Xaricdə işləyən vətəndaşlar hansı şərtlərlə vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

mühasib, vakansiya, icbari tibbi sığorta xidməti, ƏDV-dən azad edilmə, ƏDV-nin hesablanması,Azərbaycan vətəndaşı Yaponiya şirkəti ilə bir illik müqavilə bağlayıb Malayziyada çalışacaq. Onun gəlirindən vergi tutulmalıdırmı?

Dövlət Vergi xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünü (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 149-cu və 152-ci maddələri.

Mənbə: vergiler.az


“Əmək müqaviləsi: işə qəbuldan xitamadək vacib məqamların izahı” mövzusunda tematik təlim keçiriləcək

posted in: Xəbər | 0

“MKS Academy” MMC-nin növbəti tematik təlimi 21 may 2022-ci il tarixdə “Əmək müqaviləsi: işə qəbuldan xitamadək vacib məqamların izahı” mövzusuna həsr olunacaq.

Həmin təlimdə ƏMAS sistemi haqqında xüsusi təqdimat olacaq, proqram təminatı ilə bağlı vacib məqamlar və mürəkkəb suallara aydınlıq gətiriləcək. Landmark otelin konfrans zalında keçiriləcək və 4 saat davam edən təlimin qiyməti 50 manat, daimi müştərilər üçün 40 manatdır.

Ödənişi nağd, kart və ya köçürmə vasitəsilə həyata keçirə bilərsiniz.

Ətraflı məlumat üçün 050-368-12-72 (whatsapp da aktivdir), 012-564-86-85 və ya email adressi ilə əlaqə saxlaya bilərsiniz.


Biznesin ideal təsviri necə olmalıdır?

posted in: Məqalə, Xəbər | 0

Biznesin ideal təsviri, Mühasibat uçotu və audit texnoloji yeniliklər,İstənilən biznesin ideal təsviri özündə quruluşçu məqsədlər və icraçı direktorun funksiyalarının bölgüsünü əks etdirir.

Muzdlu rəhbər vəzifəsinə namizədin keyfiyyətlərinə dair çoxlu suallar yaranır. İstənilən halda yalnız diqqət yetirilməli olan əsas məqamlara toxunacağıq. Onlar dörd sahəyə bölünür:

  • insan keyfiyyətləri
  • ixtisas (təlim)
  • onun cari vəziyyəti
  • istehsal tarixi

Bu dörd sahədən hər biri üçün ideal bir təsvir demək olar ki, əlçatmazdır. Lakin insan ideal təsvirə nə qədər çox yaxınlaşırsa, bu, bir o qədər yaxşıdır.

Başlanğıc üçün ən sadə olanı – istehsal tarixidir. Onun şəxsi istehsalı. İnsan öz işini sona qədər başa çatdırmağı bacarmalıdır. Bir başqası tərəfindən olduqca dəyərli hesab edilən və buna görə yaxşı qiymətlə ödəniş etməyə hazır olan son məhsulu əldə etməyi bacarmalıdır.

Onun özü də adi əməkdaş kimi işləməyi bacarmalıdır, fədakarlıqla özünü tər tökməyə məcbur etməlidir. Belədə o, digərlərini də işləməyə məcbur edə bilər.



Təzyiq etmək – tamamilə başqa qaydanın təzahürüdür.

Təzyiq etmək – bu, alçaltmaqdır, sadistcəsinə hökmranlıqdır, digər birinin təsirini azaltmaqdır, onun nail olmaq və sahib olmaq qabiliyyətini azaltmaq istəyidir. Bu, digərinin yüksəlmə və böyük azadlıq istəyinə qarşı çıxmaqdır.

Rəhbərin nizam-intizamın dəstəklənməsinə və hər bir fərdin və qrupun məhsuldarlığının artırılmasına yönəlmiş səyləri isə bütövlükdə istiqamətə görə əkslik təşkil edir.

Adamları tər tökməklə işləməyə məcbur edə bilməyən insan, dominant sadist kimi ali rəhbər postuna o qədər də uyğun gəlmir.

Rəhbər vəzifələrdən birinə təsdiq edilməsindən ötrü o şəxs həm özünün istehsal etməyi bacardığını, həmçinin digərlərini də istehsal etməyə məcbur etməyə qabil olduğunu göstərməlidir.

Rəhbər vəzifəyə namizədin cari vəziyyəti testlərin köməyilə aşkar olunur. Zəka əmsalı (IQ) 125-dən aşağı olmamalıdır. Həmçinin onun şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi də tələb olunur.

Məsuliyyətsizliyin 3 əlaməti:   

  1. Nəticə əvəzinə çoxsaylı suallar.

Sizin tapşırıqlarınız mürəkkəblik və maneələr bəhanəsi adı altında icradan yayındırılır. Tabeliyinizdə olanlara həll yollarını sərbəst şəkildə tapmağı öyrədin: soruşun “Sən özün bu haqda nə düşünürsən?”

  1. Həmişə nə isə mane olur.

Onların sualları yoxdur, amma, çoxlu səbəbləri və bəhanələri var. Bu, məsuliyyətin digərlərinin üzərinə qoyulmasıdır.

  1. Sizin qəzəblənməyinizə belə cavab verirlər: “Əgər öhdəsindən gələ bilmirəmsə, işdən azad edin”.

Bu, məsuliyyətsizliyin ekstremal dərəcəsidir. Adam şirkətdə öz karyerasının məsuliyyətini sizin üzərinizə qoyur.

Əgər birinci iki əlamət ilə hələ mübarizə aparmaq və onlardan məsuliyyətli icraçılar tərbiyələndirmək mümkündürsə, üçüncü əlamət aşkar olunduqda, ən yaxşısı onları işdən çıxarmaqdır.


Karl Marks: mühasib, məşhur iqtisadçı və sosioloq barədə naməlum faktlar


Əsas və əlavə iş yerində gəlir vergisinin hesablanması

posted in: Xəbər | 0

kommunal xərclər,İki yerdə müəllim işləyən vətəndaşın vergi öhdəliyi necə tənzimlənir?

Dövlət müəssisəsində çalışan müəllimlərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirlərindən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir. Həmin maddənin müddəalarına əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2.500 manatadək olan hissəsindən 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Həmçinin bildiririk ki, qeyd olunan vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


1 681 682 683 684 685 686 687 2. 686