Read More9
Read More9

Uşaqlı ailələrdə vergi güzəşti hər iki valideynə tətbiq olunurmu?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 102.5-ci maddəsində göstərilib ki, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Əgər ər və arvad işləyirsə və 2 uşaq varsa, o halda güzəşt hər iki valideynə tətbiq olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, himayəsində azı üç nəfər (o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr daxil olmaqla) olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanunvericiliyə əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Əsas: Vergi Məcəlləsinin 102.5, 102.6-cı maddələri

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika

posted in: Xəbər | 0

2025-ci ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nəzərən 145 min ədəd artaraq 21,980 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 12,8 faiz artıb, kredit kartlarının sayı isə 8 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artıb.

2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib. 2025-ci ilin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,6 faizini təşkil edib.

Mənbə: vergiler.az

ƏMAS-da atalıq məzuniyyəti üzrə yeni funksionallıq

ƏMAS-da atalıq məzuniyyəti üzrə yeni funksionallıq

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib.

Uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da:

  • “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur,
  • məzuniyyətin növünü seçir,
  • məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir,
  • işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.

Bu yenilik iş yerlərində məzuniyyət verilməsi prosesləsinin tam elektronlaşdırılaraq çevik və şəffaf şəkildə həyata keçirilməsinə, əmək münasibətlərində sosial təminat mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur.

Mənbə: vergiler.az

Qeyri-formal məşğulluğun işəgötürənlər üçün yaratdığı risklər

Qeyri-formal məşğulluğun işəgötürənlər üçün yaratdığı risklər

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qeyri-formal məşğulluğun işəgötürənlər üçün yaratdığı riskləri sadalayıb.

Məlumata əsasən, qeyri-formal məşğulluq yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də ciddi hüquqi, iqtisadi və institusional nəticələrə səbəb olur.

Bu hallar hüquqi məsuliyyətin artmasına, istehsal və əmək məhsuldarlığının azalmasına, habelə müəssisənin ümumi fəaliyyətinə mənfi təsir göstərən digər amillərin formalaşmasına gətirib çıxarır. Nəticə etibarilə, qeyri-formal məşğulluq işəgötürənlərin iqtisadi maraqlarına əhəmiyyətli zərər vurur.

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sosial məsuliyyətlərini dərk etməyə və qeyri-formal məşğulluqla mübarizədə fəal iştirak etməyə çağırır.

Mənbə: vergiler.az

İşəgötürənin işçinin işə gəlməməsinə icazə vermə hüququ

1 72 73 74 75 76 77 78 2. 700
error: Content is protected !!