Kənd təsərrüfatı məhsullarının istehsalçısı vergi güzəştlərindən yararlanmaq üçün nə etməlidir?

posted in: Xəbər | 0

kənd təsərrüfatı məhsullarıMən öz istehsal etdiyim kənd təsərrüfatı məhsullarını (kartof, yerkökü, çuğundur, ağartı məhsulları, toyuq, ördək, yumurta və s.) sayt üzərindən satmaq istəyirəm. Kənd təsərrüfatı məhsullarının satışına tətbiq olunan vergi güzətlərindən yararlanmaq üçün nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməlidir.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi “Sadələşdirilmiş vergi bəyannaməsi”nin 811.1 kodlu “Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi” sətrinin B1 xanalarında qeyd olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.62-ci, 15.1.3-cü, 33-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1.1.1-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16 fevral 2022-ci il tarixli 2217040100098600 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları.

Mənbə: vergiler.az


Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır?


“ƏDV bəyannaməsinin hazırlanması” kursu

posted in: Xəbər | 0

ƏDV bəyannamələrinin hazırlanmasıKursun adı: ƏDV bəyannaməsinin hazırlanması

Kursun müddəti: 10 saat

Kursun növü: Onlayn və oflayn

Ünvan: Caspian Plaza

Kursu əhatə edəcək mövzular:

  1. Əlavə dəyər vergisi nədir?
  2. Bəyannamə tərtibatı proqramı (BTP) haqqında ümumi məlumat (BTP proqramına giriş, proqramın yüklənməsi və yenilənməsi qaydaları);
  3. ƏDV depozit hesabı;
  4. ƏDV bəyannaməsinin tərtib edilməsi;
  5. “Əlavə 1″in hazırlanması;
  6. “Əlavə 2″nin hazırlanması
  7. “Əlavə 3″ün hazırlanması (ƏDV tutulan dövriyyə barədə məlumat);
  8. “Əlavə 4″ün hazırlanması (ƏDV-yə sıfır (0) dərəcə ilə tutulan dövriyyə barədə məlumat);
  9. “Əlavə 5″in hazırlanması (ƏDV-dən azad olunan dövriyyə barədə məlumat);
  10. Debitor borclar barədə məlumat;
  11. Əvəzləşdirilən hissənin izahı;
  12. ƏDV bəyannaməsinin rahat hazırlanması üçün cədvəllər necə olmalıdır?;
  13. ƏDV ilə bağlı kameral məktublar üzrə bəzi tövsiyələr.

 

Təlimçilər barədə:

Kəmalə Rzayeva 

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.


Proqramı yükləyin: ƏDV bəyannamələrinin hazırlanması



Azərbaycanda ƏDV-nin malların gömrük rəsmiləşdirilməsindən sonra ödənilməsi təklif edilir

posted in: Xəbər | 0

daxili emal prosesiAzərbaycanda əlavə dəyər vergisinin (ƏDV) malların gömrük rəsmiləşdirilməsi zamanı deyil, satış sonrası ödənilməsi sahibkara dəstək ola bilər.

Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bu gün keçirilən “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə bildirib.

O qeyd edib ki, bu gün həm gömrük rüsumlarının, həm ƏDV-nin əvvəlcədən ödənilməsi sahibkarın dövriyyə vəsaitinin azalmasına səbəb olur.

V.Abbasov həmçinin daxili emal prosesinin dəstəklənməsinə də diqqət çəkib: “Daxili emal prosesində ölkəmizdə kifayət qədər güclü istehsalçılar var. Həmin şirkətlər, həmçinin ixracla məşğul olurlar. Ancaq daxili emal prosesinin müəyyən səbəblərdən ləngiməsi və aktiv olmaması ixraca təsir göstərir.

Bakıda sahibkarlar böyük müəssisələr açıblar, lakin bu şirkətlərin bəzən ixrac imkanları məhdud olur, çünki qonşu ölkələrin şirkətləri ilə mübarizə apara bilmirlər”.

O bildirib ki, hazırda Ələt Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir: “İqtisadi zona 15-20 il əvvəl yaransaydı şirkətlər öz məhsullarını orda istehsal edərdilər. Ancaq sahibkarlar böyük investisiya qoyublar, artıq fabriklərini tikiblər. Ona görə də daxili emal prosesinin dəstəklənmsəi çox vacib məsələdir”.

Mənbə: report.az


Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır?


Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır?

posted in: Xəbər | 0

gəlirlər, xərclər,Vergi ilinin sonuna yaxınlaşarkən bütün vergi ödəyiciləri gəlirlərinə və bu gəlirlərin əldə edilməsilə bağlı çəkilən xərclərinə xüsusi diqqət yetirməlidirlər. “Business Service Centre” şirkətinin maliyyə və mühasibat mütəxəssisi İbrahim Quluyev diqqəti gəlirdən çıxılan xərclərə dair bəzi mühüm məqamlara yönəldib.

Vergi ödəyicilərinin gəlirlərin əldə olunmasına çəkilən xərclərinin gəlirdən çıxılması üzrə normaları 108-ci maddədə öz əksini tapıb. Bu maddəyə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

108-ci maddənin müddəalarından ən aktualı xüsusi çəki əsasında müəyyənləşən gəlirdən çıxılan xərclərdir. Vergi Məcəlləsinin 108.2-ci maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Vergi Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb edilən və vergidən azad hesab olunan, habelə mənfəət (gəlir) vergisinə cəlb olunmayan, həmçinin qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar əməliyyatlar üçün çəkilən, lakin bölüşdürülməsi qeyri-mümkün olan xərclərin gəlirdən çıxılan miqdarı vergiyə cəlb olunan gəlirlərin ümumi gəlirlərdə əhatə etdiyi xüsusi çəki əsasında müəyyən olunur. Bu halın mahiyyətinin daha aydın anlaşılması üçün praktiki bir misala baxaq.

Misal: ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və mənfəət vergisinin ödəyicisi olan müəssisənin hesabat ilində gəlirləri və xərcləri aşağıdakı kimi olub:

Gəlirlər:

  • Kənd təsərrüfatı məhsullarının emalından gəlir- 15.000,00 manat;
  • Kənd təsərrüfatı məhsullarının istehsalından gəlir- 6.000,00 manat;
  • Xidmətlərin göstərilməsindən gəlir- 5.000,00 manat;

Xərclər:

  • Kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı xərclər- 5.000,00 manat;
  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı xərclər- 3.000,00 manat;
  • Xidmətlərin göstərilməsi ilə bağlı xərclər- 1.000,00 manat
  • Bölüşdürülməsi mümkün olmayan ümumi xərclər (əməkhaqqı, icarə, amortizasiya) – 10.000,00 manat

Büdcəyə ödənilməli olan mənfəət vergisini hesablayaq.

İlk növbədə, Vergi Məcəlləsinin 108.2-ci maddəsinə əsasən müəssisənin vergiyə cəlb edilən gəlirlərinin ümumi gəlirlərindəki xüsusi çəkisini müəyyənləşdirməliyik:

(15.000+5.000):(15.000+6.000+5.000) = 76,9%

İndi isə mənfəət vergisini hesablayaq:

(15.000 + 5.000 – 5.000 – 1.000 – (10.000 x 76,9%)) x 20%= 1.262 manat.

Mənbə: vergiler.az


ƏDV qeydiyyatının ləğv edilməsi


1 591 592 593 594 595 596 597 2. 686