“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda kiçik dəyişiklik edildi
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 251
Bakı şəhəri, 4 iyun 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi barədə
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2566) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 3.1-ci bəndinə “Fond,” sözündən sonra “həmin Qanunun 21.0.3-cü, 21.0.4-cü və 21.0.5-ci maddələrində göstərilən mənbələrdən daxilolmalara və” sözləri əlavə edilsin.
- Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri: Novruz Məmmədov
Mənbə: www.cabmin.gov.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Maliyyə mütəxəssisi üzrə Ödənişli təcrübə proqramı
Müəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitdən ödənişlər nağd qaydada həyata keçirilə bilərmi?
Azərbaycan manatının real effektiv məzənnəsi bu il mayın 1-nə 92,2 faiz bəndi təşkil edib.