Tahir Mirkişili mühasiblərin müstəqil olmamasından şikayətlənib

posted in: Xəbər | 0

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, mühasiblərin müstəqillik səviyyəsini artırmaq lazımdır: “Mühasiblər bu gün rəhbərdən çox asılıdır. Mühasib bir çox hallarda təzyiqə məruz qalır. Ancaq buna baxmayaraq, mühasiblər qanun pozuntusuna yol verməməlidirlər. Ona görə də mühasibin işə təyin olunması, işdən azad olunması məsələsinə baxmaq olar”.

Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər

posted in: Xəbər | 0

Müəssisənin əmlak vergisi, Müəssisənin əmlak vergisinin hesablanması,, Vakansiya: Əsas vəsaitlər və inventarlar üzrə mühasib, avadanlığın təmir xərcləri, təmir xərcləri, sağlamlığı pozulmuş işçi, sadələşdirilmiş vergi ödəyicisi,Mühasibat və vergi uçotları fərqli formalarda aparıla bilər. Mövzunu “BSC Consulting & Outsourcing Company” şirkətinin maliyyə işləri üzrə aparıcı mütəxəssisi Rüfət Həmzəli təxirə salınmış aktivlər və təxirə salınmış öhdəliklər üzərindən izah edib.

Müntəzəm olaraq təxirə salınmış aktivlər kimi qəbul edilən xərclərə misal olaraq qabaqcadan ödənilmiş sığorta (icarə, reklam) xərclərini aid edə bilərik. Bu təxirə salınmış aktiv əvvəlcədən ödənilmiş xərc kimi qeydə alınır. Ona görə də ilkin olaraq balans hesabatında cari aktiv kimi görünür.

Təxirə salınmış öhdəlik isə yaranmış və ödənilməli olan borcun bir şəxs və ya təşkilatın ödənişlə həll etmədiyi borcdur. Ödəniş gələcəkdə müəyyən bir vaxtda ediləcək və buna görə də öhdəliyin təxirə salındığı deyilir. Kreditlər üzrə ödənişlərdən tutmuş ödənilməli olan gəlir vergilərinə qədər bir sıra öhdəlik növləri təxirə salına bilər. Mühasib təxirə salınmış öhdəliyi uçotlarda qeyd etməklə, öhdəliyin ödənişinin vaxtı çatanda onun qeydə alınmasına əmin olmalıdır.

Bəzən beynəlxalq mühasibat uçotu standartları ilə yerli qanunvericilik fərqlənir. Bunun nəticəsində mənfəət və zərər hesabatında tanınan mənfəət vergisi xərcləri ilə vergi orqanının hesabladığı vergilərin həqiqi məbləği arasında fərq yarana bilər. Əgər şirkət müəyyən maliyyə dövrü üçün vergisini artıq ödəyibsə və ya vergini əvvəlcədən ödəyibsə, bu, artıq ödənilmiş vergi kimi tanınır və təxirə salınmış vergi aktivi kimi mühasibat uçotunda qeydə alınır. Bir şirkətin mənfəət və zərər hesabatı haqqında vergidən əvvəlki mənfəəti vergi bəyannaməsindəki vergiyə cəlb olunan mənfəətdən çox ola bilər. Bu fərqə görə təxirə salınmış vergi borcları (öhdəliyi) yaranır.


Yığım sığortası üzrə mühüm məqamlar (əməkhaqqıdan gəlir əldə edilməsi)


4 nömrəli Milli Mühasibat Uçotu Standartına əsasən, “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” hesablar planının 161 nömrəli hesabda uçotu aparılır. Belə aktivlər Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesablanmış uçot mənfəəti ilə vergi qanunvericiliyi əsasında hesablanmış vergi mənfəəti arasında yaranmış müvəqqəti fərqlər nəticəsində müəyyən edilir.

Təxirə salınmış vergi aktivi aşağıdakı səbəblərdən yarana bilər:

– mühasibat uçotu üzrə hesablanmış mənfəət vergi tutulan mənfəətdən az olduğu halda;

– mühasibat uçotu və vergi uçotu üzrə amortizasiya metodunda və dərəcəsində fərq nəticəsində.

Birinci halda mühasibat uçotu üzrə zərər varsa, lakin mənfəət vergisi üzrə şirkətdə mənfəət göstərirsə, gələcək ildə vergi ödənişi üçün istifadə edilə bilən təxirə salınmış vergi aktivləri kimi uçotda qeyd olunmalıdır.

İkinci halda, uçot siyasətinə əsasən, müəssisə avadanlıqlarını düzxətli metodu ilə, vergi uçotu üzrə isə Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinə əsasən, 20 faizlə azalan qalıq metoduna əsasən amortizasiya edir.

