Keçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi?
Konsaltinq şirkətinin yoxlaması zamanı ərzaq mağazasında 2020-ci ildən quraşdırılmış onlayn nəzarət-kassa aparatı ilə ƏDV-dən azad olunan məhsulların satışının düzgün aparılmadığı aşkarlanmışdır. Keçmiş dövrlər üzrə hesablanmış artıq ƏDV məbləğlərinin azalması və ödənilmiş artıq ƏDV məbləğlərinin şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi bərpa edilməsi mümkündürmü?
Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-dən azad olunan malların (işlərin, xidmətlərin) dairəsi Vergi Məcəlləsinin 164-cü maddəsində göstərilmişdir. Eyni zamanda, ƏDV-yə cəlb edilən əməliyyat çərçivəsində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri ƏDV-nin vergitutma obyektini yaradır. ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi isə Vergi Məcəlləsinin 175.1-ci maddəsində göstərilən tələblərə uyğun olaraq həyata keçirilir.
ƏDV-dən azad olunan əməliyyatlar ƏDV tətbiq edilməklə aparıldığı hallarda bu əməliyyatlar Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV tutulan əməliyyat sayılır.
Sorğuda qaldırılan məsələ ilə bağlı vergi ödəyicisi tərəfindən həyata keçirilən əməliyyatlar, işin faktiki halları barədə məlumatlar və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.
Mənbə: vergiler.az
Beynəlxalq daşımalar həyata keçirilərkən vergi hansı şərtlərlə ödənilir?

Kapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmətinə yeni funksiya əlavə edərək onu daha rahat və çoxfunksiyalı edib. Belə ki, artıq sahibkarlar ölkədə ilk dəfə olaraq smartfonları vasitəsilə ödəniş qəbul edən zaman, məbləği 18 ayadək taksitə də bölə bilərlər. Mobil-POS-dan istifadə edən sahibkarlar malın və ya xidmətin dəyərini aylara bölməklə daha çox müştəri cəlb edəcəklər və bununla da dövriyyələrini artıracaqlar.
Rezident A şirkəti qeyri-rezident B şirkəti ilə müqavilə bağlayıb və onun vasitəsilə tranzit yükdaşıma həyata keçirir. Bu halda qeyri-rezidentə edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilirmi?
“Biznesmen istəsin, edər o!” mottolu Odero markası ilə yola çıxan Token Azərbaycan MMC Forbes 500 siyahısında yer alan “Koç Holding”in Azərbaycandakı Fintech (Financial Technology) şirkətidir. Onlayn ödənişə innovativ yanaşma gətirən Odero bazara yeni maliyyə vərdişləri qazandırmağı və onlayn satışı asanlaşdırmağı hədəfləyir. Şirkət veb-mağaza və onlayn ödəniş qəbulu xidmətləri ilə biznesmenlər və müştərilər arasında tam etibarlı, sürətli və istifadəçi dostu rəqəmsal ödəniş təcrübəsi yaradır.