Kapital Bank ahıllar üçün bilik yarışı təşkil etdi

posted in: Xəbər | 0

Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində növbəti sosial layihəni həyata keçirib. “YAŞA” Mərkəzinin üzvləri komandalar şəklində ənənəvi intellektual oyunda biliklərini sınayıblar. Yarışma məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçirilib.

Yarışmada hər komandada 6 nəfər olmaqla 10 komanda mübarizə aparırdı. “Turan” intellektual klubunun təsisçisi Vüqar Zeynalovun aparıcılığı ilə keçən yarışmada həm məntiq, həm də bilik tələb edən suallar verilirdi. Gərgin keçən mübarizə zamanı “Sərvət” komandası birinci yerə, “Çinar” komandası ikinci yerə, “Uğur” komandası isə üçüncü yerə layiq görüldü.

Mükafatlandırma mərasimində Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov iştirak edirdi. Birinci yerin qalibinə xüsusi hazırlanan kubok təqdim edildi. Eyni zamanda ilk 3 yerə çıxan komandalara pul mükafatları verildi. Tədbirdə çıxış edən “Üçüncü Bahar” Birliyinin İdarə Heyətinin sədri Leyla Ağayeva komanda üzvlərinə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və uğurlar arzuladı.

Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018  nömrələrinə və ya https://www.facebook.com/uchuncubahar, https://www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq

posted in: Xəbər | 0

əmək pensiyasıAzərbaycanda vəzifəli şəxsin təqsiri nəticəsində artıq ödənilmiş əmək pensiyası onun özündən tutulacaq.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, bu qanunun 39.1-ci və 39.1-1-ci maddələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.

Mənbə: report.az


Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi

posted in: Xəbər | 0

Maliyyə lizinqi, vergi öhdəliyiMaliyyə mütəxəssisi Vüqar Mirheydərov mövzu ilə bağlı maraq doğuran məsələlərə aydınlıq gətirir.

Maliyyə lizinqi üzrə əməliyyatlar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, maliyyə lizinqinin obyekti əsas vəsaitlər kimi təsnif ediləcək daşınar və daşınmaz əmlak ola bilər. Maliyyə icarəsi müqavilələri üzrə icarəçi qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edə bilərlər.

Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır (şərtlərdən birinin yerinə yetirilməsi kifayətdir):

  • lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;
  • icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;
  • icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;
  • icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;
  • icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Maliyyə icarəsi əsasında icarəyə götürülmüş aktiv,icarəyəverənin balansından silinir və icarəçinin balansına götürülür. İcarəyəgötürən bu aktivlə bağlı bütün riskləri və mükafatları əldə edir. Yəni bu aktiv üzrə əmlak vergisini icarəyəverən deyil, icarəçi ödəyir və bu aktivin amortizasiya ayırmalarını gəlirdən çıxılan xərc kimi bəyan edir. Ümumiyyətlə, vergitutma məqsədləri üçün icarəçi maliyyə lizinqi əsasında icarəyə götürülmüş aktivin sahibi kimi, icarə ödənişləri isə kredit ödənişləri kimi qəbul edilir.

Maliyyə icarəsi müqaviləsində kredit ödənişlərinin faiz dərəcəsi göstərilməlidir. Bu dərəcə müəyyən edilmədikdə, habelə maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür.

Mənbə: vergiler.az


Kassa aparatının çekində hansı məlumatlar əks etdirilməlidir?


Əməkhaqqı natura şəklində verilə bilərmi?

posted in: Xəbər | 0

Əməkhaq­qı­nın na­tu­ra şək­lin­də ve­ril­mə­siBu sual, gec-gec də olsa, təcrübədə ortaya çıxır. Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edib.

Öncə qeyd edək ki, qanunvericiliyə görə əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əməkhaqqının natura formasında ödənilməsi ilə bağ­lı Əmək Mə­cəl­lə­si­nin 174-cü mad­də­si­nin 3-cü bən­din­də be­lə bir qeyd var: “İş­çi­nin ra­zı­lı­ğı ilə əməkhaq­qı­nın 20 fai­zə qə­də­ri mü­tə­na­sib də­yər­li na­tu­ra formasın­da mü­əs­si­sə­də is­teh­sal edi­lən is­teh­lak mal­la­rı ilə, la­kin­ al­ko­qol­lu iç­ki­lər, 18 ya­şı­na çat­ma­mış iş­çi­lə­rə ener­ge­tik iç­ki­lər, ha­be­lə, tü­tün mə­mu­lat­la­rı, narkotik va­si­tə­lər və psi­xot­rop mad­də­lər və mül­ki döv­riy­yə­də ol­ma­sı­na yol verilmə­yən (mül­ki döv­riy­yə­si məh­dud­laş­dı­rıl­mış) di­gər əş­ya­lar­ is­tis­na olun­maq­la, di­gər məi­şət­də iş­lə­di­lən gün­də­lik tə­lə­bat mal­la­rı ilə əvəz edi­lib ve­ri­lə bi­lər”.

Əməkhaq­qı­nın na­tu­ra şək­lin­də ve­ril­mə­si za­ma­nı üç əsas mə­qa­ma diq­qət yetirmək lazım­dır:

– bi­rin­ci­si, na­tu­ra şək­lin­də əməkhaq­qı ilə bağ­lı mak­si­mal li­mi­tin 20 fa­iz ol­ma­sı;

– ikin­ci­si, na­tu­ra şək­lin­də ve­ri­lən əməkhaq­qı­nın is­teh­lak mal­la­rı və məişət­də is­ti­fa­də edi­lən di­gər gün­də­lik tə­lə­bat mal­la­rı ol­ma­sı;

– üçün­cü­sü, al­ko­qol­lu iş­çi­ki­lər is­tis­na edil­mək­lə ve­ri­lə bil­mə­si.

Misal 1: Mü­əs­si­sə qi­da sa­hə­sin­də bir ne­çə çe­şid­də is­teh­lak mal­la­rı­nın is­teh­sa­lı ilə məş­ğul­dur. Müəssisənin iş­çi­si öz ra­zı­lı­ğı ilə əməkhaq­qı­nın 20 fai­zə qə­də­ri­ni na­tu­ra for­ma­sın­da almaq istəyir. İş­çi­nin əməkhaq­qı­nın 800 ma­nat ol­duğunu fərz et­sək, işə­gö­tü­rən işçiyə əməkhaq­qı­nın 160 ma­na­ta qə­dəri­ni na­tu­ra for­ma­sın­da verməli, 640 manatı­nı isə pul şək­lin­də kö­çür­mə­li­dir.

Misal 2: İş­çi al­ko­qol­lu iç­ki­lər is­teh­sa­lı mü­əs­si­sə­sin­də ça­lı­şır və əməkhaqqının bir hissəsini natura şəklində almaq istəyir. Bu halda ona əməkhaqqı na­tu­ra şək­lin­də ve­ri­lə bil­məz. Çün­ki mü­əs­si­sə­nin is­teh­sal et­di­yi məhsul­lar is­teh­lak mal­la­rı ol­sa da, al­ko­qol­lu iç­ki­lər­dir.

Mənbə: vergiler.az


Kassa aparatının çekində hansı məlumatlar əks etdirilməlidir?


1 626 627 628 629 630 631 632 2. 686