Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

posted in: Xəbər | 0

Sualım mövsümi işlər üzrə fəaliyyətlərdə nağd ödənişlərlə bağlıdır. 30-35 nəfər işçisi olan fiziki şəxs VÖEN açaraq meyvə yığımı ilə əlaqədar hüquqi şəxsə xidmət göstərir. Hüquqi şəxsə 15.000 manat məbləğində elektron qaimə-faktura təqdim olunur. Xidmətlərin təhvil-təslim aktına əsasən, 15.000 manat fiziki şəxsin hesabına nağdsız qaydada köçürülür. Fiziki şəxs həmin məbləği nağdlaşdırır və müvafiq olaraq, işçilərə paylayır. Zəhmət olmasa, bu cür halın qanunvericilikdə necə əks etdirilməsi barədə məlumat verərdiniz.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü bəndinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Xidmətdən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-1-ci bəndinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.

Eyni zamanda, hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla), onlara edilən ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq, aylıq gəlirinin 2.500 manatadək olan hissəsindən 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat və 2.500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlar

Mənbə: vergiler.az

Teatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması

Kapital Bank-ın 30 000 000 manat həcmində istiqrazınız abunə yazılışı başladı

posted in: Xəbər | 0

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat  həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi olmaq istəyən müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər.

Kapital Bank-ın manat istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 11% artıra bilər. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir.

Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ablayxan Baqibayev: “Azərbaycanın vergi inzibatçılığı sahəsində təcrübəsi bizim üçün yenilikdir”

Teatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması

posted in: Xəbər | 0

2025-ci ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Qaraca qız” tamaşasına bilet almışdım. Televiziyada Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı proqramı izləyərkən ƏDV-nin artıq teatr tamaşalarına bilet alanda da geri qaytarıldığını eşitdim. Belə olduğu halda, ödədiyim məbləğin ƏDV hissəsi necə qaytarılacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən, 2025-ci il iyulun 1-dən etibarən fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi geri qaytarılır.

Qeyd olunan dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə mindiyindən, tərəfinizdən 2025-ci ilin yanvar ayında teatr tamaşasına alınmış bilet üzrə ödənilmiş ƏDV məbləği geri qaytarılmır. 2025-ci il iyulun 1-dən etibarən istehlakçılar teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödədikləri ƏDV-nin 50 faizini hazırda tətbiq olunan “ƏDV gerial” rejimində qaytara bilərlər.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi

Mənbə: vergiler.az

Kimlər gecə işlərinə cəlb edilə bilməz?

Ablayxan Baqibayev: “Azərbaycanın vergi inzibatçılığı sahəsində təcrübəsi bizim üçün yenilikdir”

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxıstanın Maliyyə Nazirliyi gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıblar. Layihə ilə bağlı irəli sürülən təşəbbüslər və qarşılıqlı təcrübə mübadiləsi istiqamətində aparılan müzakirələr barədə Qazaxıstan Maliyyə Nazirliyinin Vergi və gömrük qanunvericiliyi departamentinin direktor müavini Ablayxan Malikoviç Baqibayev açıqlama verib.

– Ablayxan Malikoviç, bildiyimizə görə, hazırda Azərbaycan və Qazaxıstan arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında yeni Sazişlə bağlı müzakirə aparılır. Sizcə, bu ehtiyac nədən yaranıb? Sənəddə hansı yeniliklər əks oluna bilər?

– Bildiyiniz kimi, hazırkı Vergi Konvensiyamız 1997-ci ildə imzalanıb. O dövrdən təqribən 30 ilə yaxın vaxt keçib, qlobal iqtisadi vəziyyət və beynəlxalq standartlar isə durmadan təkmilləşir. Mövcud müqavilənin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti məhz bu baxımdan yaranıb.

