Azərbaycanda ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

posted in: Xəbər | 0

2025-ci ildən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış təşkilatlar auditdən keçməli və audit hesabatlarını açıqlamalı olacaqlar.

Bunu AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasət şöbəsinin müdiri Rəşad Qasımov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Nağdsız ödənişlərin artması fırıldaqçıların bu sahəyə marağını artırır. Fırıldaqçılıq halları ilə mübarizə tədbirlərinin genişləndirilməsi zəruridir. Gücləndirilmiş müştəri audentifikasiya (GMA) tətbiqi qaydasının da əsas məqsədi banklar üzrə xüsusi tələblərin müəyyən edilməsi və daha təhlükəsiz ödənişlərin həyata keçirilməsidir. Bu qaydanın qüvvəyə minməsi ilə əlaqədar banklar, eləcə də digər ödəniş xidməti təşkilatları üçün müəyyən edilmiş xüsusi tələblərdən biri ildə bir dəfə auditdən keçməkdir. Onlar 2025-ci ildən başlayaraq həmin audit hesabatlarını təqdim etməlidirlər”, – deyə o qeyd edib.

Mənbə: banker.az

Ştat cədvəli

İstifadə edilməmiş məzuniyyətin hesablanması

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 118-ci maddəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyən olunub. Həmin maddəyə əsasən, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Bəs həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət necə hesablanıb kompensasiya edilməlidir? Suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, işçilərin əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Məcəllənin 144-cü maddəsinin 2-ci bəndində göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib. Bəs müəllimlərə verilən 56 günlük məzuniyyət hüququ onların əsas məzuniyyəti hesab edilirmi?

Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Həmin maddənin ikinci və üçüncü hissələrinə nəzər yetirək:

2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

3. … işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

Deməli, qeyd edilən maddəyə əsasən, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin əlavə məzuniyyətlər hissəsində müəllimlərə verilən məzuniyyətlərlə bağlı əlavə məzuniyyət müəyyən olunmadığı üçün həmin məzuniyyət müəllimlərin əmək məzuniyyəti hesab edilir.

Qeyd edilənlərə əsasən bildirək ki, müəllimlər üçün müəyyən edilmiş 56 təqvim günü həmin şəxslərin əsas məzuniyyətinin deyil, onların əmək məzuniyyətinin müddətidir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsi nəzərdə tutulduğundan müəllimlərin əmək müqaviləsinə xitam verilərkən bütün iş illərinin əsas məzuniyyətinə (30 təqvim günü) görə pul əvəzinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Çünki müəllimlər üçün müəyyən olunmuş 56 təqvim günü məzuniyyət onların əsas məzuniyyəti yox, əmək məzuniyyəti hesab edilir. Əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətə görə kompensasiyanın verilməsi nəzərdə tutulduğundan 56 təqvim gününə görə deyil, 30 təqvim gününə (əsas məzuniyyətə) görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

Həmçinin, qeyd edək ki, Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş şəxslərin 21 və 30 gündən artıq olan məzuniyyəti işçilərin əsas əmək məzuniyyəti hesab edilmədiyi üçün həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən müəyyən olunmuş əsas məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

Əmək Məcəlləsinin 116 və 117-ci maddələrində müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Çünki onların məzuniyyətində əlavə məzuniyyətlər nəzərə alınıb.

Mənbə: vergiler.az

Azərbaycana idxal olunan humanitar malların vergidən azad olunması Nazirlər Kabinetinin razılığı ilə mümkün olacaq

531 saylı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Kreditor borcları (liabilities)

Qısamüddətli kreditor borcların uçotu Hesablar Planının 53-cü maddəsi  üzrə açılmış hesablarda aparılır. 531 saylı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları” hesabı bu qrupa aid olan hesablardan biridir.

Malsatanlar, podratçılar dedikdə müqavilə (sifariş) əsasında mal-material sərvətləri göndərən, müxtəlif növ işləri yerinə yetirən, xidmətlər göstərən müəssisələr başa düşülür. İnşaat üzrə podratçılar da belə təşkilatlardandır.

