İkiqat vergitutmaya yol verməmək üçün nə tələb olunur?

posted in: Xəbər | 0

ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması,İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərə əsaslanan dövlətlərin rezidentlərinin Azərbaycan mənbəyindən verginin hansı formada tutulması ilə bağlı suala Bakı Karyera Mərkəzinin direktoru, vergi qanunvericiliyi eksperti Təhməz Qaçayev aydınlıq gətirib.

Tutaq ki, “Lawvenger” Böyük Britaniyada yerləşən beynəlxalq hüquq şirkətidir. Onun Azərbaycanda ofisi və müştəriləri vardır. Bu müştərilərdən biri də “AA” MMC-dir. MMC xarici tərəfdaşları ilə Britaniya hüququ ilə tənzimlənən müqavilə münasibətlərinə daxil olduğu üçün tez-tez şirkətin hüquqi xidmətlərindən istifadə edir. Bu şirkətlərə xidmət, əsasən, “Lawvenger”in Liverpul ofisində yerləşən hüquqşünasları tərəfindən Azərbaycana səfər etmədən göstərilir. Lakin bəzən şirkətin hüquqşünaslarının Azərbaycanda MMC-ləri təmsil etmək üçün danışıqlarda iştirak etmələri tələb olunur və onların buraya səfər etmələrinə zərurət yaranır. Ötən 2021-ci il ərzində şirkətin əməkdaşlarından ikisi yanvarın 1-dən fevralın 29-dək, mayın 1-dən mayın 31-dək və sentyabrın 1-dən sentyabrın 30-dək, biri isə oktyabrın 1-dən dekabrın 31-dək Azərbaycanda səfərdə olub.

Bu halda Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqaviləni əsas götürməklə “Lawvenger” şirkəti Azərbaycanda daimi nümayəndəlik yaradaraq Azərbaycan mənbəyindən gəlirlərini bəyan edib vergi ödəməlidirmi?

Böyük Britaniya və Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişə əsasən, daimi nümayəndəliyi rezidentlərdən fərqləndirmək vacibdir. Belə ki, daimi nümayəndəlik ayrı bir müəssisə və ya müstəqil rezident olmasa da, gəliri olduğu yerdə vergiyə cəlb edilir. “Daimi nümayəndəlik” termini müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi yeri bildirir.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, daimi nümayəndəlik, xüsusilə aşağıdakıları ehtiva edir:

  • idarəetmə yeri;
  • filial;
  • ofis;
  • fabrik;
  • emalatxana;
  • təbii sərvətlərin kəşfiyyatı üçün tələb olunan qurğu və ya tikili;
  • şaxta, neft və ya qaz quyusu, daş karxanası, habelə təbii sərvətlərin çıxarıldığı hər hansı yer;
  • 12 aydan artıq fəaliyyət göstərən inşaat meydançası və ya tikinti-quraşdırma və ya yığma obyekti.

Razılığa gələn dövlətdə rezidentlər tərəfindən rezidentin belə məqsəd üçün işə götürdüyü qulluqçular və ya digər heyət vasitəsilə xidmətlərin, o cümlədən məsləhət xidmətlərinin göstərilməsini daimi nümayəndəlik təşkil edir, lakin bu cür fəaliyyət növü ölkə daxilində 6 aydan çox (eyni və ya bununla bağlı layihə üçün) davam etməlidir.

Yuxarıda göstərilən hala uyğun olaraq beynəlxalq sazişə əsaslanmaqla “Lawvenger” şirkətinin əməkdaşları ölkə daxilində 6 aydan çox fəaliyyət göstərdikləri üçün şirkət daimi nümayəndəlik yaratmalı və Azərbaycan mənbəyindən əldə etdikləri gəlirdən Azərbaycanda vergi ödəməlidir.

Mənbə: vergiler.az


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası

posted in: Xəbər | 0

2023-cü il üçün əməkhaqqı fondu, işəgötürənin öhdəlikləri 2023,Bu yazımızda 2023-cü il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2022-ci ildə olduğu kimi 2023-cü ildə də dəyişiklik olmayacağını deməyə əsas verir.

Beləliklə 2023-cü ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı

Göstərilənləri nəzərə alaraq 2023-cü il üzrə işçinin əməkhaqqısına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqısı minimum aylıq əməkhaqqına bərabər – 300 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 15%-i, yəni 15 AZN, ümumilikdə 44+15=59 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

44+15+1.5+6=66.5 AZN

İşəgötürənin 300 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 66.5 AZN (2021-ci ildə 55,25 AZN) olacaq

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5

44+1185+40.5+160.5=1430 AZN

İşəgötürənin 8100 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 300 AZN-in 22%-i = 66 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

c) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

66+1.5+6= 73.5 AZN

İşəgötürənin işçinin əməkhaqqısına görə əməyin ödənişi fondundan tutulan məbləğ 73.5 AZN olacaq

2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əməkhaqqısı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.


Əməkhaqqının 2023-cü il üçün hesablanması qaydası


Lizinq əməliyyatları üzrə borc ödənişləri hansı formada həyata keçirilir?

posted in: Xəbər | 0

Lizinq əməliyyatları üzrə borc ödənişləriFərdi sahibkarlar aylıq ödənişləri lizinq şirkətinin bank hesabına mədaxil etməlidir, yoxsa fərdi sahibkar bank hesablarına mədaxil edəndən sonra köçürmə yolu ilə lizinq şirkətinin bank hesabına köçürməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinə əsasən, lizinq əməliyyatları üzrə borcların ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Həmin Qanunun 3.2-ci maddəsində isə göstərilir ki, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda fərdi sahibkar tərəfindən lizinq əməliyyatları üzrə borc ödənişləri fərdi sahibkarın bank hesabından lizinq verən şirkətin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu.

Mənbə: vergiler.az


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası


Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi

posted in: Xəbər | 0

kapital bank, Garmin ağıllı saatları,Kapital Bank nağdsız ödənişlərin inkişafı istiqamətində yeni texnoloji yeniliyi təqdim edir. Belə ki, aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulan Garmin ağıllı saatları vasitəsilə təmassız ödənişlər etmək mümkün oldu. Kapital Bank-ın Visa kart sahibləri bu funksiyadan istifadə edərək ödənişlər həyata keçirə bilərlər.

Ödənişi həyata keçirmək üçün müştəri Garmin saatlarında “Pul qabı/Wallet” proqramını açıb, təyin etdiyi PIN kodu daxil edib, ödəniş terminalına yaxınlaşdırmalıdır. Bununla da market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödənişləri qəbul edən istənilən digər yerlərdə cəmi bir neçə toxunuşla ödənişlər etmək mümkündür.

Saatı nizamlamaq çox asandır. Müştərinin istifadə etdiyi smartfon markasından asılı olaraq “App Store” və ya “Google Play” marketdən “Garmin Connect” tətbiqini yükləmək lazımdır. Sonra isə tətbiqdə “Garmin Pay” bölməsinə daxil olub oradakı təlimatlara əsasən Kapital Bank Visa kartını əlavə etmək kifayətdir. Garmin Pay və xidməti dəstəkləyən cihazlar haqqında ətraflı məlumat üçün: https://www.garmin.com/en-US/garmin-pay/.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 621 622 623 624 625 626 627 2. 702