Read More9
Read More9

İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları təsdiqlənib

posted in: Xəbər | 0

İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır.

Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi və əmək kitabçasını təqdim edir. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycanda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək kitabçası 10 sm x 14 sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası 3 bölmədən – üz qabığı, titul vərəqi və iş haqqında məlumatdan ibarətdir.

Əmək kitabçalarının qaydalara uyğun formada hazırlanması və işəgötürənlərə verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

Əmək kitabçasının doldurulmasını işəgötürən, müəyyən hallarda isə ƏƏSMN Azərbaycanın dövlət dilində aparılır.

Mənbə: report.az

 

Məcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər

“SİMA İmza”nın İnternet Vergi İdarəsindəki 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb

posted in: Xəbər | 0

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb.

Artıq fərdi sahibkarlar İnternet Vergi İdarəsində SİMA rəqəmsal imza vasitəsilə elektron qaimələri göndərə və bir çox vergi bəyannamələrini rahatlıqla təqdim edə bilərlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da “SİMA İmza” ilə mümkündür. Portalda olan digər xidmətlərin də mərhələli şəkildə “SİMA İmza” ilə inteqrasiyası üzərində işlər davam etdirlir.

Qeyd edək ki, “SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiya prosesinə 2023-cü ildən başlanılıb.

Mənbə: vergiler.az

Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

Azərbaycana idxal olunan bəzi məhsullar gömrük rüsumundan azad edilir

posted in: Xəbər | 0

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri idxal gömrük rüsumuna cəlb olunmur.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yerli flora növlərinin genefondunun qorunub saxlanılması və yaşıllıqların cins tərkibinin zənginləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab), maddə 715, № 10, maddə 1167, № 11, maddə 1252; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 9 aprel tarixli 105 nömrəli Qərarı) aşağıdakı məzmunda 4.37-ci bənd əlavə edilsin:

“4.37. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri.”.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az

İdxalda ödənilən ƏDV-nin əvəzləşdirilməsi qaydası

Elsevər İbadov: “Sahibkar şəxsi kapitalını peşəkarlara əmanət etməlidir”

posted in: Xəbər | 0

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”na əsasən, peşəkar mühasiblər sahib olduqları sertifikatın növünə uyğun xidmət göstərmək hüququ əldə edirlər. Onlar baş mühasib kimi dövlət və özəl müəssisələrdə karyeralarını davam etdirə bilərlər. Peşəkar mühasib sertifikatının alınması üçün keçirilən imtahanların tələbləri, müsbət və mənfi tərəfləri, eləcə də biznesə töhfəsi barədə suallarını iqtisad üzrə fəlsəfə doktoru, dosent Elsevər İbadov cavablandırıb: 

– Elsevər müəllim, həm uçot və mühasibatlığın inkişafı, həm də biznesə dəstək baxımından peşəkar mühasib sertifikasiyasının əhəmiyyəti nədir?

– Peşəkar mühasib sertifikatı (PMS) imtahanları mühasibatlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Ötən əsrin sonlarında müstəqil dövlətimizi qurduq və 1995-ci ildə ulu öndər Heydər Əliyev ilk dəfə “Mühasibat uçotu haqqında” Qanunu imzaladı. Sonralar bu qanuna dəfələrlə dəyişiklik edilib, çünki biz də qloballaşan dünya ilə ayaqlaşmaq məcburiyyətindəyik. Əvvəllər uçot sistemimiz və müəssisələrimiz beynəlxalq tələblərə hazır deyildi. Amma biz bu yolu çox sürətlə keçməyə çalışdıq. 2018-ci ildə “Mühasibat uçotu haqqında” Qanunun tələbləri sırasında ən vacib mərhələlərdən biri də peşəkar mühasib sertifikasiyası oldu. Birincisi, bu, ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Çünki “kölgə iqtisadiyyatı”ndan çıxmaq kimi strateji hədəflərə nail olmaq üçün uçotun da şəffaflaşması vacibdir. Həmçinin, özəl və dövlət sektorlarında uçotun beynəlxalq meyarlara uyğun aparılması qlobal bazarlara çıxış imkanı qazandırır. Beynəlxalq layihələrdə və maliyyə bazarlarında oyunçu ola bilmək üçün biz onlara uyğun uçot standartlarını qəbul və istifadə etmək məcburiyyətində qalmışdıq. Bu mərhələdə həmin prosesləri icra edəcək mütəxəssislərin sayının az olması maneə yaradırdı. Peşəkar mühasib sertifikasiyası bu işləri icra edə biləcək peşəkar kadrların yetişməsi üçün dövlət tərəfindən ciddi addım oldu. Bu baxımdan, peşəkar mütəxəssislərin yetişməsi ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Bizneslərə gəlincə, sahibkarlar şəxsi kapitallarını peşəkarlara əmanət etməlidirlər. Bu isə bəzən sahibkarlar üçün çətin olur. Bu baxımdan, mühasibin biliklərinın hansı səviyyədə olmasını müəyyən etmək üçün rəsmi qaydada təşkil olunan sertifikasiya imtahanları sahibkarlara kömək etmiş oldu və nəticədə hər kəs qazandı.

Peşəkar mühasib sertifikasiyası peşəkar kadrların
yetişməsi üçün dövlət tərəfindən ciddi addım oldu

– Bəzən belə fikirlər də səslənir ki, PMS imtahanları əzbərçiliyi tələb edir, konkret situasiyalarda həmin sertifikatı alan şəxslərin o qədər də peşəkar olmadıqları üzə çıxır. Siz necə düşünürsünüz, bu istiqamətdə hansısa çatızmazlıqlar varmı?

