Güzəştli kreditlərdən yararlanan sahibkarların əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir

posted in: Xəbər | 0

Bu ilin yanvar-fevral aylarında güzəştli kreditdən yararlanan layihələrin 96,5 faizi, verilən güzəştli kreditlərin ümumi məbləğinin isə 75 faizə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, hesabat dövründə maliyyələşdirilən layihələrin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsus olub.

Xatırladaq ki, Fond tərəfindən cari ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Güzəştli kreditlər prioritet sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına yönəldilib. Belə ki, verilmiş kreditlərin ümumi məbləğinin 40,5 faizi kənd təsərrüfatının, 56 faizi sənayenin (o cümlədən, aqrar emal), 3,5 faizi isə digər sahələrin payına düşüb.

Mənbə: vergiler.az

Əcnəbi vətəndaşlar üçün vergi güzəşti

Əcnəbi vətəndaşlar üçün vergi güzəşti

posted in: Xəbər | 0

Xarici ölkə vətəndaşı Azərbaycanda şirkət açmaq istəyir. Onun üçün hansı vergi güzəştləri tətbiq olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını Dövlət Vergi Xidmətinin saytında olan “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə etmək mümkündür.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 iş günündən gec olmayaraq, sürətli elektron dövlət qeydiyyatı dərhal, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı isə 2 iş günündən gec olmayaraq həyata keçirilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 3.6-cı maddəsinə əsasən, vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq, vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. Hüquqi şəxslərlə bağlı güzəştlər Vergi Məcəlləsinin 106-cı maddəsində qeyd olunub.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər Nazirliyi Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

Mənbə: vergiler.az

Hansı hallarda işçinin orta əməkhaqqı saxlanılır?

Biznes kartlarından yanlış istifadə: harada daha sərfəlidir?

posted in: Xəbər | 0

“Sahibkarların biznes kartlarından mütəmadi istifadəsinə ehtiyac qalmayıb. Hesab edirəm ki, bu gün sahibkarlar üçün yaradılan mühit bu kartlardan istifadəni azaldır”.

Bu fikri Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev səsləndirib. Onun sözlərinə görə, iş adamları rəhbəri olduqları müəssisənin, təsərrüfat subyektinin bank hesabına bağlı olan biznes kartlarından daha çox digər məqsədlər üçün, yəni biznesə aid olmayan istiqamətlər üzrə yararlanırlar. Bu da sonda mənfi nəticələrə gətirib çıxara bilir: “Demək olar ki, fərdi sahibkarların və ya müəssisə rəhbərlərinin əksəriyyəti biznesə məxsus korporativ kartlar əldə ediblər. Bu kartlardan da sahibkarlıq məqsədləri üçün istifadə etmək istəyirlər. Lakin reallıqda biz görürük ki, korporativ biznes kartlarından daha çox fərdi-şəxsi məqsədlər üçün istifadə olunur”.

M.Babayev təcrübədə biznes kartlarından daha çox rəsmiləşmədən yayınmaq üçün istifadə olunduğunu təəssüflə qeyd edib: “Məsələn, bəzi hallarda şəxsən özü, ailəsi və yaxınları üçün lazım olan məsrəflərin haqqının ödənilməsi, təsisçilərin fərdi xərclərinin və ya borclarının qarşılanması, bəzi hallarda qeyri-rəsmi alışların həyata keçirilməsi məqsədilə nağdlaşdırma və digər şəxslərə də kartdan karta köçürmə ilə qeyri-rəsmi əməliyyatların aparılması üçün istifadə edən sahibkarlar da var. Ümumiyyətlə, sahibkarlar biznesdə belə kartlardan adətən ödənişlərini asanlaşdırmaq üçün istifadə edirlər”.

Biznes kartlarının istifadə məqsədlərinin fərqli olduğunu vurğulayan M.Babayevin fikrincə, bəzi vacib məqamlarda onlara zərurət yaranır. Məsələn, ezamiyyətə gedən işçiyə ezamiyyə xərclərini yerində ödəmək, gömrük orqanlarında yerində gömrük haqlarını ödəmək, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alışların əvəzinin yerində ödənilməsi, korporativ bayram, şənlik tədbirlərinin haqqının ödənilməsi, işçilərə, yubilyarlara hədiyyələrin alınması və digər asan ödəniş məqsədləri ilə korporativ kartlardan istifadə edilir: “Əslində, kartın məqsədi anında ödənişə ehtiyac yaranan hallar üçün əlverişli ola bilər. Məsələn, sahibkarın biznes məqsədləri üçün lazım olan malın, işin və ya xidmətin dəyərini yerində ödəmək zərurəti yaranarsa, yəni o faydanı əldən buraxmamaq üçün anında ödəmək məqsədi daşıyırsa, bu zaman kartın əhəmiyyəti mütləqdir. Çünki yerində ödəniş edilməzsə, alış baş tutmaya bilər və fayda da əldən çıxar”.

M.Babayev hesab edir ki, bu gün sahibkarların biznes kartlarından istifadəsinə çox az hallarda zərurət yaranır, hətta əksər fəaliyyət sahələrində belə kartlardan istifadəyə ehtiyac qalmayıb. Əgər həqiqətən sahibkarın məqsədi düzgün sənədləşmə yolu ilə mal əldə etməkdirsə, təsərrüfat əməliyyatlarını doğru qaydada rəsmiləşdirmək istəyirsə, o, pulu nağdsız qaydada köçürmə yolu ilə internet bank xidməti vasitəsilə ödəyə bilər. Öz müştərisi ilə bunu çox rahat həll etmək imkanı yaranar. Bu halda, karta ehtiyac qalmır.

Mənbə: vergiler.az

Azərbaycanda riskli vergi ödəyicilərinin sayı azalıb

Azərbaycanda kameral vergi yoxlaması əsasında hesablanmış vergi 18 % artıb

posted in: Xəbər | 0

2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1 % artıb.

Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8 % paya malik olub. Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 329 milyon manatının və yaxud 28,1 %-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 58 milyon manat və yaxud 21,4 % çoxdur.

Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 999,6 milyon manatı və yaxud 85,5 % elektron uyğunsuzluq əsasında aparılmış yoxlama ilə, 169,3 milyon manat və yaxud 14,5 %-i isə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar uyğunsuzluq əsasında aparılmış yoxlama ilə hesablanıb.

Hesablanmış vergilərin ümumi məbləğinin 734,7 milyon manatını və yaxud 62,9 %-ni əlavə dəyər vergisi, 269,2 milyon manatını və yaxud 23 %-ni mənfəət vergisi, 63,6 milyon manatını və yaxud 5,4 %-ni gəlir vergisi, 15,7 milyon manatını və yaxud 1,3 %-ni sadələşdirilmiş vergi, 58,7 milyon manatını və yaxud 5 %-ni vahid bəyannamə üzrə vergilər, 27 milyon manatını və yaxud 2,3 %-ni isə digər vergilər təşkil edib.

Ötən il kameral vergi yoxlaması üzrə 6,8 min şikayət daxil olub ki, bu da il üzrə ümumi kameral yoxlamaların sayında cəmi 4,5 % paya malik olub.

Mənbə: report.az

Azərbaycanda riskli vergi ödəyicilərinin sayı azalıb

1 204 205 206 207 208 209 210 2. 683