Sadələşdirilmiş vergi nədir, hansı məqsədlə tətbiq edilir

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi Azərbaycan qanunvericiliyində

Azərbaycanda vergi növləri Vergi Məcəlləsinə əsasən (maddə 3.7) müəyyən edilir. Məcəllədən başqa digər normativ hüquqi aktda vergilərin müəyyən olunmasına yol verilmir. “Sadələşdirilmiş vergi nədir, ödəyiciləri kimlərdir?” sualına ətraflı cavabı AR VM-in XVII fəslində tapmaq olar. Sadələşdirilmiş vergi mövcud 9 dövlət vergi növündən biridir. O, hələ Azərbaycan vergi qanunvericiliyi formalaşdığı 2001-ci ildən tətbiq edilməyə başlanıb.

Bəs biznes üçün sadələşdirilmiş vergi nədir, hansı əhəmiyyəti var? Sadələşmiş vergi 2023-cü ildə də öz aktuallığını saxlamaqdadır. Onun tətbiqində əsas məqsəd ilk növbədə kiçik biznes nümayəndələri və fərdi sahibkarlar üçün vergilərin hesablanması, büdcə tərtibatı prosesinin asanlaşdırılmasıdır.

Mənfəət vergisinin hesablanması və ödənilməsi üçün mürəkkəb uçot əməliyyatlarının aparılması vacibdirsə, sadələşdirilmiş vergi üçün dövriyyənin həcmini bilmək kifayətdir. Hesablamalar elə də çətin deyil. Bu vergi növünü əslində bir sistem kimi anlamaq lazımdır. Yalnız bundan sonra qanunvericiliyin tələblərini düzgün başa düşə bilərik.

Ötən dövr ərzində qanunvericiliyə müəyyən düzəliş və əlavələr edilib, sadələşmiş sistemin vergitutma bazası genişləndirilib.

Vergi qanunvericiliyinə edilən dəyişikliklər

2019 və 2022-ci illərdən qüvvəyə minmiş dəyişiklər rüb ərzində 10 nəfərdən çox faktiki işə cəlb edilən işçiləri olan istehsal sahələrinin sadələşdirilmiş verginin tətbiq edilməsin qadağan edir. Bu məhdudlaşdırılma kimi görünə bilər, amma nəzərə almaq lazımdır ki, belə müəssisələrdə illik gəlirlər adətən 200.000 azn-dən yuxarı olur. Nəticədə onlar faktiki olaraq ƏDV ödəyicisi olurlar.

2019-cu ildən tətbiq edilmiş dəyişiklərdən biri topdansatış edənlərə aiddir. Dəyişikliklərə görə onlar məcbur gəlir(mənfəət) verginin ödəyiciləri edilirlər. Bu vergi ödəyicilərinə xidmət göstərən şəxslərə də aid edildi.

01.01.2020-ci ildən etibarən müəyyən şərtlər çərçivəsində pərakəndə satışla yanaşı topdansatışla məşğul olan, habelə əhali ilə yanaşı şirkətlərə, fərdi sahibkarlara xidmətlər göstərən sahibkarlıq subyektlərinin sadələşmiş sistemlə ödəyici olmaq hüququ saxlanmışdır (maddə 218.6.1, 218.6.2).

Dəyişikliklər zərgərlik və xəz-dəri məmulatlarını satan, habelə lisenziya tələb edən fəaliyyətlə məşğul olan şəxslər üçün də sadələşdirilmiş vergini tətbiq etmək hüququ ləğv edilib.

Sadələşmiş vergi 2023-cü ildə ciddi dəyişikliyə məruz qalmayıb, amma onun vergitutma bazasının genişləndirilməsi istiqamətində təşkilati işlər aparılıb.

Vergi Məcəlləsi 2024: düzəliş və əlavələr

5 dekabr 2023-cü il tarixli 1033-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsi 2024-cü ildə bir-sıra dəyişiklikləırə məruz qalıb. Bu Qanuna əsasən 2024-cü ildən sadələşdirilmiş vergi üzrə də bir sıra yeniliklər edilib. Məsələn:

  • VM-in 218.4.1 maddəsi yeni redaktədə verilib, nəticədə yük daşımlarla bağlı tələb (yük daşımalarının məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olması hüququ) ləğv edilib;
  • Məcəlləsinin 218-1.1.3. maddəsi ( dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi məbləğinin vergidən azad olunması) ləğv olunub.

Yük daşımaları ilə edilən dəyişiklik nəticəsində bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri 2024-cü ilin 1 yanvarından mənfəət (gəlir) vergisi ödəyicisi kimi fəaliyyət göstərir, qanunvericiliklə tələb olunan şərtlər daxilində isə ƏDV ödəyicisi olurlar. “Fərqlənmə nişanı” alınarkən onlardan vergi, MDSS və İT haqlarının ödənişi tələb olunmur. Bu ödənişləri həmin şəxslər müvafiq qanunvericilik aktlarına uyğun həyata keçirirlər.