Kreditor borcların maliyyə hesabatlarında əks olunması aşağıdakı standartlara uyğun tənzimlənir:

MUBS (IAS) 32 – “Maliyyə Alətləri: Tanınma və ölçülmə”;

MHBS (IFRS) 9 – “Maliyyə Alətləri”;

MHBS (IFRS) 7 – “Maliyyə Alətləri: Məlumatların açıqlanması”.

Bu standartlara əsasən malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları maliyyə öhdəlikləri sayılır.

“Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları” hesabı tənzimləmələr

531-ci hesab üzrə müxabirləşmə AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları  ilə tənzimlənir. Qaydaların 43.1-ci maddəsinə görə qısamüddətli kreditor borcların uçotu üçün aşağıdakı hesablar açılır:

Öhdəlik (passiv) hesabı  olan 531 №li “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatların əldə edilməsilə bağlı yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Malsatan, podratçılar üzrə qısamüddətli kreditor borcları yarandıqda yuxarıda qeyd edilən qaydaların 43.2.-ci, onlar uzunmüddətli kimi təsnifləşdirildikdə həmin qaydaların 43.5, ödənildikdə isə 43.7.-ci bəndi tətbiq edilir.

Belə borclar üzrə müsbət yaxud mənfi məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 43.6.-cı bəndilə nizamlanır.

Mallar (iş, xidmət) alındıqda mühasibat yazılışlarına nümunələr

“A” MMC iyun ayında “B” MMC-dən 10500 manatlıq mal almışdır. Borcun 40%-i ödənildi. Qalan hissəsi növbəti aylarda ödəniləcək. Eyni zamanda 2500 manatlıq xidmət alınmışdır.

Malların uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 10500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1890.00
3 Borcun 40%-i ödənildildə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 4200.00
4 Əsas məbləğə mütənasib ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 756.00

Xidmətin uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xidmət alışı həyata keçirildikdə 721 – İnzibati xərclər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 2500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 450.00

Əsas vəsait alındıqda 531 saylı hesab üzrə mühasibat yazılışlarına nümunə

“A” MMC “B” MMC-dən dəyəri 2500 manat olan avadanlıq almışdır. 450 manat ƏDV hesablanıb. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilib (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əsas vəsait alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 2500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 450.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
4 Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 2700.00

Qeyri-maddi aktiv alındıqda mühasibat yazılışları

“A” MMC “B” MMC-dən dəyəri 8000 manat olan proqram təminatı (qeyri-maddi aktiv)  almışdır. Proqram təminatı quraşdırılan zaman 600 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qeyri-maddi aktiv

alındıqda

103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 600.00
3 Kapitallaşdırılmış Qeyri-maddi aktiv müəssisənin balansına daxil edildikdə və istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 8600.00

Qısamüddətli kreditor borclar uzunmüddətli kreditor borclara aid edildikdə

“A” MMC istehsal fəaliyyətini davam etdirmək üçün malların alışını həyata keçirmək məqsədilə “B” MMC ilə 1 illik müqavilə bağlamışdır. 45000 manat dəyərində mallar yanvar ayında təhvil alınmışdır. 2 aydan sonra müəssisənin ödəmə qabiliyyətini nəzərə alan “A” MMC ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirə bilməyəcəyini qarşı tərəfə bildirmişdir. Qarşı tərəf bu təklifi qəbul etmiş, məbləğin 18 aya bölüşdürülərək ödənilməsinə razılaşmışdır. Buna uyğun olaraq 12 ərzində ödənilməsi nəzərdə tutulan kreditor borcları qısamüddətli kimi, qalan 6 ərzində ödənilməsi nəzərdə tutulan kreditor borcları uzunmüddətli kimi uçota alınacaqdır.

