2025-ci ildə həyatın yığım sığortası ilə bağlı hansı yeniliklər gözlənilir?

posted in: Xəbər | 0

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların davamı olaraq 2025-ci il yanvarın birindən etibarən vergi qanunvericiliyində bir sıra düzəlişlər edilməsi nəzərdə tutulmuşdur. Mühasibatlıq və vergi münasibətləri ilə bağlı həyata keçirilən düzəlişlərlə yanaşı, investisiya aləti kimi çıxış edən həyatın yığım sığortası növü üzrə də mühüm düzəlişlər bu qanunvericilik paketində öz əksini tapmışdır. Düzəlişləri ifadə etməzdən əvvəl bu sığorta növü ilə bağlı hansı məlumatlarla tanış olmalıyıqsa, bu barədə qeyd etmək istərdik.

Əvvəla nəzərə almaq lazımdır ki, bu sığorta məhsulu həyat sığortası sahəsində lisenziyası olan sığorta şirkətləri (sığortaçılar) tərəfindən təklif edilir. Hazırda 5 həyat sığortaçısı bu məhsulu təklif edir. Məhsulun mahiyyəti ondan ibarətdir ki, şəxs müqavilə müddətinin sonunadək yaşadığı yaxud müqavilə müddətində vəfat etdiyi halda toplanan sığorta ödənişi müqavilədə göstərilən şəxsə verilir. Əksər hallarda bu şəxslər şəxsin ailə üzvləri olur. Ölkəmizdə uzun müddətdir tətbiq edilən bu məhsulla əlaqədar sığorta müqaviləsini bağladıqdan sonra işəgötürən müqavilə müddəti ərzində işçinin əməkhaqqısından sığortaçılara ödənişləri həyata keçirir. Müddətin sonunda verilən sığorta ödənişi və aylıq sığorta haqları gəlir vergisindən azad idi. 2005-ci ildən vergi və sosial sığorta qanunvericiliyində mövcud olan yığım sığortası münasibətləri üzrə işçinin əməkhaqqısından 100% həddə sığorta haqqı yığım sığortası yönəldilə bilərdi.

Həmin hədd isə tam həcmdə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azad edilmişdi. 2018-ci ildən etibarən bu hədd 50%-ə endirildi. Hər bir işçi minimum 3 il bitdikdən sonra müvafiq vergi və sosial sığorta haqqı güzəştlərini toplayıb, birdəfəlik ödəniş kimi əldə etmək iqtidarında idi. 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulan düzəlişlərə əsasən dövlət sektorunda çalışan işçilərin əməkhaqlarından yığım sığortasına yönəldilən məbləğlər üzrə vergi və məcburi dövlət sosial sığorta haqqı güzəştləri ləğv ediləcək, lakin 2024-cü ilin dekabr ayından başlayaraq davam edəcək yığım sığortası müqavilələri də daxil olmaqla, 2025-ci ilin 1 yanvar tarixindən sonra 3 ili bitənədək həmin müqavilələr üzrə müvəqqəti olaraq güzəştlər davam edəcək. Bu isə o deməkdir ki, 2027-ci ilin dekabr ayınadək dövlət sektoru üçün güzəştlərin davam etməsi mümkündür.

Bununla yanaşı qeyd etmək lazımdır ki, müvafiq güzəştlər özəl sektor üçün yenə də keçərlidir və hər hansı müddət məhdudiyyəti olmadan özəl sektor işçiləri gəlirlərini yığım sığortasına yönəldə bilər.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

2025-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

Sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması üçün necə müraciət etməli?

posted in: Xəbər | 0

Dayandırılmış sahibkarlıq fəaliyyətimin 07.01.2025-ci il tarixindən avtomatik olaraq aktivləşəcəyi haqqında mənə məktub gəlib. Mən isə fəaliyyətimin aktivləşməsini istəmirəm. Bunun üçün hansı sənədlərlə və hara müraciət etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən (https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-legv-edilmesi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar) əldə edə bilərsiniz.

Sorğuya cavab olaraq isə bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Mənbə: vergiler.az

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

posted in: Xəbər | 0

Azərbaycanda “e-mühasibat” informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

  • Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;
  • Mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Mənbə: report.az

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.

Mənbə: report.az

Yeni qanunla vergi ödəyicisi nə qədər nağd ödəniş apara bilər?

1 227 228 229 230 231 232 233 2. 682