İdman yarışından əldə edilən pul mükafatı vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

2023-cü ildə Rusiyada keçirilmiş Bədii gimnastika üzrə dünya çempionatında təşkilatçı tərəfindən (Beynəlxalq Gimnastika Federasiyası) 10.000 dollar məbləğində mükafata layiq görülmüşəm. Bu ödənişdən vergi ödəmək öhdəliyim varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50.000 manatadək gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, beynəlxalq yarışdan əldə etdiyiniz mükafatın tam dəyəri gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.15-ci maddəsi.

Mənbə: vergiler.az


Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib

posted in: Xəbər | 0

 Elektron xidmət, Bəyannamə tərtibatı proqramı, dövlət rüsumu, Dövlət rüsumunun tutulması, Sosial sığorta ödəmələri, Vergi daxilolmaları, vergi uçotu məlumatları, Vergi məbləğləri, AVİS 2, daimi nümayəndəlik, Vergi bəyannamələri, Aktivlər, Büdcə səviyyə kodu, maliyyə sanksiyası, Vergi orqanı, şikayət, büdcə, Vahid elektron lövhə, aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in (“Sabit qəbz”) verilməsi üzrə elektron xidməti təkmilləşdirərək istifadəyə verib.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verilir ki, elektron xidmətdən istifadənin asanlaşdırılması, eyni zamanda vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə müvafiq istifadəçi təlimatları hazırlanıb. Bu istifadəçi təlimatları “Sabit qəbz” əldə etməklə fəaliyyət göstərən vergi ödəyiciləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçıları tərəfindən onlayn (real) rejimdə qəbzin alınmasını nəzərdə tutur.

Təlimatlarla Dövlət Vergi Xidmətinin rəsmi saytında https://www.taxes.gov.az/az/page/telimatlar linki vasitəsilə tanış olmaq mümkündür.

Mənbə: azertag.az


Azərbaycanda həyatın yığım sığortasının imkanları məhdudlaşdırılır

posted in: Xəbər | 0

həyatın yığım sığortasıAzərbaycan Mərkəzi Bankının qərarına əsasən ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri “Həyatın yığım sığortası” məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırırlar. Bu barədə sığorta şirkətlərindən bildirilib.

Belə ki, bu ilin sentyabrın 1-dən heç bir həyat sığorta şirkəti kredit xətti təklif etməklə müştərini bu məhsulun əldə edilməsinə cəlb edə bilməyəcək.

Qeyd edək ki, “Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5%-lə kredit xətti təklif edirlər.

Nəticədə isə, “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50% və ya 72% (əməkhaqqıdan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.

Kredit xəttinin üstünlüyü ondan ibarətdir ki, əməkhaqqının əsas hissəsinin sığortaya ödəməklə güzəştlərdən daha çox faydalanmaq imkanı ilə yanaşı, kredit borcunun və kredit faizinin ödənilməsi müddətinin sonunda yığım hesabı vasitəsi ilə qaytarılmasıdır.

Xatırladaq ki, Azərbaycanda 5 həyat sığorta şirkəti fəaliyyət göstərir.

Mənbə: report.az


Biznesinizi böyütmək arzunuzu Kapital Bank-la gerçəkləşdirin

posted in: Xəbər | 0

Biznesinizi böyütmək arzunuzu Kapital Bank-la gerçəkləşdirinKapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçirir. Kampaniya çərçivəsində 100 000 manatadək mikrokrediti 3 ilədək müddətə illik 15%-dən başlayan şərtlərlə əldə etmək mümkündür.

Təklifdən yararlanmaq üçün vaxt itirmədən Birbank Biznes saytı üzərindən onlayn kredit müraciəti edə bilərsiniz. Kampaniya 8 sentyabr 2023-cü il tarixinədək edilən kredit müraciətlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumat və onlayn sifariş üçün: https://bir.bank/bbmbpr.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra xidmətlər var:

  • Biznes bank hesablarının açılması;
  • Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr;
  • Nağdsız ödənişlər;
  • Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil;
  • POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması;
  • Cari və kart hesabından QR-nağdlaşdırma;
  • Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması;
  • Biznes krediti və bank qarantiyası;
  • Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri;
  • Özəl tarif paketləri, gömrük kredit kartı və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçünhttps://birbank.businesssaytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.


1 516 517 518 519 520 521 522 2. 701