2024-cü ildə edilən digər dəyişiklik vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı vergi mükəlləfiyyətinin seçimi ilə bağlıdır. Bu Məcəllənin 218-ci maddəsində öz əksini tapıb.

Məcəlləyə edilən digər düzəliş sadələşdirilmiş verginin ödənilməsi ilə bağlıdır. Belə ki, 2024-cü ilin yanvar ayının 1-dən etibarən “sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.” (VM, maddə 221.1-1).

Xarici ölkələrdə tətbiqi

Yuxarıda “Sadələşdirilmiş vergi nədir, Azərbaycan qanunvericiliyində necə şərh olunur?” sualını, qısa da olsa, cavablandırmağa  çalışdıq. Bəs o, xarici ölkələrdə istifadə edilirmi?

İstənilən ölkədə sadələşmiş verginin tətbiqində başlıca hədəf, kiçik sahibkarlıq subyektləri üçün:

  • vergi məsələlərini anlaşılan, əlçatan etmək;
  • onlara nəzarəti optimallaşdırmaq;
  • büdcə daxilolmalarını maksimum təmin etməkdir.

Nəzərə almaq lazımdır ki, kiçik sahibkarlıq subyektlərinin şirkətlərdəki kimi uçot qurmaq imkanı yoxdur. Onların gəlirləri ayrıca mühasibatlıq qurmağa, işə ştatlı mühasib cəlb etməyə, ofis avadanlığı almağa imkan vermir. Dövlət az gəlirli vergi ödəyicilərində hesablamaların az olmasına, mühasibat işini sahibkarın özünün aparmasına şərait yaradır.

Accounting.az konsaltinq şirkətinin təklif etdiyi “Vergi konsultasiyası” xidməti sizin cərimə və sanksiyalardan etibarlı mühafizənizdir! Ətraflı burada!

Sadələşdirilmiş vergi dünyanın bir çox ölkəsində tətbiq edilir. Təbii ki, “Sadələşdirilmiş vergi nədir?“ sualının cavabı müxtəlif vergi sistemlərində fərqli ola bilər. Gəlin buna nümunələrdə baxaq.

Qonşu Rusiya dövlətində eyni mənanı verən “упрощенная система налогообложения” adlı vergi rejimi mövcuddur. Düzdür, Rusiya federativ quruluşlu dövlət olduğuna görə onlarda sözügedən sadələşmiş sistem bizdəki kimi deyil, nisbətən daha az sadələşdirilmiş formadadır. Bu sistemdə hesablamalara işçi sayı, gəlir və s. tələblər daha çox təsir edir. Azərbaycan vergi qanunvericiliyi işçi sayı ilə bağlı tələbləri yalnız 01.01.2019-cu ildən etibarən, istehsal sahəsinə münasibətdə tətbiq etməyə başlayıb. Sadələşmiş vergi üzrə 2023-cü ildə bu tendensiya davam etdirilib.

Bundan başqa, Rusiya qanunvericiliyinə görə filialları olan, həmçinin digər müəssisələrdə 25%-dən artıq paya malik müəssisələr sadələşdirilmiş vergi rejimində ola bilməzlər. Söz açdığımız rejimə keçmiş şəxslər bizim ölkədə olduğu qaydada idxal, habelə, bir iki əlavə nüans xaric, ƏDV ödəyicisi olmurlar.

Lakin maraqlıdır ki, təkmil qanunvericiliyi ilə seçilən, Azərbaycan vergi qanunvericiliyinin formalaşmasında rol oynamış Fransada məsələ bir az fərqlidir. Bəs Fransa vergi sistemində sadələşdirilmiş vergi nədir, maliyyə-iqtisadi problemləri necə tənzimləyir? Burada da sadələşmiş vergi rejimi əsas etibarı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəlmişdir. Mikrosahibkarlıq subyektləri bu vergini ödəmək üçün ƏDV ödəyicisi olmağa məcbur edilmirlər, lakin istəsələr könüllü ola bilərlər. Kiçik və orta sahibkarlıq subyektləri isə sadələşdirilmiş vergi rejiminə keçmək üçün mütləq ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Sadələşmiş sistemə Belarusiya, Litva və s. bir çox dövlətlərdə də rast gəlmək olar.

