Read More9
Read More9

Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsini tənzimləyir. 2026-cı ilin yanvar ayından etibarən həmin maddəyə “saatlıq” ifadəsi əlavə edilib. Təlimçi ekspert Aqil Ağayev bu dəyişikliyin mahiyyətini və işləmə mexanizmini açıqlayıb.

Dəyişikliyə qədər Əmək Məcəlləsinin 164-cü maddəsində yalnız “günlük” ifadəsi mövcud idi. Yeni dəyişiklik mətndə aşağıdakı formada əksini tapıb:

Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı qaydada ödənilir:

– əməyin vaxtamuzd ödənilmə sistemində – gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla;

– əməyin işəmuzd ödənilmə sistemində – ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

– aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görüldükdə – maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla,

– iş aylıq iş vaxtı normasından artıq vaxtda görüldükdə isə – maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Misal

Əməkdaş 2026-cı ilin fevral ayında ümumilikdə 162 saat işləyib. Fevral ayı üzrə norma iş vaxtı 160 saatdır. İşçi qeyri-iş günündə 2 saat əlavə işə cəlb edilib. Əməkdaşın aylıq vəzifə maaşı 1.000 manatdır. Bu halda onun aylıq əməkhaqqı necə hesablanacaq?

Saatlıq əməkhaqqı:
1.000 : 160 = 6,25 manat.

– Norma üzrə əməkhaqqı:
160 x 6,25 = 1.000 manat.

– Qeyri-iş günündə görülən işə görə:
2 x 6,25 = 12,5 manat;
12,5 x 2 = 25 manat.

– Cəmi hesablanmış əməkhaqqı:
1.000 + 25 = 1.025 manat.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, qeyri-iş günündə işçi yalnız 2 saat işləsə belə, ona gündəlik əməkhaqqının iki misli ödənilməli idi. Yeni qaydalarla qeyri-iş günündə çalışan işçiyə ancaq işlədiyi əlavə saatlara görə ödəniş ediləcək. Amma həmin ödənişlər əvvəlki qaydada – ikiqat hesablanacaq.

Mənbə: vergiler.az

Fərdi sahibkar fiziki şəxsdən kirayə götürdükdə vergi necə hesablanır?

Fərdi sahibkar fiziki şəxsdən kirayə götürdükdə vergi necə hesablanır?

posted in: Xəbər | 0

Fərdi sahibkar kimi fiziki şəxsdən (vətəndaşdan) mənzil kirayə götürmüşəm. Həmin mənzili müqavilə əsasında əməkdaşlarının yaşaması üçün hüquqi şəxsə  kirayəyə vermişəm. Mənzildən təyinatı üzrə istifadə olunur. Bilmək istərdim: fərdi sahibkar fiziki şəxsə kirayə haqqını ödəyərkən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz, yoxsa 14 faiz vergi tətbiq olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən bildiirlib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirdən ödəmə mənbəyində 14 faiz, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirdən isə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə uyğun olaraq, bu maddədə nəzərdə tutulan ödəmələri həyata keçirən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti, müvafiq olaraq, bu maddəyə uyğun qaydada 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri

Mənbə: vergiler.az

Sosial sığorta əsaslı müavinətlərdə yeni islahatın üstünlükləri

Sosial sığorta əsaslı müavinətlərdə yeni islahatın üstünlükləri

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin yeni Qərarı ilə sosial sığorta əsaslı müavinətlərlə bağlı həyata keçirilən islahat tədbiri bu müavinətlərin təyinatının avtomatlaşdırılmasını, habelə onların təyinatı sahəsində bir sıra vətəndaşyönlü humanist dəyişiklikləri nəzərdə tutur.

Belə ki, sosial sığorta əsaslı olan 4 müavinət növü:

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;

– hamiləliyə və doğuma görə müavinət;

– 3 yaşınadək uşağa qulluğa görə müavinət;

– dəfn üçün birdəfəlik müavinət bu il mayın 1-dən avtomatlaşdırılmış, proaktiv qaydada təyin ediləcək.

Bununla da həmin müavinətlərin təyinatı üçün işçinin müraciətinə, müxtəlif sənədlər toplayıb təqdim etməsinə ehtiyac qalmayacaq, işəgötürənin bir sıra əlavə öhdəlikləri (komissiya yaradılması, protokol, haqq-hesab cədvəli s. sənədlərin tərtibi, təqdim edilməsi) aradan qalxacaq.

Məsələn, 3 yaşınadək uşağa qulluğa görə müavinət təyinatı üçün prosedur 4 mərhələdən (işçinin uşağın doğum haqqında Şəhadətnaməsini işəgötürənə təqdim etməsi, Komissiyanın qərar qəbul etməsi, işəgötürənin sənədləri DSMF-yə təqdim etməsi, Fondun müavinəti ödəməsi) ibarətdirsə, mayın 1-dən bu prosedur yalnız 1 mərhələ (e-sistemlərdəki məlumatlar əsasında müavinətin təyin edilməsi) ilə tamamlanacaq.

Bu proaktiv təyinat mexanizmləri sosial sığorta əsaslı müavinətlərin ödənişi prosesinin daha çevik və şəffaf olmasına, hazırda alınması müəyyən qədər vaxt tələb edən sosial sığorta əsaslı müavinətlərin qısa müddət ərazində ödənişinə imkan yaradacaq.

Yeni islahat tədbiri nəticəsində həmçinin:

– sığortaolunanın stajından asılı olaraq hazırda ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 60 faiz, 80 faiz, 100 faizi qədər ödənilirsə, stajından asılı olmayaraq hər bir işçiyə 100 faiz məbləğində ödəniləcək;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hazırda əlilliyi olan şəxslərə 6 ay, digər şəxslərə 12 ay müddətində ödənilirsə, artıq hər bir işçiyə 12 ay müddətində ödəniləcək;

– yalnız Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına qulluğa görə ikiqat müavinət ödənilirsə, artıq əlilliyi olan bütün uşaqlara qulluğa görə ikiqat müavinət veriləcək;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətin məbləğinin hesablanması ilə bağlı işəgötürənin öhdəliyi də aradan qalxacaq, bu hesablamanı sığortaçı (DSMF)

Mənbə: vergiler.az

Elektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir?

Azərbaycanda ötən ay geri qaytarılan ƏDV məbləği açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 19 milyon 680,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Yanvarda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 718,2 min manat təşkil edib.

Mənbə: report.az

Elektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir?

1 37 38 39 40 41 42 43 2. 680
error: Content is protected !!