– Peşəkar mühasib sertifikasiyasının hazırkı vəziyyəti ideal deyil və mütləq şəkildə müəyyən əskik və nöqsanlı tərəfləri də var. Amma mühasiblər arasında və bazarda heç bir qiymətləndirmənin olmadığı dövrlə indiki dövr arasında ciddi inkişaf müşahidə edilir. Düşünürəm ki, zamanla bu bilikölçmə mexanizmləri daha da təkmilləşəcək və mühasibatlıq sisteminə uyğunlaşdırılacaq. Sertifikatı əldə etmək istəyənlərin hamısı peşəkar olmaya bilər, amma peşəkarlar bunu mütləq almalı və öz peşəkarlığını göstərməlidir. Sizin də qeyd etdiyiniz kimi, PMS-in əzbərçilik yönləri ola bilər. Ancaq xüsusilə birinci mərhələdə daha çox açıq suallar və konkret keyslərin həlli tələb olunduğundan, bu xüsusiyyətlər aradan qaldırılıb. Bu baxımdan, düşünürəm ki, məsələ qismən həll olunub. Vaxt keçdikcə digər nöqsanlar da aradan qaldırılacaq.

– Məsələn, sizin fikrinizcə, nələri dəyişmək lazımdır?

– Hesab edirəm ki, PMS imtahanlarındakı suallar daha çox təcrübədə rast gəlinən halların izahına həsr olunmalıdır. Eləcə də namizədlər praktikada baş verən qarışıq halların izah olunması, bu zaman uçotun necə aparılması, maliyyə hesabatlarında necə göstərilməsi ilə bağlı biliklərini ortaya qoya bilməlidirlər. İmtahanların çatışmayan tərəflərindən biri də burada idarəetmə uçotu biliklərinin ölçülməməsidir. Bütün bunlara rəğmən, bunu başlanğıc üçün uğurlu bir layihə kimi qiymətləndirirəm və ümidvaram ki, zamanla daha da inkişaf edəcək.

Mühasiblər arasında və bazarda heç bir qiymətləndirmənin
olmadığı dövrlə indiki dövr arasında ciddi inkişaf müşahidə edilir

– Azərbaycanda nə qədər peşəkar mühasibə ehtiyac var?

– Hazırda təxminən 10 min nəfərdən çox peşəkar mühasibə ehtiyacımız var. İndiyədək 4 min nəfərə yaxın şəxsə peşəkar mühasib sertifikatı verilib. Maliyyə Nazirliyinin akkreditə etdiyi siyahıda bəzi şəxslərin adları bir neçə dəfə qeyd olunub. Çünki onlar fərqli sahələr üzrə dərəcə alıblar. Nəzərə almaq lazımdr ki, bu sertifikatı hətta baş mühasib işləməmiş şəxslər də ala bilərlər.

– Uçotla bağlı, eləcə də qanunvericiliyin tələbləri zamanla dəyişir, təkmilləşir. Bu baxımdan, peşəkar mühasib sertifikatı alan şəxslərin bir müddət sonra biliklərinin yenidən qiymətləndirilməsinə ehtiyac olacaqmı?

– “Mühasibat uçotu haqqında” Qanunun tələbinə görə, peşəkar mühasib olmaq üçün həm sertifikat almaq, həm də mühasiblərin assosiasiyalarından birinə üzv olmaq lazımdır. Bundan sonra üzv olduğu təşkilat onları yenilənən məlumatlarla təmin edir. İştirakçılar ilk dəfə sertifikat aldıqdan 5 və 10 il sonra təkrar imtahan verməlidirlər. Yəni bir peşəkar mühasib 3 dəfə imtahan verdikdən sonra müddətsiz sertifikat əldə edə bilir və dolayısilə bu müddət ərzində yenilikləri də öyrənmiş olur.

Namizədlər praktikada baş verən qarışıq halların izah olunması, bu zaman uçotun
necə aparılması, maliyyə hesabatlarında necə göstərilməsi ilə bağlı
biliklərini ortaya qoya bilməlidirlər

– Hazırda mühasiblərin hazırlıq səviyyəsi necədir? Ali təhsil müəssisələri biznesin tələbini qarşılaya bilirmi?

– Ali təhsil müəssisələri biznesin tələblərinə qismən cavab verir, desək, daha doğru olar. Peşəkar mütəxəssis hazırlamaq üçün bu üçbucaq tamamlanmalıdır: yaxşı proqram, keyfiyyətli tədris vəsaiti və peşəkar müəllim. Düşünürəm ki, son dövrlərdə bu istiqamətlərdə ciddi müsbət dəyişikliklər var. Artıq tədris proqramları PMS və mühasiblərin müasir bilik və bacarıqlarını öyrədə biləcək səviyyəyə gətirilib. Ancaq burada proqram kifayət deyil, tədris vəsaitləri də lazımdır. Bu sahədə də yetərsizlik mövcuddur. Digər mühüm məsələlərdən biri mühasibləri hazırlayacaq müəllimlərin çatışmamasıdır. Yəni yeni tendensiyalara uyğunlaşan mütəxəssislərə də ehtiyac duyulur.

Mənbə: vergiler.az

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

1 210 211 212 213 214 215 216 2. 700
error: Content is protected !!