Sosial sığorta əsaslı müavinətlərdə yeni islahatın üstünlükləri

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin yeni Qərarı ilə sosial sığorta əsaslı müavinətlərlə bağlı həyata keçirilən islahat tədbiri bu müavinətlərin təyinatının avtomatlaşdırılmasını, habelə onların təyinatı sahəsində bir sıra vətəndaşyönlü humanist dəyişiklikləri nəzərdə tutur.

Belə ki, sosial sığorta əsaslı olan 4 müavinət növü:

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;

– hamiləliyə və doğuma görə müavinət;

– 3 yaşınadək uşağa qulluğa görə müavinət;

– dəfn üçün birdəfəlik müavinət bu il mayın 1-dən avtomatlaşdırılmış, proaktiv qaydada təyin ediləcək.

Bununla da həmin müavinətlərin təyinatı üçün işçinin müraciətinə, müxtəlif sənədlər toplayıb təqdim etməsinə ehtiyac qalmayacaq, işəgötürənin bir sıra əlavə öhdəlikləri (komissiya yaradılması, protokol, haqq-hesab cədvəli s. sənədlərin tərtibi, təqdim edilməsi) aradan qalxacaq.

Məsələn, 3 yaşınadək uşağa qulluğa görə müavinət təyinatı üçün prosedur 4 mərhələdən (işçinin uşağın doğum haqqında Şəhadətnaməsini işəgötürənə təqdim etməsi, Komissiyanın qərar qəbul etməsi, işəgötürənin sənədləri DSMF-yə təqdim etməsi, Fondun müavinəti ödəməsi) ibarətdirsə, mayın 1-dən bu prosedur yalnız 1 mərhələ (e-sistemlərdəki məlumatlar əsasında müavinətin təyin edilməsi) ilə tamamlanacaq.

Bu proaktiv təyinat mexanizmləri sosial sığorta əsaslı müavinətlərin ödənişi prosesinin daha çevik və şəffaf olmasına, hazırda alınması müəyyən qədər vaxt tələb edən sosial sığorta əsaslı müavinətlərin qısa müddət ərazində ödənişinə imkan yaradacaq.

Yeni islahat tədbiri nəticəsində həmçinin:

– sığortaolunanın stajından asılı olaraq hazırda ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 60 faiz, 80 faiz, 100 faizi qədər ödənilirsə, stajından asılı olmayaraq hər bir işçiyə 100 faiz məbləğində ödəniləcək;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hazırda əlilliyi olan şəxslərə 6 ay, digər şəxslərə 12 ay müddətində ödənilirsə, artıq hər bir işçiyə 12 ay müddətində ödəniləcək;

– yalnız Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına qulluğa görə ikiqat müavinət ödənilirsə, artıq əlilliyi olan bütün uşaqlara qulluğa görə ikiqat müavinət veriləcək;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətin məbləğinin hesablanması ilə bağlı işəgötürənin öhdəliyi də aradan qalxacaq, bu hesablamanı sığortaçı (DSMF)

Mənbə: vergiler.az

Elektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir?

Azərbaycanda ötən ay geri qaytarılan ƏDV məbləği açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 19 milyon 680,2 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Yanvarda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 718,2 min manat təşkil edib.

Mənbə: report.az

Elektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir?

Elektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir?

posted in: Xəbər | 0

Elektron əmtəə-nəqliyyat qaiməsini və elektron yol vərəqəsini təqdim etmək hansı vergi ödəyiciləri üçün məcburidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Bu Məcəllənin 71-3-cü maddəsinə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi tərtib edilir.

Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və “Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicilərinin vəzifələrinə aiddir. Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən yüklərin yükgöndərəndən yükalana daşınaraq təhvil verilməsi elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqəsi əsasında həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-10-cu, 71-1.1-ci, 71-3-cü maddələri

Mənbə: vergiler.az

Məzuniyyət bayram günlərinə düşərsə necə tənzimlənir?

Məzuniyyət bayram günlərinə düşərsə necə tənzimlənir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsində bu ildən qüvvəyə minmiş dəyişikliklərdən biri də məzuniyyət dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə gününün əvəzlənməsi ilə bağlıdır. Bəs bu nüans necə tənzimlənəcək?

İnsan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova suala aydınlıq gətirib.

Məzuniyyət günləri ilə bağlı dəyişiklik Əmək Məcəlləsinin 114-cü maddəsində əksini tapıb. Həmin maddənin 6-cı bəndi əvvəl bu redaksiyada verilmişdi: “Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir”. Dəyişiklikdən sonra isə həmin maddə bu redaksiyada təsdiqlənib: “Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır”. Bu halda, məsələn, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.

Qeyd edilən dəyişikliyə praktiki nümunələr üzərindən baxaq:

Misal 1

5 günlük iş qrafikində çalışan işçi 12.01.2026-cı il tarixdən 14 günlük əmək məzuniyyətinə çıxır. İşçinin işə başlama tarixi nə vaxtdır?

Qeyd olunan dövr aralığına 20 Yanvar – Ümumxalq Hüzn Günü təsadüf etdiyindən, yeni dəyişikliyə əsasən, məzuniyyətə 1 gün uzadılma verilir və işçinin işə başlamalı olduğu tarix 26.01.2026-cı il deyil, 27.01.2026-cı il hesab edilir.

Maddənin dəyişiklikdən öncəki versiyası bu kimi keyslərin tənzimlənməsi zamanı praktikada fərqli yanaşmaların yaranmasına səbəb olurdu.

Misal 2

5 günlük qrafikdə çalışan işçi 01.05.2026-cı il tarixdən 30 günlük əmək məzuniyyətinə çıxır. İşə başlama tarixi nə vaxtdır?

Əvvəlki qayda üzrə uzadılacaq gün sayı 4 gün (mayın 9-u Faşizm üzərində qələbə günü, 28-i Müstəqillik Günü, 27 və 28-i Qurban bayramı) idi. Bu halda işə başlama tarixi 04.06.2026-cı il tarixi olacaqdı. Çünki 28 mayda 2 bayram üst-üstə düşürdü.

Yeni qayda üzrə uzadılacaq gün sayı 3 gün (mayın 9-u Faşizm üzərində qələbə günü, 27-i Qurban bayramı, 28-i Müstəqillik Günü), işə başlama tarixi 03.06.2026-cı il olacaq.

Mənbə: vergiler.az

Nağdsız dövriyyə üçün sahibkarların bank xərcləri azaldılır

1 66 67 68 69 70 71 72 2. 700