Video: “Kameral vergi məktublarının təhlili və cavablandırılması”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Kameral vergi məktublarının təhlili və cavablandırılması” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-2023-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris etmişdir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 3000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasibat kursları

Vergi kursları

Mühasiblər üçün Excel kursları

 

Əlaqə:

 

Kimlərə maaşdan əlavə birdəfəlik və aylıq kompensasiya ödəniləcək?

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Dövlət qulluqçusunun rotasiyası Qaydası” və “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi Qaydası”nı 20 fevral 2025-ci il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edib. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov həmin qaydaları şərh edir:

Qaydalara əsasən, dövlət qulluqçusu rotasiya halında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır. Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur. Qeyd edək ki, rotasiya – inzibati vəzifə tutan dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qərarı ilə bir vəzifədən başqa vəzifəyə keçirilməsi hesab edilir.

Rotasiyanın təşkili

Rotasiyanın tətbiq edildiyi vəzifələrdə qulluq müddəti 5 il müəyyən olunur. Komissiyanın əsaslandırılmış tövsiyəsi əsasında dövlət orqanının rəhbəri tərəfindən bu müddət hər dəfə, bir ildən çox olmamaqla, 2 dəfə uzadıla bilər. Rotasiyanın tətbiq olunduğu vəzifəyə keçirilən dövlət qulluqçusunun əmək müqaviləsində bununla bağlı dəyişikliklər edilir.

Rotasiya müvafiq ilin sentyabr ayında həyata keçirilir. Xidməti zərurətlə əlaqədar rotasiya ilin digər aylarında həyata keçirildikdə, dövlət qulluqçusuna rotasiya olunacağı vəzifə və vaxtı barədə ən azı 6 ay əvvəl rəsmi məlumat verilməlidir. Dövlət qulluqçusu öz təşəbbüsü və qulluq keçdiyi dövlət orqanının rəhbərinin razılığı əsasında rotasiya vəzifəsinə keçirilə bilər.

Aşağıdakı şəxslər onların razılığı əsasında rotasiya edilirlər:

  • hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
  • öhdəsində əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan şəxslər;
  • dövlət qulluğunda olmanın yaş həddinə iki ildən az müddət qalan şəxslər;
  • müvafiq vəzifənin yerləşdiyi ərazinin səhhətinə mənfi təsir edə biləcəyi şəxslər (tibbi arayış əsasında);
  • rotasiya vəzifələrinə azı 3 dəfə (ümumilikdə 15 ildən az olmayaraq) rotasiya olunan şəxslər.

Aşağıdakı dövrlərdə rotasiya müvəqqəti olaraq təxirə salınır:

  • rotasiya olunanın fəaliyyətinə bilavasitə rəhbərlik və ya nəzarət etdiyi təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlama, təftiş) aparıldığı dövr;
  • rotasiya olunan barəsində xidməti yoxlama (araşdırma) və ya cinayət işinin istintaqı aparıldığı dövr;
  • rotasiya olunanın məzuniyyətdə və ya ezamiyyətdə olduğu, habelə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr (tibbi arayış əsasında).

Bu halda rotasiya yuxarıda nəzərdə tutulan hallar aradan qalxdığı gündən 1aydan gec olmayaraq həyata keçirilməlidir.

Rotasiya dövlət qulluqçusunun yaşadığı inzibati ərazi vahidini dəyişməklə və ya dəyişməməklə həyata keçirilir. Dövlət qulluqçusunun yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən çox uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunması yaşadığı inzibati ərazi vahidini dəyişməklə aparılır.

Rotasiya olunan dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial təminatları

Dövlət rotasiya olunanların sosial və hüquqi müdafiəsinə, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsinə zəmanət verir. “Dövlət qulluğu haqqında” Qanunun 30.5-ci maddəsinə əsasən, müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər təhsil müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmətlə təmin edilir. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Qaydalara əsasən, yuxarıda nəzərdə tutulan təminatlarla yanaşı, rotasiya olunan dövlət qulluqçularına aşağıdakı təminatlar verilir:

  • rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına ödənilən birdəfəlik ödəniş;
  • rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına ödənilən aylıq pul kompensasiyası;
  • rotasiya olunanla birlikdə yaşadığı inzibati ərazi vahidini dəyişmiş və bu səbəbdən iş yerlərini itirmiş ailə üzvlərinin işlə təmin olunma imkanlarının dəstəklənməsi;
  • rotasiya olunanın övladlarının qulluq keçdiyi yaşayış məntəqəsində təhsil müəssisələrinə yerləşdirilməsi.