Tutaq ki, müəssisənin balansında olan avadanlığın ilkin dəyəri 60.000 manatdır. Düzxətli metoda əsasən, avadanlığın istifadə müddəti 6 ildir. Müəssisənin cari il üzrə mənfəəti 200.000 manatdır. Gəlin hər iki metodla amortizasiyanı aparaq:

1-ci il
Düzxətli metod ilə:
60.000 : 6 = 10.000 manat;
Mənfəət vergisi – (200.000-10.000)x20 % = 38.000 manat.

Azalan qalıq metodu ilə:

60.000 x 20% = 12.000 manat;
Mənfəət vergisi – (200.000-12.000) x 20%= 37.600 manat.

Amortizasiya üzrə fərq – 2.000 manat
Təxirə salınmış mənfəət vergisi – 400 manat

İkili yazılışlar üzrə hər iki metodla yazılışı göstərək:

1-ci metod:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Amortizasiyanın mühasibat uçotunda düzxətli metod ilə hesablanması 701-4 “İstehsal aktivlərinin amortizasiyası” 112 “Torpaq, tikili və avadanlıqlar – amortizasiya” 10.000
2 İlin sonunda amortizasiya xərcləri “Ümumi mənfəət(zərər)”ə silinir. 801 “Ümumi mənfəət (zərər)” 701-4 “İstehsal aktivlərinin amortizasiyası” 10.000

2-ci metod:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Vergi uçotuna əsasən mənfəət vergisi hesablanıb 901 “Cari mənfəət vergisi üzrə xərclər” 521 “Vergi öhdəlikləri” 37.600
2 Təxirə salınmış mənfəət vergisi olacaq 161 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 400
3 Mənfəət vergisi üzrə xərclərin silinməsi 801 “Ümumi mənfəət(zərər)” 901 “Cari mənfəət vergisi üzrə xərclər” 37.600
4 Təxirə salınmış mənfəət vergisi üzrə xərclər silinir 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 801 “Ümumi mənfəət (zərər)” 400

Bu aktiv yalnız gələcək gəlirlərdə reallaşa bildiyi halda qeydə alınır. Müəyyən bir dövrdə şirkət bu aktivin gələcəkdə reallaşa bilməyəcəyinə əmin olarsa, onu balans hesabatında qeydlərlə silmək lazımdır.

Təxirə salınmış vergi aktivləri, həmçinin xərclər vergi hesabatında tanınmazdan əvvəl mənfəət və zərər haqqında hesabatda tanındıqda formalaşa bilər.

Misal: Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir və bu, mühasibat və vergi uçotu üzrə fərqlərə gətirib çıxarır. Mühasibat üçotunda bu xərclər gəlirdən çıxılan xərclər kimi qeyd olunur. Təxirə salınmış vergi aktivlərinin başqa bir nümunəsi ümidsiz borcdur. Fərz edək ki, bir şirkətin maliyyə ili üçün 10.000 manat məbləğində mənfəəti, eləcə də ümidsiz borc kimi 500 manat ehtiyatı vardır. Lakin bu ümidsiz borc vergi məqsədləri üçün silinənə qədər nəzərə alınmır. Beləliklə, şirkət 10.500 manat məbləğində vergi ödəməli və aradakı fərqə görə bu vergi aktivini yaratmalıdır.

421 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri” hesabı 4 №li Milli Mühasibat Uçotu Standartına əsasən, mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliklərinə dair məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulur. Təxirə salınmış vergi öhdəlikləri – vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi məbləğidir.

Uçot Müəssisə- Cari Müəssisə Gələcək Təsiri
1. Muhasibat uçotu

Vergiyə cəlb

olunan mənfəətdən çoxdur

Cari ildə daha az vergi ödəyir. Gələcək illərdə

daha çox vergi

ödəyəcək

Təxirə salınmış

vergi öhdəliyini yaradır

2. Muhasibat uçotu

Vergiyə cəlb

olunan mənfəətdən azdır

Cari ildə daha çox vergi ödəyir Gələcək illərdə

daha az vergi

ödəyəcək

Təxirə salınmış

vergi aktivini yaradır

Mənbə: vergiler.az


Hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar


Yığım sığortası üzrə mühüm məqamlar (əməkhaqqıdan gəlir əldə edilməsi)

posted in: Xəbər | 0

qeyri-yaşayış sahələri, vergi öhdəlikləri, icbari tibbi sığorta, işsizlikdən sığorta, gəlir, icarə gəlirləri, müavinət, icbari ödənişlər, maya dəyəri, statistik dəyər, Maya dəyəri, Maya dəyərinin hesablanması, təmir xərcləri, Əmək haqqı hesablanması, sosial sığorta, Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş MühasibHazırda sığorta bazarında 5 həyat sığorta şirkəti tərəfindən təklif edilən yığım sığorta məhsulları şəxsin əməkhaqqısının müəyyən hissəsini sosial sığorta və vergidən azad etməyə, həmin yığımları isə sığorta müddətinin sonunda depozit faizi də əlavə edilməklə əldə etməyə imkan verir. Bu yazıda yığım sığortası barədə əsas nüansları qeyd edəcəyik.

