşdırılması zəruri olan və olmayan fəaliyyət növləri

1 197 198 199 200 201 202 203 2. 700
error: Content is protected !!