Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət rüsumuDövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7,

maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci maddədə “4.1-1-ci maddəsində” sözləri “4.1-1-ci və 4.1-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.

2. 4.1-2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.1-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”.

3. aşağıdakı məzmunda 4.1-3-cü maddə əlavə edilsin:

“4.1-3. Bu Qanunun 4.1-ci, 4.1-1-ci və 4.1-2-ci maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il.

Mənbə: president.az

Bax: İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İnsan Resursları Departamentində Ödənişli Təcrübə Proqramı

Ödənişli Təcrübə Proqramıİnsan Resursları Departamentində Ödənişli Təcrübə Proqramı


“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
–  Pozitivlik bizim ən böyük uğurumuzdur!
–  Kreativ ideyaları yaradırıq!
–  İstedadlı gənclərə yol açırıq!

Optimal Elektronika” MMC  İnsan Resursları Departamentində  Ödənişli Təcrübə Proqramı elan edir:
Bax: Baş mühasibin köməkçisi tələb olunur

Tələblər:

– Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;
– Öyrənməyə və inkişaf etməyə meylli olmalı:
– Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür.
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Biz Sizə təklif edirik:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 5  iş günü, 2  gün istirahət;
– Karyera yüksəlişi imkanı;
– Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “İnsan Resursları Departamentində təcrübəçi” qeyd edərək öz CV-lərinizi   / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.12.2018

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

dəyişiklikAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib, dəyişiklik tütün və tütün məmulatından istifadə və bununla bağlı cərimələrin artırılmasından ibarətdir. Belə ki, bundan sonra qadağan edilmiş yerlərdə tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə ediləcək.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438) aşağıdakı dəyişikliklər edilsin:

1. 41-ci maddəyə “189.4,” rəqəmlərindən sonra “212.3,” rəqəmləri əlavə edilsin.

2. 212-ci maddə üzrə:

2.1. 212.1-ci maddədə “və tütün məmulatı” sözləri “məmulatlarının istifadəsinin məhdudlaşdırılması” sözləri ilə, “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin;

2.2. 212.2-ci maddədə hər iki halda “siqaret” sözü “tütün” sözü ilə, “yerlərin ayrılmasının” sözləri “ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin” sözləri ilə əvəz edilsin və həmin maddədən “xəbərdarlıq” sözü çıxarılsın;

2.3. aşağıdakı məzmunda 212.3-cü, 212.4-cü və 212.5-ci maddələr əlavə edilsin:

“212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi –

yüz manat məbləğində cərimə edilir.

212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə –

əlli manat məbləğində cərimə edilir.

212.5. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə –

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.”.

3. 299-cu maddənin adında və dispozisiyasında “müəyyən edilməmiş yerlərdə siqaret” sözləri “tütün” sözü ilə əvəz edilsin.

4. 305 və 318-ci maddələrin adında və dispozisiyasında, 306.4-cü maddədə “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

5. 322.0.4-cü maddədə “siqaret” sözü “, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Yeni sistemin tətbiqi üçün DGK-nə 1 ay vaxt verildi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yeni sistemin tətbiqi üçün DGK-nə 1 ay vaxt verildi

posted in: Xəbər | 0

DGKYeni sistemin tətbiqi üçün DGK-nə 1 ay vaxt verildi


Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin – TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, seminarda DGK-nın rəsmiləri ilə yanaşı, daşıyıcı şirkətlərin təmsilçiləri də iştirak ediblər.
Bax: Balans və balansın misallarla izahı

Tədbirdə çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Anar Məmmədov bildirib ki, Azərbaycanın tranzit potensialının artırılması istiqamətində ölkə rəhbəliyi tərəfindən müəyyən olunmuş siyasətə və qəbul olunmuş proqramlara uyğun olaraq, gömrük orqanları bu sahəyə öz töhfəsini verməkdədir. Bu çərçivədə, ölkəmizdə TIR EPD sisteminin tətbiqinin tranzit daşımaların asanlaşdırılması və sürətləndirilməsi işində mühüm addımlardan biridir. İdarə rəisi qeyd edib ki, TIR-EPD sisteminin Dövlət Gömrük Komitəsi sistemində tətbiqi ilkin mərhələdə 2018-ci ilin 10 dekabr tarixindən 2019-cu ilin 10 yanvar tarixinədək pilot qaydada tətbiq ediləcək.

DGK Risklərin İdarə Olunması və Risk Analizləri İdarəsinin əməkdaşı Ziya Ağayev isə vurğulayıb ki, layihədən faydalanan daşıyıcılar tərəfindən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına TIR-EPD sistemi vasitəsilə təqdim edilməsi nəticəsində gömrük risklərinin təhlili sisteminin fəaliyyətinin səmərəliliyi daha da artacaq. Bu da BYD proseduru altında həyata keçirilən daşımalar zamanı gömrük-sərhəd buraxılış məntəqələrində bu nəqliyyat vasitələrinin prioritet qaydada keçidini təmin etməklə, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətnin optimallaşdırılmasına gətirib çıxaracaq.

Bax: 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Fərid Vəliyevtəqdimatla çıxış edib. Bildirib ki, Azərbaycanın tərəfi olduğu BYD konvensiyasının imkanlarından daha geniş istifadə edilməsi vasitəsilə tranzit əməliyyatlarının sadələşdirilməsi gömrük orqanlarının diqqətdə saxladığı prioritet məsələlərdən biridir. Bu çərçivədə BYD daşımaları zamanı mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən TIR EPD sistemi ilə təqdim edilməsi, həm ilkin məlumat mübadiləsi üzrə qanunvericiliyin tələblərinə riayət olunmasını təmin edəcək, həm də əvvəlcədən gömrük orqanlarına təqdim edilmiş məlumatlar əsasında gömrük nəzarətinin həyata keçirilməsi zamanı məlumatlandırma və qeydiyyat mərhələsində, eləcə də risklərin analizi sahəsində səmərəliliyin artırılmasına gətirib çıxaracaq. Bu da, öz növbəsində, BYD kitabçası ilə həyata keçirilən daşımalar zamanı pritoritet qaydada sərhəd keçidinə nail olunması istiqamətində əsas addımlardan birini təşkil edir.

Qeyd edək ki, TIR EPD sisteminin 1 ay müddətini əhatə edəcək pilot fazası ərzində Komitənin aidiyyəti struktur bölmələri tərəfindən proseslərin monitorinqi aparılmaqla, təkmilləşdirilməsinə ehtiyac olan sahələr müəyyən olunacaq və sistemin tam şəkildə BYD prosedurundan istifadə edən xarici daşıyıcılara da şamil edilməsi üçün zəruri tədbirlər görüləcək.

Seminarda iştirak edən daşıyıcı şirkətlərin nümayəndələri digər dövlətlərdə həyata keçirilən daşımalar zamanı TIR EPD sistemindən istifadə ilə bağlı təcrübələrini bölüşüb, bu sahədə ətraflı müzakirələr aparıblar.

Bax: Vergilər Nazirliyi külli miqdarda aksiz markasız siqaret aşkar edib

Qeyd edək ki, hazırda BYD konvensiyasının 74 tərəf dövləti olmasına baxmayaraq, bunlardan yalnız 62-də BYD proseduru tətbiq olunmaq üçün açıqdır və yalnız 36 ölkədə TIR EPD sistemi tətbiq olunur.

Ölkəmizdə bu sistemin tətbiqi, BYD proseduru çərçivəsində daşımaların tam elektronlaşdırılmasını nəzərdə tutan eTIR pilot layihələrinin həyata keçirilməsi məqsədilə görülən mühüm hazırlıq tədbirlərindən biridir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.