Təmir işlərinə Kapital Bank-la başlayın!

posted in: Xəbər | 0

Kapital BankKapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla Kapital Bank-dan 100 000 manatadək kredit ala bilərlər.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi minimum 15% təşkil edir.

Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – https://ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Kapital Bank yeni Bravo-4 filialını istifadəyə verdi


İcbari tibbi sığorta haqqının tutulması

posted in: Xəbər | 0

icbari tibbi sığorta haqqı, icbari tibbi sığorta haqqının məbləği,İcbari tibbi sığorta haqqı əməkhaqqıdan məcburi şəkildə tutulur. Mövzu ilə bağlı bəzi məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

İcbari tibbi sığorta tarifləri 28 oktyabr 1999-cu il tarixli “Tibbi sığorta haqqında” Qanunla tənzimlənir. İcbari tibbi sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • işəgötürən tərəfindən işçinin əməkhaqqısının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
  • işçi tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz.

Misal 1: Dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə əsas iş yeri kimi mühasib vəzifəsində ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və ikinci qrup əlildir (müvafiq təsdiqedici sənədlər təqdim olunub).

İşçi tərəfindən ödənəcək icbari tibbi sığorta haqqının məbləği belə hesablanır:

900 x 2% = 18 manat.

900 manat – işçiyə hesablanmış aylıq əməkhaqqı;

2% – icbari tibbi sığorta tariflərinə cəlb olunan gəlirin faizi;

18 manat – hesablanmış əməkhaqqından tutulan icbari tibbi sığortanın məbləği.



Misal 2: Dövlət müəssisəsində 9.000 manat vəzifə maaşı ilə əsas iş yeri kimi mühasib vəzifəsində ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və ikinci qrup əlildir (müvafiq təsdiqedici sənədlər təqdim olunub).

İşçi tərəfindən ödənəcək icbari tibbi sığorta haqqının məbləği belə hesablanır:

9.000 – 8.000 = 1.000 manat;
1.000 x 0,5% = 5 manat;
8.000 x 2% = 160 manat;
5 + 160 = 165 manat.

Burada işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2%, qalan hissəsindən isə 0,5% icbari tibbi sığorta haqqı hesablanır.

Göründüyü kimi, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının tutulması zamanı fiziki şəxslərin gəlir vergisində nəzərdə tutulan güzəştlər nəzərə alınmayıb. Təcrübədə daha tez-tez verilən suallardan biri işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmayan gəlirlərlə bağlıdır. Yaxşı olardı ki, bu gəlirlər “Sosial sığorta haqqında” qanunun 15-ci və Vergi Məcəlləsinin 102-ci maddəsində olduğu kimi, yuxarıda qeyd olunan qanunlarda da dəqiq qeyd olunsun. “İşsizlikdən sığorta haqqında” qanunun 9-cu maddəsinə əsasən, sığorta tarifləri işçiyə (sığortaolunana) münasibətdə “əməkhaqqı”na, işəgötürənə (sığortaedənə) münasibətdə “əmək haqqı fondu”na uyğun müəyyən olunur.

Eləcə də “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu maddəsinə əsasən, işçiyə (sığortaolunana) və işəgötürənə (sığortaedənə) münasibətdə “əməkhaqqı”na uyğun müəyyən olunur. Bunları nəzərə alaraq birmənalı deyə bilərik ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, əməkhaqqı anlayışına daxil olmayan gəlirlər işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmamalıdır. Yeri gəlmişən, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsində işlədilən “əməkhaqqı fondu” ifadəsi təcrübədə müəyyən suallar yaradır. Gələcəkdə bu ifadənin daha dəqiq izahı, tərkibi qeyd edilsə, daha məqsədəuyğun olar.

Əsas: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Mikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi


“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib

posted in: Xəbər | 0

Kapital Bank reytinq“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3-dən Ba2 səviyyəsinə, ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) reytinqini isə b1-dən ba3-ə yüksəldib. Kapital Bank-ın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” olaraq təsdiqlənib. Agentliyin hesabatında bildirilir ki, Kapital Bank-ın BCA reytinqinin yüksəldilməsi onun kredit portfelinin sağlam, gəlirlilik və likvidlik səviyyəsinin yüksək olmasını əks etdirir.

“Kapital Bank-ın 2021-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı 3,5% təşkil edib. Bankın kapitallaşması (2021-ci ilin sonuna TCE/RWA göstəricisi 13,6% olub), eləcə də yüksək xalis faiz marjası və səmərəlilik hesabına əldə olunan yüksək ehtiyatdan əvvəl gəlirliliyi (vergi və ehtiyatdan əvvəlki mənfəətin risk dərəcəsi üzrə ölçülmüş orta aktivlərə nisbəti 2021-ci ildə 8,6% təşkil edib) kredit itkilərini “udmaq” üçün banka yaxşı bufer yaradır. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını gözləyir”, — deyə hesabatda qeyd olunur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Mikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi

posted in: Xəbər | 0

gəlirin müəyyən edilməsi, faktiki yaşayış yeri üzrə vergi uçotu, vergi məcəlləsi dəyişiklik, satışın maya dəyəri, mənfəət vergisi ödəyicisi, Mənfəət vergisi ödəyicisinə keçid, aksizli malları markasız idxal etmək, torpaq vergisi üzrə öhdəlik, torpaq vergisi üzrə öhdəliklər, gəlirdən çıxılan xərclər, avadanlıqların təmir xərcləri, əsas vəsaitlərin təmiri, əmlakın satış qaydaları, Vergi Məcəlləsi dəyişiklik, vergi məcəlləsinin 163-cü maddəsi, Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik, idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədilə qanunvericilikdə bir sıra vergi güzəştləri nəzərdə tutulub. Mövzuya dair maraq doğuran məsələlərə vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Məcəllənin 106.1.20-ci maddələrində isə göstərilib ki, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Bəs mikro sahibkarlıq subyekti necə müəyyənləşdirilir?

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.

Lakin könüllü surətdə ƏDV ödəyicisi olan bəzi sahibkarlıq subyektlərinin mühasibləri tərəfindən mikro sahibkarlıq subyekti üzrə illik gəlir anlayışı yanlış olaraq gəlir və ya mənfəət vergisi bəyannamələrində olduğu kimi malların (işlərin, xidmətlərin) təqdim edilməsindən (ƏDV və aksiz çıxılmaqla) gəlir kimi başa düşülür. Nazirlər Kabinetinin Qərarının qeydlər hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, “İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir”.

Malın dəyərini onun alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin malın dəyərini artıran digər xərclər, o cümlədən mənfəət vergisi və ƏDV formalaşdırır.

Göründüyü kimi, Nazirlər Kabinetinin istinad etdiyimiz Qərarında “gəlir” anlayışına, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ƏDV ilə birlikdə dəyəri, habelə satışdankənar gəlirlər daxil edilir.

Bu baxımdan bəzi mühasiblər tərəfindən mikro sahibkarlıq subyektinə aid güzəştlərdən istifadə etmək üçün təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin ƏDV-siz götürülməsi və Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən azadolmalardan və güzəştlərdən istifadə edilməsi gələcəkdə vergi məsuliyyətinin yaranması ilə nəticələnə bilər.

Mənbə: vergiler.az


Gecə vaxtı işləməyə görə əməkhaqqına əlavələr necə hesablanır?


1 645 646 647 648 649 650 651 2. 686