Müavinət əməkhaqqı hesab edilirmi?

posted in: Xəbər | 0

müəssisəyə verilən borc, vergitutma məqsədləri, Vakansiya: Vergi üzrə mühasib-təcrübəçi, vakansiya, Təsərrüfat əqdləri,Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətdən işsizlikdən sığorta haqqı hesablanmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əməkhaqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan – muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən işçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.

Əsas: Əmək Məcəlləsinin 154-cü, 157-ci və “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddələri.

Mənbə: vergiler.az


İşsizlikdən sığorta haqqının tutulması


Cari vergiləri hesablayarkən nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

cari vergi ödənişi, cari vergi ödəmələri, cari vergi ödənişləri, vakansiya, mühasib,, sadələşdirilmiş vergi, ictimai iaşə müəssisəsi,Mənfəət və gəlir vergisi ödəyiciləri cari vergi ödəmələrini necə hesablamağı ilin əvvəlində seçməlidirlər. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edib.

Mənfəət vergisi bəyannaməsi və fiziki şəxs fərdi sahibkarların gəlir vergisi bəyannaməsi illik əsasda təqdim olunur. Lakin bu o demək deyil ki, bu vergi ödəyiciləri il ərzində heç bir ödəniş etməməlidirlər. Cari vergi ödənişləri haqqında arayış forması məhz bu məqsədlə tərtib olunub. Arayışın vasitəsilə mənfəət vergisinin ödəyiciləri, eləcə də fərdi sahibkarlar rüb ərzində əldə etdikləri gəlirlərin və ödəyəcəkləri verginin məbləği barədə vergi orqanına məlumat təqdim edir. Bu model onda iştirak edən hər tərəf üçün sərfəlidir: həm büdcə vergi ödənişlərini il ərzində gözləməli olmur, həm də vergi ödəyicisinə vergini təqribən bərabər hissələrlə ödəmək daha asandır. İl bitdikdən sonra isə illik mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilərkən hesablanmış və ödənilmiş vergi məbləğləri arasındakı fərq növbəti ilin mart ayının 31-dək əlavə olaraq ödənilir. Ödənilmiş avanslar verginin yekun dəyərindən çox olarsa, fərq vergi xidməti sistemində vergi ödəyicisinin şəxsi hesabında qalır.

Cari vergi ödənişləri haqqında arayış Vergi Məcəlləsinin 151.1, 151.2 və 151.5-ci maddələrində müəyyən edilmiş üsullarla təqdim edilə bilər. 151.1 və 151.2-ci maddələr ötən il fəaliyyəti və vergi tutulan gəliri olan, 151.5-ci maddə isə cari ildə fəaliyyətə başlamış və ya ötən il vergi tutulan gəliri olmayan vergi ödəyiciləri üçün nəzərdə tutulub. Vergi ödəyicisinin cari vergi ödənişlərini hesablama üsulu il ərzində təqdim edəcəyi ilk arayışda seçilir və aprel ayının 15-dək vergi orqanına təqdim olunur.

Qısaca bu üç üsul barədə məlumat vermək istərdim.

Birinci üsula (maddə 151.1) görə cari vergi ödənişləri keçən ilin mənfəət vergisinin ¼ hissəsi kimi hesablanır.

Misal 1: Tutaq ki, fərdi sahibkar 2021-ci ildə 3.000 manat gəlir vergisi ödəyib. 2022-ci ilin birinci rübündə isə 20.000 manat gəlir (gəlirdən çıxılan xərclər çıxılmaqla) əldə edib. Buna baxmayaraq, həmin şəxs Vergi Məcəlləsinin 151.1-ci maddəsində təsvir olunan metodu seçdikdə rüb üzrə cari vergi ödənişi cəmi 750 manat təşkil edəcək. Verginin qalan hissəsini isə ((20.000 x 20%) – 750 = 3.250 manat), illik əsasda mənfəəti olsa, növbəti ilin 31 martına kimi ödəyə bilər.

İkinci üsul üzrə (maddə 151.2) cari vergi ödənişlərini hesablayarkən fərdi sahibkar həmin rübdəki gəlirinin həcmini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Misal 2: Fərz edək ki, fərdi sahibkar 2021-ci ildə 100.000 manat gəlir, 40.000 manat gəlirdən çıxılan xərc bəyan edib. Beləliklə, 12.000 manat gəlir vergisi ödəyib. 2022-ci ilin 1-ci rübündə isə həmin şəxs 15.000 manat gəlir əldə edib. Bu halda cari vergi ödənişləri 151.2-ci maddədə qeyd olunan üsulla hesablanarsa, fərdi sahibkar 1.800 manat cari vergi ödənişi ödəməlidir:

15.000 x (12.000 / 100.000) = 1.800 manat.

