Britaniyalılar dörd günlük iş həftəsinə keçməyə başlayıblar

posted in: Xəbər | 0

dörd günlük iş həftəsi, Britaniyada qiymət artımı, inflyasiyaBritaniyada dörd günlük iş həftəsinə keçidlə bağlı dünyada ən böyük eksperimentin həyata keçirilməsinə başlanılıb.

İyunun 6-da Böyük Britaniyada əməkdaşların dörd günlük iş həftəsinə keçidi ilə bağlı dünyada ən böyük eksperimentin tətbiqinə başlanılıb. “4 Day Week UK” layihəsində 70 şirkətdən təxminən 3,3 min əməkdaşın iştirakı gözlənilir. Bu haqda “The Guardian” nəşri məlumat verib.

Oksford, Kembric universiteti və Boston Kollecinin (ABŞ) alimləri və Yeni Zelandiya sahibkarlarının birgə əməkdaşlığı ilə təşkil olunan proqram altı ay davam edəcək. Alimlər şirkətlərin məhsuldarlığı və işçilərin rifahı ilə bağlı göstəricilərdəki dəyişiklikləri izləyəcəklər. Layihə 100:80:100 modeli əsasında hazırlanıb – 100 faiz əməkhaqqı, 80 faiz iş vaxtı və 100 faiz məhsuldarlıq. 2023-cü ildə eksperimentin nəticələri dərc edildikdən sonra Böyük Britaniya hökuməti işçilərin 32 saatlıq iş həftəsinə keçirilməsi perspektivlərini qiymətləndirəcək.

Layihənin təsisçiləri hesab edirlər ki, koronavirus pandemiyasının qlobal zəifləməsi ilə şirkətlər nəticəyə birbaşa təsir edən işçinin həyat keyfiyyətinin vacibliyini dərk etməyə başlayıblar. Belə ki, qısaldılmış iş günü ilə işləmək imkanı verilməsi şirkətlərə öz rəqibləri qarşısında əhəmiyyətli dərəcədə üstünlük verə bilər.


Mənzillərin satışının vergiyə cəlb olunması

posted in: Xəbər | 0

işdən çıxan işçi üçün məzuniyyət haqqı, işdən çıxan işçi üçün məzuniyyət, Mühasib köməkçisi, orta əmək haqqı, Məzuniyyət, vakansiya, Mühasib köməkçisi, Torpaq vergisinin ödənilməsi, Torpaq vergisinin hesablanması, Torpaq vergisinin tutulması, Torpaq vergisi, Ezamiyyə xərcləri, Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi, gəlir vergisi, vərəsə, məzuniyyət haqqı. vakansiya Vergi uçotu üzrə mütəxəssis Kreditin hesablanmasıMən 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yaşayış binasından mənzil almış, 2020-ci ildə isə bu mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışam. Hazırda həmin mənzili satmaq istəyirəm. Mənzilin satışı notarius tərəfindən hansı şərtlərlə vergiyə cəlb olunacaq?

Dövlət Vergi Xidmətindən bildirilir ki, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azaddır.

Eyni zamanda, yaşayış yeri üzrə qeydiyyatda olma müddətindən asılı olmayaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.

Qeyd olunanlara əsasən, fiziki şəxsin yaşayış yeri üzrə 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduğu yaşayış sahəsinin (mənzilinin) təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan hissəsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 150-ci və 218-1-ci maddələri.

Mənbə: vergiler.az


Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?


Sahibkarlar Mobil-POS xidmətindən komissiyasız istifadə edəcəklər!

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.

Bu yeniliyin daha əlçatan olmasını təmin etmək üçün Kapital Bank Mobil-POS xidmətinə yeni qoşulanlar üçün xüsusi güzəştli kampaniya təqdim edir. Belə ki, 7–30 iyun 2022-ci il tarixlərində bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu – yəni 31 avqust 2022-ci il tarixinədək heç bir komissiya ödəməyəcəklər. Həmçinin Mobil-POS xidmətinə qoşulan zaman depozit də tələb olunmur.

Qeyd edək ki, xidmətdən yararlanmaq üçün “Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması, həmçinin Müştəri Bank istifadəçisi olmaq kifayətdir. Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün əlverişli olan bu yeniliyi tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.

Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bu yenilik yaxın gələcəkdə digər əməliyyat sistemləri istifadəçiləri üçün də tətbiq ediləcək.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 10 97  nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.


BirKart-da nağdlaşma və köçürmələr komissiyasız oldu!