Mövcud sığorta bazarında bu sığorta şirkətləri yığım sığortası məhsulunu təklif edir:

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC

https://ateshgah-life.com/product/heyatin-yigim-sigortasi

“Meqa Həyat” Sığorta Şirkəti ASC

https://megalife.az/xeber/14-heyatin-yigim-sigortasi-ile-elave-gelir

“Paşa Həyat” Sığorta Şirkəti ASC

https://pasha-life.az/products/hys/

“Qala Həyat” Sığorta Şirkəti ASC

https://www.qala.az/products/insurance_product_capital/

“Xalq Həyat” Sığorta Şirkəti ASC

https://xalqhayat.az/m-hsullarimiz/h-yatin-yasam-sigortasi/

Qeyd etmək lazımdır ki, yığım sığorta məhsulu üzrə yığm müddəti – aylıq sığorta haqqının ödəniş müddəti minimum 3 ildir. Bu müddət ərzində sığorta müqaviləsinin müddəti dayandırıla bilər. Bu 3 illik müddət ərzində minimum 1 aylıq Gross əməkhaqqıdan 50-100 manat məbləği də yığıma ötürmək mümkündür. Hazırki qanunvericilik və təcrübə baxımından şəxsin Gross əməkhaqqısının (vergi və digər ödənişlər çıxılmadan qalan) 45%-dək məbləğdə yığım sığorta haqqı tutulması mümkündür. Bu maksimal məbləğ hesab edilir. Qeyd edək ki, yığım müddətinin sonunda şəxsin sağ qalması yaxud sığorta müqaviləsi müddəti ərzində əvvəlcədən mövcud olmayan xəstəlik və ya bədbəxt hadisə nəticəsində vəfat etməsi halında da sığorta ödənişi verilir.

Göründüyü kimi yığım sığortası məhsulu şəxsin ayda 50 manat kənara qoymaqla 36 ay üçün 1800 manat toplamasından daha çox gəlir əldə etməyə imkan verir. Dövlət sektoru üzrə şəxsin əməkhaqqısı üzrə ödənilən 14% gəlir vergisi və 3% (əməkhaqqıdan) + 22% (əməyin ödənişi fondundan) sosial sığorta haqlarının da 36 ay müddətinə yığılmasına, o cümlədən həmin yığımın üzərinə əmanət faizi hesablanmasına imkan verir ki, bu yekunda şəxsin 36 ay müddətin sonu üçün 3600 manatdan da çox gəlir əldə etməsinə səbəb ola bilir.


Hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar


“Əmək Münasibətləri və Məşğulluq” altsistemi – vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri və Məşğulluq” altsisteminin (ƏMAS) hazırlanması işlərini artıq başa çatdırır. Hazırda sınaq işləri gedir. Gələn ayın əvvəlindən bu e-platformanın istifadəyə verilməsi nəzərdə tutulur.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ƏMAS-ın hazırlanması ilə bağlı aparılan işlərə dair keçirilən iclasda bildirib.

Nazir vurğulayıb ki, bu altsistem bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması rolunu oynayacaq və rəqəmsal kadr uçotu sisteminin qurulmasını təmin edəcək. Yeni e-platforma həm işəgötürənlər, həm də işçilər, eləcə də işsiz və işaxtaran şəxslər üçün mühüm dəstək olacaq.

S.Babayev bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS  məşğulluq xəritəsini, həmçinin  məşğulluq reyestrini formalaşdırmağa, elektron birja və elektron peşə təliminə də şərait yaradır.

Qeyd edilib ki, altsistem işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artırmaqla, onların bu proqramlara cəlb olunması prosesinin daha operativ təşkilinə imkan verəcək.

Əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və s. məsələlərdə də altsistem öz dəstəyini göstərəcək.

İclasda ƏMAS-ın hazırlanması, yeni e-platformanın sınaqdan keçirilməsi işlərinə  dair müzakirələr aparılıb.

Mənbə: sosial.gov.az


1 694 695 696 697 698 699 700 2. 686