Sadələşdirilmiş verginin tətbiq məqsədləri

Göründüyü kimi “Sadələşdirilmiş vergi nədir?” sualının cavabı kimi deyə bilərik ki, bu vergi növünün tətbiqi əslində müəyyən qədər zərurətdən irəli gəlir. Çünki bir çox sahibkarlıq subyektlərindən ciddi uçot tələb etmək, onlara yüksək vergi dərəcəsi tətbiq etmək hökumətlər üçün ciddi sıxıntıdır, onun yığımı əlavə resurslar tələb edir. Ona görə də hökumətlər adətən belə sadələşmiş sistemlərin tətbiqinə könüllü gedirlər.

Hesab edirik ki, respublikamızda da kiçik biznesə dəstək məqsədi ilə sadələşmiş vergi 2023-cü ildə daha da inkişaf etdirilməli, əhatəsi genişləndirilməlidir. Bu həmin biznes subyektlərinin, xüsusilə regionlarda, rəqabət qabiliyyətlini artırar, məşğulluq probleminin həllinə qismən də olsa kömək etmiş olar.

Eyni zamanda kiçik biznes üçün nəzərdə tutulmuş analoji hallardan sui-istifadə hallarının qarşısı alınmalıdır. Belə ki, bəzi iqtisadi fəaliyyət növləri üzrə sadələşdirilmiş vergi ödəyiciləri kimi qeydiyyata durmaqla vergidən yayınma halları dövlət qurumlarının xüsusi nəzarətində olmalıdır.

Aktivlər nədir, necə təsnif olunur?

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırıldı

posted in: Xəbər | 0

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənəd 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.

Mənbə: report.az

Layihəni necə idarə etməli?

Layihəni necə idarə etməli?

posted in: Xəbər | 0

Layihə ərəb sözü olub, hər hansı sənədin, qərarın, prosesin əvvəlcədən yazılmış təxmini mətninin mənasını özündə ehtiva edir: Məsələn, qərar layihəsi, nizamnamə layihəsi, müqavilə layihəsi. Layihə başqa bir məna da daşıyır. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş proyekti də layihə adlanır. Məsələn, tikintinin layihəsi, körpünün layihəsi, diplom işinin layihəsi və s. Amma hər sahə üçün layihənin anlayışıda fərqlidir. Fərqli tipli layihələr vardır. Bunlar:

  • Bir iş sisteminin idarə edilməsinin layihəsi;
  • Bir məhsulun yaradılması layihəsi;
  • Bir iş yerinin layihəsi;
  • Şirkət (iş yeri) içərisində yeni bir bölmənin layihəsi.

Layihənin özünəməxsus xüsusiyyətləri var

  • Hər layihə müəyyən vaxt və büdcə çərçivəsində olur və qabaqcıl texnologiyadan istifadə olunur.
  • Layihələr hədəfə çatana qədər və bir dəfədən ibarət olur.
  • Hər layihə insan, pul və məlumat üçlüyündən ibarətdir.
  • Hər layihə sistemli təşkilatlanma tələb edir.

Layihələrin idarə edilməsi

Həqiqətən də şirkətlərin, iş yerlərinin müvəffəq olmalarında layihələrin düzgün şəkildə idarə olunmasının böyük rolu olduğu sübut olunmuşdur. Ümumiyyətlə layihələrin düzgün şəkildə idarəsinin müəssisəyə çox xeyri var ki, bunlar aşağıdakılardır:

  • Daha effektiv inkişaf;
  • Sərmayənin daha düzgün istifadəsi və daha düzgün idarəsi;
  • Aşağı maya dəyəri amma yuxarı qazanc;
  • Yüksək keyfiyyət və inam;
  • Daha yaxşı sistemləşmə;
  • Müştərilərə daha yaxşı xidmət.

Layihənin idarə olunması bəzi mövzuları tərkibində birləşdirir. Bu bir növ layihənin mərhələləridir. Bunlar:

  • İşlərin planlanması;
  • Təşkilatlanma;
  • İdarə etmə;
  • İşlərin yoxlanması.

Bir növ biznesin idarəsinə oxşarlığı var ama daha kiçik tipli və özünəməxsusluğu ilə seçilir.

Layihənin idarə edilməsi niyə vacibdir?

Biznesin hər bir layihəsinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsinə kömək edən layihədə idarəetmənin əhəmiyyətini inkar etmək çətindir. Effektiv layihə idarəetməsinin üç əsas faydasını nəzərdən keçirək.

Vaxtınıza və pulunuza qənaət edin

Layihənin yaxşı təşkili ehtiyatlı planlaşdırma və resursların bölüşdürülməsini nəzərdə tutur. Layihə menecerləri layihə tələblərini qiymətləndirir, lazımi resursları müəyyənləşdirir və onları səmərəli şəkildə bölüşdürür. Layihə menecerləri resurs ehtiyaclarını dəqiq hesablayaraq və həddən artıq bölüşdürülmə və ya tam istifadədən qaçaraq, resurs istifadəsini optimallaşdırır, lazımsız xərcləri azaldır və vaxta qənaət edir.