Rotasiya olunanla birlikdə yaşadığı inzibati ərazi vahidini dəyişmiş və bu səbəbdən iş yerlərini itirmiş ailə üzvlərinin (təsdiqedici sənədlər təqdim edilməklə) müraciəti əsasında onların məşğulluğunun təmini üçün “Məşğulluq haqqında” Qanuna uyğun tədbirlər görülür. Rotasiya olunanın ailə üzvləri yaşadıqları inzibati ərazi vahidini dəyişməmişdən əvvəl dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olduqları halda, onlar həmin təşkilatların müvafiq rayon (şəhər) şöbələrində (təşkilatlarında) vakant vəzifənin olması nəzərə alınaraq işlə təmin edilə bilərlər.
Qaydalara görə, rotasiya olunanın ailə üzvü dedikdə, aşağıdakılar nəzərdə tutulur:

Ailə üzvü – rotasiya olunanla birlikdə yaşayan arvadı (əri), valideynləri, yetkinlik yaşına çatmayan uşaqları (övladlığa götürülənlər daxil olmaqla), himayəsində olan yetkinlik yaşına çatmayan bacıları, qardaşları, habelə arvadının (ərinin) valideynləri.

Aylıq kompensasiyalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 20 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi Qaydası”na əsasən, həmin şəxslərə aşağıdakı ödənişlər ödənilir:

• Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.
• Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün yuxarıda müəyyən edilmiş müvafiq kompensasiyanın 50 faizi məbləğində vəsait ödənilir.

Misal 1: İş yeri Bakı şəhərində yerləşən dövlət qulluqçusunun qeydiyyatı Xırdalan şəhərindədir və tarif maaşı 1.500 manatdır. O, rotasiya qaydasında Gəncə şəhərində öz işini davam etdirməlidir. Dövlət qulluqçusunun ailə üzvləri atası, anası, həyat yoldaşı, iki uşağı və himayəsində olan 20 yaşlı bacısı var. Bu halda ona nə qədər kompensasiya ödəniləcək?

Bu nümunədə dövlət qulluqçusuna maaşından əlavə olaraq aylıq 250 manat pul kompensasiyası, ailə üzvlərinə görə isə aşağıdakı məbləğdə kompensasiya ödəniləcək:

Göründüyü kimi, rotasiya olunan şəxsin 6 ailə üzvü var. Lakin onlardan 5-nə görə müəyyən olunmuş qaydada kompensasiya hesablanması həyata keçiriləcək. Çünki Qaydaların “Ümumi müddəalar” hissəsində ailə üzvləri anlayaşına izah verilərkən, “himayəsində olan yetkinlik yaşına çatmayan bacıları, qardaşları” ifadəsindən istifadə olunub. Mülki Məcəllənin 28-ci maddəsinə əsasən, şəxsin yetkinlik yaşı 18 yaş hesab edilir. Nümunədəki şəxsin bacısının 20 yaşı olduğu üçün yetkinlik yaşına çatmış hesab edilir və bu baxımdan ailə üzvlərinə daxil edilmir. Ona görə də 5 ailə üzvünə görə kompensasiya hesablanacaq və aylıq maaşdan əlavə olaraq, cəmi 875 manat məbləğdə vəsait veriləcək:

Özünə görə: 250 manat;
Ailə üzvlərinə görə: (250 x 50 %) x 5 nəfər = 625 manat;
Cəmi: 250 + 625 = 875 manat.

Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.
Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

Misal 2: Dövlət qulluqçusu Xırdalan şəhərində qeydiyyatdadır və orada yaşayır. O, rotasiya qaydasında Ələt qəsəbəsində işini davam etdirəcək. Bu halda işçi yaşayış yerini dəyişməyəcək. Xırdalan şəhərindən Ələt qəsəbəsinə məsafə 80 kilometr ona yalnız 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir.
Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunan və ailə üzvləri üçün müəyyən edilmiş kompensasiyalara 1,5 əmsal tətbiq olunur.

Misal 3: İş yeri Bakı şəhərində yerləşən dövlət qulluqçusunun qeydiyyatı Xırdalan şəhərindədir. Onun tarif maaşı 1.500 manatdır. Dövlət qulluqçusu rotasiya qaydasında Şuşa şəhərində öz işini davam etdirəcək. Onun 3 ailə üzvləri həyat yoldaşı və iki uşağından ibarətdir. Bu halda işçiyə nə qədər kompensasiya ödəniləcək?

Əmək Məcəlləsinin 21-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər mövcud olduğu hallarda, bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

  • mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;
  • mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;
  • mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda).

Qaydalara əsasən, yuxarıdakı meyarlara cavab verildiyi halda, işğaldan azad edilmiş ərazilərdə qulluq keçmək üçün rotasiya olunanlara və ailə üzvlərinə müəyyən edilmiş kompensasiyalara 1,5 əmsal tətbiq edilir. Bu halda, həmin dövlət qulluqçusuna aşağıdakı qayda və məbləğdə kompensasiya hesablanıb ödəniləcək:

Özünə görə: 250 x 1,5 = 375 manat;
Ailə üzvlərinə görə: (250 x 50%) x 3 =375 manat;
375 x 1,5 əmsal = 562,5 manat.
Cəmi: 375 + 562,5 = 937,5 manat.

