Yaradıcılıq məzuniyyətləri və onların müddətləri
Yaradıcılıq məzuniyyəti nədir?
Yaradıcılıq məzuniyyətləri bizim adət etdiyimiz mənada istirahət vaxtı deyil, əksinə, fərqli bir istiqamətdə işləmək imkanıdır. Bəzi işəgötürənlər elə düşünür ki, bu məzuniyyət növü yalnız elmi təşkilatların və ya təhsil müəssisələrinin işçilərinə aiddir. Lakin bu düzgün yanaşma deyil, çünki müvafiq təhsili olan istənilən şəxsin elmi dərəcə almaq, dərslik yaxud elmi əsər yazmaq hüququ var. İşəgötürənlə əmək münasibətləri olan müəyyən kateqoriya işçilərə ödənişli yaradıcılıq məzuniyyətləri və onların müddətləri Əmək Məcəlləsinin 122-ci maddəsi əsasında tənzimlənir və aşağıdakı əsaslarla təyin olunur:
- İşçi doktoranturada (adyunkturada) uyğun elmi dərəcə alınması məqsədi ilə təhsilini davam etdirdikdə – dissertasiyanın tamamlanması;
- müəlliflərə – dərslik, ya da dərs vəsaitlərinin yazılması məqsədilə.
Əslində, bunu sözün birbaşa mənasında məzuniyyət adlandırmaq olmaz, çünki bu dövrdə insan istirahət etmir, əksinə işləyir, özünün şəxsi və peşəkar inkişafı ilə məşğul olur.
Yaradıcılıq məzuniyyəti həm işçilər, həm də işəgötürənlərə bir sıra üstünlüklər yarada bilər. İşçilər üçün bu:
- yenilənmiş enerji və motivasiya;
- şəxsi inkişaf;
- karyera inkişafı;
- iş və şəxsi həyat arasında balans deməkdir.
İşəgötürən üçün işçiyə verilmiş yaradıcılıq məzuniyyəti:
- kadr axınının qarşısının alınmasına;
- əmək məhsuldarlığının artımına;
- liderliyin planlaşdırılmasına;
- işəgötürənin imicinin yüksəlməsinə kömək edir.
Ümumiyyətlə, bu məzuniyyət həm işçilər, həm də işəgötürənlərə faydalıdır.
Yaradıcılıq məzuniyyətinin müddətləri
Yaradıcılıq məzuniyyətlərinin verilmə müddətləri fərqlidir:
- fəlsəfə doktoru elmi dərəcəsini əldə etmək məqsədi ilə üçün dissertasiyanın tamamlanması üçün – 2 təqvim ayı;
- elmlər doktoru dərəcəsini əldə etmək üçün dissertasiya işlərini tamamlanması məqsədi il – 3 təqvim ayı müddətədək davam edən məzuniyyətlər təyin olunur.
Həmçinin, həm işləyən, həm də təhsilini davam etdirən işçilər hər tədris ilində 30 gündən ibarət ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər.
Dərslik yaxud dərs vəsaiti yazan işçilərə, müvafiq elmi şuranın qərarı və verdiyi arayışa əsasən, işəgötürənlə razılaşdırılmaqla 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilir.
Yaradıcılıq məzuniyyəti dövründə işçinin iş yeri, vəzifəsi saxlanmaqla yanaşı, ona qanunvericiliyə uyğun hesablanmış əməkhaqqı ödənilir.
Yaradıcılıq məzuniyyətinin ödənilməsi
Məzuniyyətdə olan zaman yerinə yetirilən işlər barədə işçinin hesabat təqdim edilməsi zəruridir. İşçilərə məzuniyyətə görə verilən ödənişlər müəssisənin əmək haqqı fondu hesabına həyat keçirilir. İşçiyə yaradıcılıq məzuniyyəti müddətində orta əmək haqqı ödənilir. Ödənilən məbləğ Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun hesablanır.
Gəlin, nümunələrə nəzər salaq.
Nümunə 1: İşçi “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyir. Bu səbəblə dissertasiya işini tamamlamalıdır. Odur ki, işəgötürənə yaradıcılıq məzuniyyəti götürmək məqsədilə müraciət edir.Yaradıcılıq məzuniyyəti üçün ödənişi hesablayaq.
ƏM-nin 122-ci maddəsinə uyğun olaraq işçiyə 2 ay müddətinə yaradıcılıq məzuniyyəti verilir.
Əvvəlcə ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmini həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqını hesablamaq lazımdır. Fərz edək ki, bu qayda ilə hesablanmış bir günlük əmək haqqı 55 manatdır. 2 aylıq yaradıcılıq məzuniyyəti dövründə əmək haqqı saxlanılan iş günlərinin sayı 43 gündür. İşçiyə yaradıcılaq məzuniyyəti dövründə hesablanmış orta əmək haqqının məbləği 55*43= 2310 manat olacaq.
Nümunə 2: İşçi işlədiyi ali təhsil müəssisəsi tərəfindən sifariş olunan “Maliyyə sisteminin əsasları” dərsliyinin yazılması üçün bir aylıq yaradıcılıq məzuniyyəti götürmək istəyir. Onun əvvəlki iki təqvim ayına görə hesablanmış bir günlük əmək haqqı 50 manat, yaradıcılıq məzuniyyəti dövründə əmək haqqı saxlanılan iş günlərinin sayı 21 gündür. Bu halda, işçiyə hesablanan yaradıcılıq məzuniyyət haqqı 50*21=1050 manat olacaq.
Yaradıcılıq məzuniyyətinin rəsmiləşdirilməsi və uçotu qanunauyğun şəkildə həyata keçirilir. İşçi elmi dərəcə almaq yaxud dərslik yazmaq üçün məzuniyyət hüququndan istifadə etmək istədikdə uyğun sənədləri əlavə etməklə ərizə ilə işəgötürənə müraciət edir. İşəgötürən isə əmr yaxud sərəncamla məzuniyyəti rəsmiləşdirir. Buradan yalnız məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması haqqında ətraflı məlumat əldə etmək olar. Onu da vurğulayaq ki, işəgötürənin verdiyi əmr məzuniyyətdən 5 gün öncəyə qədər təqdim edilməli və işçi əmrlə tanış olmalıdır


Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.