Yeni Konvensiyada vergidən yayınmanın qarşısının alınması, o cümlədən sui-istifadə halları üzrə mübarizəyə dair beynəlxalq BEPS (Base Erosion and Profit Shifting) standartları əks olunacaq. Xüsusilə bu, daimi nümayəndəliklə bağlı 5-ci maddəyə aiddir. Layihədə yeni preambula, PPT (Principal Purpose Test) üzrə əlavə maddə nəzərdə tutulur və razılıq əldə olunarsa, ümid edirəm ki, yeni müddəalar olacaq.

Azərbaycan tərəfi vergi dərəcələrinə – “Dividendlər” və “Royalti faizləri” maddələrinə yenidən baxılması təşəbbüsü ilə çıxış edib. Layihə ilə bağlı həm bizim, həm də Azərbaycan tərəfinin irəli sürdüyü bir sıra digər təşəbbüslər var. Ona görə də bütün bu müddəalar yeni Vergi Konvensiyasında öz əksini tapmalıdır.

– Azərbaycanın vergi təcrübəsi ilə nə dərəcədə tanışsınız? Onu necə qiymətləndirirsiniz?

– Biz Azərbaycandan olan həmkarlarımızın peşəkarlığını və təcrübəsini yüksək qiymətləndiririk. Müxtəlif platformalarda çox sıx qarşılıqlı fəaliyyət göstəririk, fikir mübadiləsi, Vergi Konvensiyasının tətbiqi ilə bağlı birbaşa danışıqlar aparırıq. Əlaqələrimiz yüksək səviyyədə qurulub.

– Daha çox hansı məqamlar qazaxıstanlı həmkarların diqqətini çəkib və onların Qazaxıstanda tətbiqi nəzərdən keçirilə bilərmi? Bununla yanaşı, Siz azərbaycanlı həmkarlarınıza Qazaxıstanın hansı təcrübəsini təklif edərdiniz?

– Biz Hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şəxslərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiyaların tətbiq edilməməsi ilə bağlı Azərbaycanın vergi təcrübəsi ilə maraqlandıq. Bu, bizim üçün bir yenilikdir və inanıram ki, danışıqlardan sonra bu təcrübənin Qazaxıstanda tətbiqi ilə bağlı daxili məsləhətləşmələr aparacağıq. Məsələnin böyüklüyünü və ciddi məbləği nəzərə almaqla, bu təcrübəni diqqətlə nəzərdən keçirəcəyik.

Tətbiq edə biləcəyimiz başqa bir məsələ Azərbaycanın daxili qanunvericiliyində gəlirin faktiki sahibinin müəyyən edilməsi qaydalarıdır. PPT üzrə ayrıca müddəalar da mövcuddur – məsələn, vergi konvensiyalarından sui-istifadəyə qarşı prinsiplər. Biz bu müddəaların mətnini əldə etmək üçün qarşı tərəfə müraciət etmişik. Eyni qaydaların Qazaxıstanda necə formalaşdırıla biləcəyini nəzərdən keçirəcəyik. Bundan başqa, Azərbaycan vergi xidmətinin “Royalti” maddəsi ilə verilən hüquqlar çərçivəsində texniki xidmətlər maddəsinin xidmətlərə tətbiqi təcrübəsi məndə böyük maraq yaratdı. Ümid edirəm ki, danışıqların nəticələrindən sonra biz bu təcrübəni də nəzərdən keçirəcəyik.

Qazaxıstanın təcrübəsinə gəlincə, hesab edirəm ki, bizim vergi müqavilələrindən sui-istifadəyə qarşı qaydanın (PPT) tətbiqi ilə bağlı təcrübəmiz Azərbaycan tərəfinin diqqətini çəkib. Biz azərbaycanlı həmkarlarımızla, həmçinin, qeyri-rezidentlər tərəfindən sui-istifadə cəhdləri ilə bağlı təcrübəmizi bölüşdük. Ümidvaram ki, gələcəkdə də həm vergi konvensiyalarının, həm də ümumilikdə vergi qanunvericiliyinin tətbiqi sahəsində yaxından əməkdaşlıq etməklə bir-birimizin təcrübəsindən daha çox yararlana biləcəyik.

Mənbə: vergiler.az

Kimlər gecə işlərinə cəlb edilə bilməz?

1 211 212 213 214 215 216 217 2. 700