Birdəfəlik ödəniş

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 misli məbləğində birdəfəlik ödəniş verilir.

Misal 4: Yuxarıdakı nümunələrdəki dövlət qulluqçularına yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə aylıq kompensasiyalardan əlavə, minimum aylıq əməkhaqqının 3 misli məbləğində birdəfəlik ödəniş veriləcək:
400 manat x 3 = 1.200 manat.

Qaydaya uyğun ödənilən birdəfəlik ödəniş işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir. İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin olaraq maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat birdəfəlik müavinət verilir. Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə 9 dekabr 2022-ci il tarixli 683-VIQD nömrəli Qanunla bu müavinətin təyinatı 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək olan dövr üçün nəzərdə tutulub.
Qaydaya uyğun olaraq, kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir. Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan (aylıq 250 manat) kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.

Mənbə: vergiler.az

Azərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib

Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

2025-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin gəlir vergisi ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Jalə Abbasova həmin yenilikləri açıqlayır: 

Mikro sahibkarlara vergi güzəştləri

Təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75%-i gəlir vergisindən azad olunur. Bu fəaliyyət sahələri aşağıdakılardır:

  • proqram təminatının işlənməsi sahəsində xidmətlər;
  • layihə-dizayn və dekorasiya xidmətləri;
  • tərcümə xidməti;
  • reklam xidməti;
  • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • jurnalistlərin fəaliyyəti;
  • bazar konyukturunun öyrənilməsi;
  • qiymətləndirmə fəaliyyəti;
  • avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
  • turizm bələdçiliyi;
  • xidmətlərin ixracı.

Yuxarıdakı abzaslarda nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75%-i fiziki şəxslərin gəlir vergisindən azaddır.

Misal 1: Sahibkar reklam xidməti ilə məşğuldur və ilin sonunda əldə etdiyi gəlir 43.000 manatdır. Bu halda o, mikrobiznes sayılır və illik gəliri 45.000 manatdan aşağı olduğuna görə, vergi güzəştlərindən faydalana bilər:

43.000 x 75% =32.250 manat;
43.000 – 32.250 = 10.750 manat;
10.750 x 20% = 2.150 manat.

Beləliklə, reklam xidməti ilə məşğul olan fərdi sahibkar 43.000 manat gəlir əldə etməsinə baxmayaraq, 8.600 manat əvəzinə 2.150 manat gəlir vergisi ödəyir.

Sığorta haqlarından azadolma

Həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlərə gəlir vergisindən azadolmalar və güzəştlər tətbiq edilir. Bu dəyişiklik 2025-ci il yanvarın 1-dən sonra bağlanmış müqavilələrə şamil edilir.

Bərpa olunan enerji layihələri

Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan və bərpaolunan enerji mənbələrindən istifadə edilən elektrik enerjisi istehsalı layihələri üzrə əldə edilən gəlirlər 30 ildən çox olmayan müddətə gəlir vergisindən azad edilir.

Misal 2: Şəxs dövlət-özəl tərəfdaşlığı çərçivəsində 20 il müddətinə bir infrastruktur layihəsini həyata keçirir və bu müddət ərzində əldə etdiyi gəlirlər gəlir vergisindən azaddır. Bu, şirkətə əlavə maliyyə dəstəyi verir və layihələrinin inkişafını sürətləndirir.

ƏDV ilə bağlı dəyişikliklər

Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxslərə fiziki şəxslər tərəfindən teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri üçün nağdsız ödənişlər zamanı ödənilən ƏDV-nin 50 faizi həmin şəxslərə geri qaytarılacaq. Bu dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Mənfəət vergisindən azadolma

Qanunvericiliyə uyğun qeydiyyatdan keçmiş teatr, muzey, simfonik orkestr və film istehsalı ilə məşğul olan müəssisələrin və filmin prodüserlərinin həmin fəaliyyətdən əldə etdikləri gəlirin 90%-i 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azad edilir.

Bu dəyişikliklər ümumilikdə Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafını sürətləndirəcək və mədəniyyət, texnologiya, təhsil və digər sahələrdə yeni imkanlar yaradacaq, yerli filmlərin istehsalına dəstək olacaq.

Mənbə: vergiler.az

Bərbərlər nə qədər vergi ödəməlidirlər?

Azərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib

posted in: Xəbər | 0

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunması planlaşdırılır. İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də “Biznes mühitini və vergi yükünü araşdır” və “Vergitutma rejiminin seçimi” adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Mənbə: report.az

Rezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?

1 206 207 208 209 210 211 212 2. 681