Video: “Əməkhaqqı və Həyatın yaşam sığortası ilə bağlı müxabirləşmələr”

posted in: Xəbər | 0

Vebinar: “Əməkhaqqı və Həyatın yaşam sığortası ilə bağlı müxabirləşmələr”“Azərbaycan Mühasiblər Məktəbi”nin “Əməkhaqqı və Həyatın yaşam sığortası ilə bağlı müxabirləşmələr” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

03 Oktyabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi üçüncü ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

Salman Əbdülrzazadə Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Keçidlərə daxil olmaqla isə, “Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi digər təlimlər barədə tam məlumat ala bilərsiniz.

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/


Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib

posted in: Xəbər | 0

investisiya təşviqi sənədi, gömrük rüsumu, ƏDV-dən azad olunan avadanlıqlar, gömrük rüsumu, Əməkhaqları Vahid Tarif CədvəliYüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yüksək riskli zonaların müəyyən edilmə əsaslarını tənzimləyir.

Yüksək riskli zonalar aşağıdakılara əsasən müəyyənləşdirilir:

  • Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları;
  • Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları;
  • FATF tərəfindən edilmiş ictimai bəyanatlar.

Mənbə: vergiler.az


Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı

posted in: Xəbər | 0

Kapital BankÖlkənin birinci bankı Kapital Bank 5000-dən çox əməkdaşı ilə həm də banklar arasında ölkənin ən böyük işəgötürən şirkətlərindən biridir. “Agile” iş tərzi, davamlı və sürətli inkişaf, pozitiv korporativ mədəniyyət, çoxsaylı perspektivli layihələr təklif edən və peşəkar komandada çalışmaq imkanı yaradan bank unikal karyera imkanlarına sahib olmaq istəyən İT mütəxəssislər üçün yeni vakansiyalar elan edib.

Əsas rəqabət üstünlüyü və işçi dəyər təklifi öyrənmə, eləcədə inkişaf üzərinə qurulan bank namizədlərə peşəkar mühit, yeni biliklər və qabaqcıl təcrübə vəd edir. Uğurlu rəqəmsal və data transformasiyası yolunda olan bank innovativ yenilikləri tez qavrama və onlarla çalışma bacarığı ilə yanaşı əməkdaşlarına böyük beynəlxalq təcrübə qazandırır.

Nüfuzlu “Great Place To Work” (“Mükəmməl iş yeri”) mükafatını Azərbaycanda alan ilk bank da məhz Kapital Bank-dır. Əsas məqsədi əməkdaşlarının inkişafı  üçün mükəmməl karyera imkanları yaratmaq olan Kapital Bank komandasına qoşulmaq istəyənlər https://hr.kapitalbank.az saytına daxil olaraq şəxsi kabinet yaradıb özləri barədə ətraflı məlumatları qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha| ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


1 501 502 503 504 505 506 507 2. 700