ƏDV bəyannaməsinin tərtib edilməsinin yeni xüsusiyyətləri

posted in: Xəbər | 0

Əlavə dəyər vergisi (ƏDV) bəyannaməsini tərtibi edərkən əvvəlcədən alınmış ödənişlərə görə malların (işlərin, xidmətlərin) təqdim edilməsi (avansın bağlanması) və debitor borcların hərəkəti ilə bağlı bu ildən etibarən tətbiq olunan yeniliklərlə bağlı bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Mövzunu “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı şərh edir.

Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Ötən illərdən fərqli olaraq, yeni qaydalara əsasən, avansın bağlanmasını ƏDV bəyannaməsində göstərmək mümkündür. Belə ki, həmin məbləğ bəyannamənin 3 saylı əlavəsində mallar üzrə 301.1.1.8-ci, iş və xidmətlər üzrə isə 301.1.2.7-ci sətirlərdə “Təqdim olunmuş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda əks etdirilməlidir.

Həm avans, həm də debitor borcun hərəkəti ilə bağlı bəyannamə formasında edilmiş dəyişikliklər mütərəqqi səciyyə daşıyır. Bundan sonra ƏDV bəyannaməsinin tərtibi zamanı informasiyanın mühasibat hesabatlarından daha asan yığılaraq emal olunması ilə yanaşı, həmçinin bir sıra kameral uyğunsuzluqların aradan qaldırılmasına gətirib çıxaracaq.

Misal 1: “T” MMC-yə təqdim ediləcək mallara görə aprel ayında 500 manat (ƏDV-siz) vəsait daxil olub. Həmin mallar may ayında təqdim edilib. Bu əməliyyat aprel ayına aid bəyannamədə 301.1.1.8-ci (Təqdim ediləcək malların hesabına əvvəlcədən alınmış ödənişlər) sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda, may ayı üzrə isə həmin sətrin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda göstərilməlidir.

Qeyd edək ki, əvvəlki illərin bəyannamə formalarında bu məsələ tənzimlənmədiyi üçün uyğunsuzluqlar yaranırdı və əlavə yazışmalara səbəb olurdu. 2020-2021-ci illərdə tətbiq olunan bəyannamə formalarında debitor borcun hərəkətinə yanaşma ilə cari ilin bəyannamə formasındakı yanaşma fərqlidir. Əvvəlki bəyannamə formasında hesabat dövrü üzrə yaranan debitor borc məbləği kimi hesabat ayı üzrə yaranmış və ayın sonuna ödənilməmiş debitor borc məbləği nəzərə alınırdı. Hazırkı bəyannamə formasında isə yaranan debitor borc məbləği kimi, ay arzində yaranan bütün debitor borcun məbləği nəzərə alınır.

Paralel olaraq, hesabat dövrü ərzində silinən debitor borc məbləğinin bəyannamədə göstərilməsi ilə bağlı yanaşmada da fərq var. Köhnə bəyannamə formasında silinən debitor borc məbləği kimi yalnız əvvəlki hesabat dövrlərində yaranmış debitor borc məbləğlərinin cari hesabat ayında silinən hissəsi əks etdirilirdi, builki formada isə silinən debitor borc məbləği ay ərzində silinən bütün məbləği əhatə edir.



Misal 2: “T” MMC-nin 30 aprel tarixinə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1.500 manat (ƏDV-siz) təşkil edib. May ayında satılmış malların dəyəri 1.000 manatdır, MMC-nin bank hesabına 1.200 manat daxil olub. Həmin məbləğin 800 manatı cari aydakı satışlar, 400 manatı isə əvvəlki aydan ödənilməyən debitor borclar üzrə olub.

Köhnə bəyannamə formasında yaranan debitor borc məbləği 200 manat, silinən debitor borc məbləği 400 manat, dövrün sonuna qalıq 1.300 təşkil edirdi. Builki bəyannamə formasında isə yaranan debitor borc məbləği 1.000 manat, silinən debitor borc məbləği 1.200 manat, dövrün sonuna qalıq 1.300 manat təşkil edir. Pərakəndə ticarət, səhiyyə, ictimai iaşə və s. bu kimi nağd əməliyyatları olan fəaliyyət sahələri üzrə təqdim edilən ƏDV bəyannamələrində ümumi satış məbləği debitor borc kimi “tanınmırdısa”, hazırkı qaydalara əsasən, həmin əməliyyatlar da debitor borcların hərəkətində həm yaranan, həm də silinən debitor borc kimi nəzərə alınır.

Qeyd edək ki, bu şərhdə göstərilənlər Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsinin tərtib edilməsi qaydası”na əsaslanır.

Mənbə: vergiler.az


Transfer qiymətlərinin hesablanmasında beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi


1 670 671 672 673 674 675 676 2. 686