Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı

posted in: Xəbər | 0

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini təklif edir. Başdan-başa onlayn biznes krediti sahibkarların maliyyə ehtiyaclarını minimum vaxt itkisi və maksimum rahatlıqla həll etməyə imkan yaradır. Bu innovativ məhsul sayəsində biznes sahibləri bank filialına getmədən, zaminsiz və tam onlayn şəkildə 50 000 AZN-dək kredit əldə edə bilərlər.

Mikro biznes krediti üçün müraciət prosesi olduqca rahat və sadədir. Belə ki, müştəri kredit əldə etmək üçün Birbank Biznes mobil tətbiqi vasitəsilə müraciət etməlidir. Müraciətin ardından dərhal sahibkara uyğun kredit məbləği hesablanaraq ona təqdim edilir. Müştəri məbləği əldə etmək istədiyi halda heç bir əlavə təsdiqə gərək olmadan yalnız üz tanıtma (DVS) və 3D təhlükəsizlik (OTP) kodu vasitəsilə kreditini təsdiqləyir və məbləğ anındaca onun şəxsi hesabına köçür. Ətraflı məlumat üçün: https://onelink.to/ej5bbu

Bu xidmət sahibkarlar üçün anında kredit əldə etmək imkanı, yüksək sürətli və rahat proses, aşağı faiz dərəcəsi, eləcə də zaminsiz tam onlayn kredit alma üstünlüklərini təqdim edir.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Samirə Musayeva: “Azərbaycanda vergi güzəştlərini yenidən çeşidləyəcəyik”

Birbank Biznes-in innovativ bonus proqramı: daha çox istifadə, daha çox qazanc

posted in: Xəbər | 0

Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq onlara daha yaxın olmaq məqsədilə loyallıq proqramını təqdim edir. Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə  çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazana, topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə bilərlər.

Loyallıq proqramının əsas xüsusiyyətləri:

Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandırır. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir.

Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə bankdaxili əməliyyatlarının komissiyalarını qismən ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı verir.

Loyallığın artırılması: Bu proqram korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığı hədəfləyir. Belə ki, müştərilərin əməliyyatlarına əlavə fayda qataraq onlara bankın müxtəlif məhsul xidmətlərindən daha geniş istifadə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız bir məhsul üzrə deyil, bir neçə məhsul üzrə daha fəal effektiv şəkildə fəaliyyət göstərərək bizneslərinə dəyər qata bilərlər.

Ətraflı məlumat üçün link: https://kbl.az/bbpr  

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin ya 896 məlumat mərkəzinə zəng edin.

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

Dövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri

posted in: Xəbər | 0

İki yerdə işləyən (hər iki iş yeri dövlət sektoru) işçi üçün gəlir vergisi necə hesablanır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş yeri üzrə ayrıca nəzərə alınmalıdır. Belə ki, dövlət və ya neft sektoru üzrə fəaliyyət göstərən müəssisədə çalışan işçilərin əməkhaqqı 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə artıq olan məbləğin 25 faizi gəlir vergisi kimi tutulur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim olunduğu andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir.

Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Mənbə: vergiler.az

DVX: “Yeni Vergi Məcəlləsində iqtisadi artımı təşviq edən vergi alətləri tətbiq ediləcək”

2025-ci ildə fərdi sahibkarlar nə qədər sosial sığorta haqqı ödəməlidirlər?

posted in: Xəbər | 0

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bununla fərdi sahibkarların sosial sığorta ödənişləri də artıb.

Yeni hesablamaları əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlayır:

“Sosial Sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ödəməli olduqları sosial sığorta haqları minimum aylıq əməkhaqqının müəyyən faizi nisbətindədir. Beləliklə, minimum aylıq əməkhaqqının artması ilə fərdi sahibkarların sosial sığorta ödənişləri də artmış olur.

Qanunun 14.5.1-ci maddəsinə əsasən, bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları ödəniləcək. Həmin sahibkarların öhdəlikləri regionlar üzrə aşağıdakı kimi fərqləndirilib:

2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
Bakı şəhərində 100 faizi;
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
digər şəhərlərdə 80 faizi;
rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
kənd yerlərində 50 faizi miqdarında.

Şəhər

2024

2025

Sosial sığorta haqqı

İcbari ibbi sığorta haqqı

Sosial sığorta haqqı

İcbari ibbi sığorta haqqı

Tikinti Digər (ticarət, xidmət v.s) 345 x 4% Tikinti Digər (ticarət, xidmət və s.) 400 x 4%
Bakı şəhərində 345 manat x 50% = 172,5 manat 345 manat x 25% = 86,25 manat

13,8

400 manat x 50% = 200 manat 400 manat x 25% = 100 manat

16

Sumqayıt və Gəncə şəhərlərində (345 x 50%) x 90% = 155,25 manat (345 x 25%) x 90% = 77,63 manat

13,8

(400 x 50%) x 90% = 180 manat (400 x 25%) x 90% = 90 manat

16

digər şəhərlərdə (345 x 50%) x 80% = 138 manat 345 x 25%) x 80 % = 69 manat

13,8

(400 x 50%) x 80% = 160 manat (400 x 25%) x 80% = 80 manat

16

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (345 x 50%) x 60% = 103,5 manat (345 x 25%) x 60% = 51,75 manat

13,8

(400 x 50%) x 60% =120 manat (400 x 25%) x 60% = 60 manat

16

kənd yerlərində 345 manat * 50 % * 50 % = 86,25 manat 345 manat * 25 % * 50 % = 43,13 manat

13,8

400 manat * 50 % * 50 % = 100 manat (400 x 25%) x 50% = 50 manat

16

Həmçinin, “Tibbi Sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər. Həmin Qanunun 15-10-cu maddəsinə əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Mənbə: vergiler.az

Samirə Musayeva: “Azərbaycanda vergi güzəştlərini yenidən çeşidləyəcəyik”

1 213 214 215 216 217 218 219 2. 682