Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti

posted in: Xəbər | 0

sahibkarlıq fəaliyyəti,Onlayn satışla məşğul olmaq üçün VÖEN almaq tələb olunurmu və bunun hansı şərtləri var?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.

Qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə olunan gəlir vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma


Dövlət Vergi Xidmətinin aylıq vəzifə maaşlarında dəyişiklik ediləcək

posted in: Xəbər | 0

Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanı“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları” yeni redaksiyada təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Mənbə: report.az


Kapital Bank şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi

posted in: Xəbər | 0

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Onlar bizə əmanətdir” adlı layihə təşkil etdi. Layihə çərçivəsində Şamaxı və Mingəçevirdən olan 40-dan artıq şəhid və qazi övladları üçün müxtəlif ustad dərsləri keçirildi. Hər iki regionda olan tədbir “YAŞA” Mərkəzlərində baş tutdu.

Ustad dərsləri zamanı dənli bitkilərdən kompozisiya, muncuqlardan ibarət müxtəlif əl işləri hazırlandı və rəsm dərnəyi təşkil edildi. Tədbir zamanı uşaqlarla birgə mərkəzlərin üzvləri olan təqaüdçülər də iştirak edib, uşaqlara dəstək göstərdilər. Layihənin yekununda iştirakçılara düzəltdikləri kompozisiyalar, müxtəlif hədiyyələr, həmçinin “Optimal” mağazalar şəbəkəsindən hədiyyə kuponları təqdim edildi.

Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018  nömrələrinə və ya https://www.facebook.com/uchuncubahar, https://www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Aksiz markası ilə bağlı qanun pozuntusuna görə cəzalar

posted in: Xəbər | 0

torpaq vergisi üzrə öhdəlik, torpaq vergisi üzrə öhdəliklər, gəlirdən çıxılan xərclər, avadanlıqların təmir xərcləri, əsas vəsaitlərin təmiri, əmlakın satış qaydaları, Vergi Məcəlləsi dəyişiklik, vergi məcəlləsinin 163-cü maddəsi, Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik, idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Qanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mövzunu Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh edib:

Qanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və məsuliyyətə səbəb olur.

Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən təminatlar gəlir vergisindən azaddır


Misal 1: Aksiz vergisinin ödəyicisi olan “A” müəssisəsi aksizli mallara vurulmuş plombları zədələnib. Bu halda ona 5.000 manat maliyyə sanksiyası tətbiq olunur.

Vergi Məcəlləsinin 191.2-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Siqaret istehsalı ilə məşğul olan “B” müəssisəsi bazar dəyəri 4.000 manat olan siqaret məhsulunu 2022-ci ilin fevral ayında markalanmadan istehsal binalarının hüdudlarından kənara buraxıb. Belə halın təqvim ili ərzində birinci dəfə baş verdiyini nəzərə alaraq müəssisəyə malın bazar dəyərinin 1 misli, yəni 4.000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Müəssisə 2022-ci ildə belə hala ikinci dəfə yol verərsə, yəni bazar dəyəri 6.000 manat olan aksizli malı markalanmadan istehsal binasından kənara buraxarsa, bu halda ona 12.000 manat maliyyə sanksiyası tətbiq olunacaq:

6.000 x 2 = 12.000 manat.

Mənbə: vergiler.az


Borc gəlir hesab edilirmi?


1 674 675 676 677 678 679 680 2. 686