Read More9
Read More9

İş və istirahət günlərinin yerləri dəyişdirilib

posted in: Xəbər | 0

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Bununla da ardıcıl dörd gün – iyunun 26-sı (Silahlı Qüvvələr Günü), 27-si, 28-i və 29-u qeyri-iş günləri olacaq.

Mənbə: report.az

Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?

Torpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

“X Agro” MMC-nin mülkiyyətində 15 hektar torpaq sahəsi var. ƏDV qeydiyyatında olan MMC bu torpaq sahələrini digər vergi ödəyicilərinə icarəyə verir. Bu zaman həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən, malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi xidmət (iş) anlayışında istisna edilib.

Qeyd olunanlara əsasən, MMC tərəfindən torpağın icarəyə verilməsi 2025-ci il yanvarın 1-dən ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmadığından, həmin əməliyyat ƏDV-yə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci və 159.1-ci maddələri

Mənbə: vergiler.az

Əmək müqaviləsində göstərilməyən şərtlərin müqaviləyə yenidən əlavə edilməsi qaydası

Əmək müqaviləsində göstərilməyən şərtlərin müqaviləyə yenidən əlavə edilməsi qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsində mütləq göstərilməli olan məlumatlar və şərtlər əksini tapıb. Ancaq bəzən müqavilə bağlandıqdan bir müddət sonra əmək münasibətlərinin bəzi şərtlərinin qeyd olunmadığı üzə çıxır. Bəs bu halda şərtlərin əmək müqaviləsinə əlavə edilməsi necə tənzimlənir?

Suala insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində əmək müqaviləsində mütləq göstərilməli olan şərtlər və məlumatlar qeyd edilib. Həmin maddənin tələbinə görə, əmək müqaviləsində aşağıda qeyd olunan şərtlər və məlumatlar göstərilməlidir:

  • İşçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN);
  • İşəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvan, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvan, fərdi identifikasiya nömrəsi (FİN);
  • Əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi);
  • Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
  • Əmək müqaviləsinin müddəti;
  • İşçinin əmək funksiyası;
  • İşçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması;
  • Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
  • İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
  • Əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN);
  • Tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmçinin, Məcəllənin 46-cı maddəsinin 5-ci hissəsində göstərilib ki, 43-cü maddənin 2-ci hissəsində qeyd olunan şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib olunması tələbi qoyula bilər.

Qeyd olunmayan şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq, bağlandığı gündən etibarlı hesab olunur. Həmin funksionallıq Əmək və Məşğulluq Altsistemində (ƏMAS) də mövcuddur.

Yuxarıda qeyd olunanları misallarla izah edək:

Misal 1

Fərz edək ki, 01.02.2025-ci il tarixdə işçi ilə əmək müqaviləsi bağlanılıb. İşçinin staja görə 2 gün əlavə məzuniyyəti əmək müqaviləsinə daxil edilməyib. Bu hal 05.05.2025-ci il tarixdə aşkar olunub (işçi və ya işəgötürən tərəfindən). Aşkar olunmuş halı işəgötürən və ya insan resursları üzrə mütəxəssis dərhal aradan qaldırmaq üçün 05.05.2025-ci il tarixdə əlavə məzuniyyət günlərini əmək müqaviləsinə daxil etməlidir. Həmin işçinin staja görə əlavə məzuniyyət hüququ əmək müqaviləsinin bağlandığı gündən, yəni 01.02.2025-ci il tarixdən yaranır.

Misal 2

Tutaq ki, 01.04.2025-ci il tarixdə işçi ilə əmək müqaviləsi bağlanılıb. İşçinin alacağı əməkhaqqı üzrə şərtlər qeyd olunarkən ağır və zərərli əməyə görə nəzərdə tutulan artım (əmsal) göstərilməyib. Bu hal 14.04.2025-ci il tarixdə aşkar edilib. Aşkar olunmuş halı işəgötürən və ya insan resursları üzrə mütəxəssis dərhal aradan qaldırmaq üçün 14.04.2025-ci il tarixdə ağır və zərərli əməyə gözə nəzərdə tutulan artımı (əmsal) əmək müqaviləsinə daxil etməlidir. Həmin artım (əmsal) əmək müqaviləsinin bağlandığı gündən, yəni 01.04.2025-ci il tarixdən nəzərə alınmalıdır.

Mənbə: vergiler.az

İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə

Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?

posted in: Xəbər | 0

Şirkət balansında olan əsas vəsaiti qalıq dəyərindən aşağı qiymətə satır. Bu zaman ƏDV hansı məbləğə hesalanmalıdır? Qalıq dəyəri və satış qiyməti arasında fərq xərc kimi tanına bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda, ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti kimi məhsulun bazar qiyməti əsas götürülür.

Vergi Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, aktivlərin təqdim edilməsindən əldə olunan gəlir aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim olunan aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə əsasən müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Vergi Məcəlləsinin 142.2-ci maddəsinə əsasən, aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin bu Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 142-ci və 161-ci maddələri

Mənbə: vergiler.az

Sahibkarlıq mühitində dayanıqlı biznes həllərinə transformasiya

1 202 203 204 205 206 207 208 2. 700
error: Content is protected !!