Əməkdaşlıq və Ünsiyyəti Təkmilləşdirin

Layihə menecerləri komanda üzvlərinə aydın rol və məsuliyyətləri müəyyənləşdirir və çatdırır. Hər bir fərd öz xüsusi vəzifələrini, nəticələrini və hesabatlılıq sahələrini başa düşür. Bu aydınlıq çaşqınlığı və üst-üstə düşmələri minimuma endirərək, komanda üzvlərinə  rahat bir şəkildə işləməyə imkan verir.

Risklərin və Problemlərin Azaldılması

Layihələr təbii olaraq riskləri və qeyri-müəyyənlikləri ehtiva edir ki, bunlar idarə olunmazsa, əhəmiyyətli problemlərə və ya hətta uğursuzluğa səbəb ola bilər. Yaxşı layihə idarəçiliyi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və təsirin azaldılması strategiyalarını vurğulayır. Layihə menecerləri potensial problemləri  həll etməklə onların təsirini minimuma endirə və layihələrin yolda qalmasını, hətta arzu olunan son tarixdən əvvəl tamamlanmasını təmin edə bilərlər.

Layihə İdarəetməsinin Əsas Mərhələləri Hansılardır?

Layihələrin idarə edilməsi 2 mərhələni əhatə edir: layihənin planlaşdırılması və layihəyə nəzarət. Burada hər mərhələnin təfərrüatları var.

Layihənin Planlaşdırılması

Layihənin planlaşdırılması bütün layihə fəaliyyətlərinə ardıcıllıq və vaxt ayırma prosesinə aiddir. Bu mərhələdə menecerlər hər bir fəaliyyətin nə qədər vaxt aparacağına qərar verir və istehsalın hər bir mərhələsində lazım olan resursları hesablayır. Layihənin planlaşdırılmasının məqsədləri aşağıdakı kimi ümumiləşdirilə bilər:

  • Hər bir fəaliyyətin başqalarına və bütün layihəyə münasibətini göstərmək;
  • Fəaliyyətlər arasında məntiqi ardıcıllığın və əlaqənin müəyyən edilməsi;
  • Hər bir fəaliyyət üçün real vaxt və xərc smetalarının yaradılmasına köməklik etmək;
  • Kritik darboğazları müəyyən etməklə insanların, pulların və maddi resursların optimal şəkildə istifadə edilməsini təmin etmək.

Məşhur layihə planlaşdırma yanaşmalarından biri Gantt chartıdır. Gantt diaqramları menecerlərə aşağıdakılardan əmin olmaqda kömək etmək məqsədi daşıyan aşağı qiymətli üsullardır:

  • Fəaliyyətlər planlaşdırılır;
  • İcra sırası sənədləşdirilir;
  • Fəaliyyət vaxtı təxminləri qeyd olunur;
  • Ümumi layihə vaxtı işlənib hazırlanır.

Layihəyə nəzarət

Layihəyə nəzarət resursların, xərclərin, keyfiyyətin və büdcələrin yaxından idarə olunmasını təsvir edir. Layihələrə nəzarət etmək çətin ola bilər. Bütün layihələr əvvəlcə yaxşı müəyyən edilmir, bəziləri pis təyin oluna bilər.

Nəzarətdə, deyilən bir termin var Şəlalə metodologiyası. Bu, layihənin addım-addım şəkildə diqqət mərkəzində olduğu və hər bir mərhələnin növbəti mərhələyə keçməzdən əvvəl tamamlandığı ardıcıl yanaşmanı əhatə edir. Layihə meneceri və komandası əvvəlcədən müəyyən edilmiş ardıcıllıqla hər dəfə bir mərhələnin planlaşdırılmasına və icrasına diqqət yetirir.

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

Yüksək faizli depozit kampaniyası davam edir

posted in: Xəbər | 0

yüksək faizli depozitÖlkənin birinci bankı Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyasının vaxtını 15 may 2024-cü ilədək uzatdı. Belə ki, mayın 15-dək 6 aylıqda 20 000 AZN-dək Kapital depoziti yerləşdirən hər kəs illik 10% gəlir əldə edəcək.

Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bank-ın ən yaxın filialına yaxınlaşa və ya Birbank mobil tətbiqindən Rəqəmsal depozitə keçid edərək əmanətlərini yerləşdirə bilərlər. Ətraflı məlumat üçün: https://kbl.az/kdpra

Filiala müraciət edilərək yerləşdirilən depozit üçün 500 AZN, Rəqəmsal depozitdə isə 1 AZN minimum məbləğ həddi müəyyən edilib. Əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Kapital depozitində faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Ətraflı məlumat üçün: https://kbl.az/rdpra

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Aktivlər nədir, necə təsnif olunur?

1 379 380 381 382 383 384 385 2. 684