Müqaviləyə əsasən kreditor borclarının qısamüddətli olaraq uçota alınması, 12 ay ərzində ödənilən kreditor borclarının silinməsi:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 45000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8100.00
3 Malların bir hissəsinin əsas məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 30000.00
4 Malların bir hissəsinin ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 5400.00

Razılaşmaya əsasən ödəmə müddətinin uzadılması nəticəsində qısamüddətli kreditor borclarının uzunmüddətli kreditor borcları kimi uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 15000.00
2 Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 2700.00

Debitor borclar kreditor borclarla əvəzləşdirilməsi üzrə nümunə

“A” MMC 5 ildir ki, “B” MMC ilə qarşılıqlı surətdə mal (iş, xidmət) alqı-satqısı ilə məşğuldur. Vəziyyət elə bir hal aldı ki, tərəflər malların və xidmətlərin mübadiləsini (barter) həyata keçirmək qərarına gəldilər. Malları təqdim edən tərəf “B” MMC, onun əvəzində xidmətləri təqdim edən tərəf “A” MMC olaraq qərarlaşdırılmışdır. Bazar qiyməti nəzərə alınaraq mübadilə (barter) olunan malların və xidmətlərin dəyəri 8000 manat təyin edilmişdir. “A” MMC-nin uçot məlumatları aşağıdakı kimi olacaqdır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Mübadilə (barter) nəticəsində malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1440.00
3 Xidmət satışının həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8000.00
4 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1440.00
5 Alınmış malların ƏDV ödənişi həyata keçirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 1440.00
6 Göstərilmiş xidmətin ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1440.00
7 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1440.00
8 Mübadilə nəticəsində yaranan borclar qarşılıqlı olaraq əvəzləşdirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8000.00
9 Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə 521 – Vergi öhdəlikləri 241 – Əvəzləşdirilən ƏDV 1440.00

Məzənnə fərqi yarandıqda kreditor borclar üzrə müxabirləşmələr

“A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Malları satan ölkə Rusiya olduğundan malların alış qiyməti dollarla təyin olunmuşdur. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 26000 dollar təyin olunmuşdur.

Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən ödənilən pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

Alış tarixinə 1 $ = 1.70 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların idxalı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44200.00
2 Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda 205 – Mallar 538 – Digər qısamüddətli kreditor borcları 200.00
3 ƏDV hesablandıqda: (44200+200) × 18% 241 – Əvəzləşdirilən ƏDV 538 – Digər qısamüddətli kreditor borcları 7992.00
4 Gömrükdə hesablanan ƏDV ödənildikdə 538 – Digər qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 7992.00

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər satışdankənar gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.67 ₼  →  26000 × 1.67 = 43420

Müsbət məzənnə fərqi  →  44200 – 43420 = 780

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 43420.00
2 Valyuta hesabına 26000k dollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 43420.00
3 Malların əsas məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 43420.00
4 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 611 – Sair əməliyyat gəlirləri 780.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.72 ₼  →  26000 × 1.72 = 44720

Mənfi məzənnə fərqi    44720 – 44200 = 520

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 44720.00
2 Valyuta hesabına 26000 dollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 44720.00
3 Malların əsas məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 44200.00
4 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 223-2 – Bank hesablaşma hesabları 520.00

Malsatan və podratçılara üzunmüddətli kreditor borcları hesabı üzrə uçot haqqında buradan məlumat almaq olar.

Aktiv və öhdəliklər necə inventarizasiya olunur

İşğaldan azad edilmiş ərazilərdə vergi uçotunun tələbləri və güzəştlər

posted in: Xəbər | 0

İşlədiyim şirkət Quba rayonunda qeydiyyatdan keçsə də, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir. Vergi Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş güzəşt və azadolmalardan faydalanmaq üçün qeydiyyat ünvanının işğaldan azad olunmuş ərazilərdə olması şərtdirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir. Vergi Məcəlləsinin 226.2-ci maddəsinə görə, bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Vergi Məcəlləsinin müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə şamil edilmir. Bu halda, vergi ödəyicisi işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparır.

Əsas: Vergi Məcəlləsinin 226-cı, 227-ci maddəsi

Mənbə: vergiler.az

Ştat cədvəli

1 248 249 250 251 252 253 254 2. 683