Halbuki birinci üsulu (maddə 151.1) seçdiyi halda 3.000 manat cari vergi ödənişi etməli olacaqdı: 12.000 : 4 = 3.000 manat.

Beləliklə, Vergi Məcəlləsi vergi ödəyicisinə imkan verir ki, öz vergi ödənişlərini ona uyğun və daha rahat olan formada ödəsin. Sadəcə, bir məqamı unutmamaq lazımdır ki, 151.1 və 151.2 maddələrdə qeyd olunan üsullar arasındakı seçim ildə bir dəfə edilir və ilin sonuna kimi dəyişdirilə bilməz. Bu seçimi vergi ödəyicisi hər ilin aprel ayının 15-dək ilk cari vergi ödəmələri haqqında arayışı təqdim edərkən edir.

Üçüncü üsula (maddə 151.5) gəldikdə, o, cari ildə fəaliyyətinə başlayan və ya keçən ildə vergi tutulan mənfəəti olmayan vergi ödəyiciləri üçün nəzərdə tutulub. Cari vergi ödənişləri bu üsulla hesablanarkən ilin əvvəlindən hesabat rübünün sonuna kimi vergi ödəyicisinin mənfəəti hesablanılmalı və bu mənfəət üzrə hesablanmış verginin ən azı 75%-i ödənilməlidir.

Misal 3: Fərz edək ki, fərdi sahibkar 2022-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həmin ilin 1-ci rübü ərzində 10.000 manat gəlirdən çıxılan xərclər çıxılmaqla gəlir əldə edib. Fərdi sahibkarın 1-ci rüb üzrə cari vergi ödəmələri belə hesablanacaq:

(10.000 x 20%) x 75% = 1.500 manat.

Fərdi sahibkar 2-ci rübdə 5.000 manat gəlirdən çıxılan xərclər çıxılmaqla gəlir əldə etmiş olarsa, onun 2-ci rüb üzrə cari vergi ödəmələri 1-ci rübdə ödədiyi vergi məbləği nəzərə alınmaqla kumulyativ gəlir əsasında hesablanır:

(10.000 + 5.000) x 20% x 75% – 1.500 = 750 manat.

Mənbə: vergiler.az


İşsizlikdən sığorta haqqının tutulması


İşsizlikdən sığorta haqqının tutulması

posted in: Xəbər | 0

işsizlikdən sığorta haqqı, faizsiz borc məbləği, Ödənişsiz məzuniyyətlər, Ödənişsiz məzuniyyətlərin müddətləri, Uçot əməliyyatları üzrə mühasib vakansiya, Passiv gəlirlər, Orta əmək haqqı, təmir xərcləri, istismar xərcləri, Əmək məzuniyyəti, Qismən ödənişli məzuniyyət, Əlillik təyinatı, Məzuniyyət haqqının hesablanması, ƏDV, vergi öhdəliyi, Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,Əməkhaqqından məcburi tutulmalardan biri də işsizlikdən sığorta haqqıdır. Mövzu ilə bağlı maraq doğuran məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

İşsizlikdən sığorta tarifləri 30 iyun 2017-cl il tarixil, “İşsizlikdən sığorta haqqında” Qanunla tənzimlənir. İşsizlikdən sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • işçi tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının 0,5 faizi;
  • işəgötürən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi.

Misal 1: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş rejimi) tam işləyən işçinin hər ay əməkhaqqından tutulan işsizlikdən sığorta haqqı 4,5 manat təşkil edir:

900 x 0,5% = 4,5 manat

Misal 2: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam işləyən işçinin işəgötürən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı belə hesablanır:

900 manat x 0,5% = 4,5 manat.

Bu məbləğ hər ay işəgötürən tərəfindən işçinin xeyrinə ödənilir.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


İşə qəbul olunarkən iş yerinə hansı sənədlər təqdim edilməlidir?


Qeyri-rezidentə elektron qaydada ödənişlər ƏDV-yə cəlb edilirmi?

posted in: Xəbər | 0

daxilolmalar, ƏDV nədir, ƏDV qeydiyyatı, təkrar sığorta, Qeyri-rezident, Dövlət büdcəsinin gəlirləri, ƏDV-dən azad, ƏDV qeydiyyatının ləğvi, ƏDV ödənişi, ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğNorveçə səyahət zamanı orada icarəyə götürdüyüm tam elektrikli avtomobili bir neçə dəfə enerji ilə doldurmuşam. Bunun haqqı olaraq bank kartımdan avtomatik qaydada müvafiq məbləğ silinib. Həmin məbləğdən 18% əlavə dəyər vergisi tutulub. Bu doğrudurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda avtomobil kirayə götürülməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

Mənbə: vergiler.az


İşə qəbul olunarkən iş yerinə hansı sənədlər təqdim edilməlidir?


1 647 648 649 650 651 652 653 2. 686