Azərbaycanda gələn il ÜDM 3,6% artacaq

posted in: Xəbər | 0

ÜDM2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla 50,5 mlrd. manat təşkil edəcək.

“Report” 2019-cu il dövlət büdcə zərfində qeyd olunan gələn il və sonrakı 3 il üzrə makroiqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2% artaraq 17,9 mlrd. manat proqnozlaşdırılır. Bunun da 58,2%-i daxili investisiyaların, 41,8%-i xarici invesitisiyaların payına düşür. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 mlrd. manat olmaqla, ümumi invesitisiyaların 50%-ni təşkil edəcək.

Növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı proqnozlaşdırır. İstehlak qiymətləri indeksinin cari ildə təkrəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi gözlənilir.

Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 mlrd. manata qədər artacağı və orta aylıq əməkhaqının ötən illə müqayisədə real ifadədə 10,7% artaraq 641,7 manat olacağı proqnozlaşdırlır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gələn il üçün yaşayış minimumu məlum olub

posted in: Xəbər | 0

yaşayış minimumuAzərbaycanda 2019-cu il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşib.

Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Aydın Kərimovla mühasibat uçotu kursu

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun

  • ölkə üzrə 180 manat,
  • əmək qabiliyyətli əhali üçün 191 manat,
  • pensiyaçılar üçün 149 manat,
  • uşaqlar üçün 160 manat

müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: report.az

Bax: Sahibkarlıq sahəsində yoxlamalar (bilinənlər və bilinməyənlər)


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında seminarlar keçirilib

posted in: Xəbər | 0

Əmək qanunvericiliyinin tətbiqiƏmək qanunvericiliyinin tətbiqi ilə bağlı daha üç rayonda maarifləndirmə tədbirləri keçirilib.

Əmək hüquqları və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə işəgötürənlərə məlumatlar verilib. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma və təbliğat məqsədilə İmişli, Bərdə və Zaqatala rayonlarında seminarlar keçirib.

Aydın Kərimovla mühasibat uçotu kursu

İmişli rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları”, Bərdə rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” və Zaqatala rayonunda “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzularında işəgötürənlərə məlumatlar verilib. Ümumilikdə 12 rayonun (İmişli, Sabirabad, Saatlı, Beyləqan, Fizuli, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Zaqatala, Qax, Balakən) ayrı-ayrı işəgötürənlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakçıların müvafiq mövzularda sualları cavablandırılıb.

Tədbirlərdə həmçinin “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan geniş bəhs olunub. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi kimi ciddi qanun pozuntularına bir sıra hallarda xidmət iqtisadi fəaliyyət sahəsində də rast gəlindiyi qeyd olunub.

Bax: Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

Qeyri-formal məşğulluğun mənfi nəticələri və əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının mühüm sosial-iqtisadi faydaları diqqətə çatdırılıb.  İşəgötürənlərin bu məsələyə diqqəti artırmalarının, qeyri-formal məşğulluğun qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

Mənbə: www.mlspp.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

posted in: Xəbər | 0

notarialSual: Mən bilmək istəyirdim ki, təsisçi maliyyə qoyuluşunu nağd qaydada edə bilərmi? Yoxsa yalnızca notarial qaydada müqavilə bağlamalı və notariatda bank hesabından hüquqi şəxsin bank hesabına maliyyə qoyuluşu etməlidir?

Cavab: Sorğunuzdan təsisçi tərəfindən müəssisəyə borc pul vəsaitinin verilməsi barədə soruşulduğu qənaətinə gələrək bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunvericiliyə zidd olmayan hər hansı şərtləri qoymaqla öz hüquq və vəzifələrini müqavilə əsasında müəyyənləşdirir. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması olaraq bağlanır.

Eyni zamanda bildiririk ki, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu, o cümlədən də müqavilənin qüvvədə olma müddəti ilə bağlı şərtləri müəyyənləşdirə bilərlər. Mülki qanunvericilikdə pul vəsaitlərinin borc verilməsinin notarial qaydada təsdiq olunması mülki qanunvericilikdə tələb kimi qoyulmasa da, borc verən və borc alan müvafiq müqaviləni öz istəklərinə əsasən notarial qaydada təsdiq edə bilərlər.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur. Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

Bax: Mülki Məcəllənin 6.2-ci, 389-cu, 390-cı, 739-cu və 740-cı maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.