Read More9
Read More9

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2025-ci il tarixli Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarı

11 dekabr  2025-ci il

№ 3-17/3-5-31/2025 

2026-cı il üçün iş vaxtı normasının və istehsalat təqviminin

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən tam iş vaxtı normasının müəyyən edilməsi və iş vaxtının cəmlənmiş uçotunun və digər iş rejimlərinin tətbiqində istifadə məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

qərara alır:

  1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü, 5-ci və 6-cı hissələrinin, eləcə də iş və istirahət vaxtı ilə bağlı digər maddələrinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il  2 dekabr tarixli 362 nömrəli  Qərarını nəzərə alaraq “2026-cı il üçün iş vaxtının norması” və “2026-cı ilin istehsalat təqvimi” təsdiq edilsin (əlavə olunur).
  2. İctimaiyyətlə əlaqələr şöbəsinə (F.Talıbova) tapşırılsın ki, qərar qəbul edildiyi gündən “2026-cı il üçün iş vaxtının norması”nın və “2026-cı ilin istehsalat təqvimi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
  3. Qərarın icrasına nəzarət nazir müavini R.Mustafayevə həvalə edilsin.

          Kollegiyanın sədri                                                                      Anar Əliyev

                                                                            Azərbaycan Respublikası Əmək və

                                                                            Əhalinin Sosial Müdafiəsi Nazirliyi

                                                                            Kollegiyasının 2025-ci il 11 dekabr               

                                                                            tarixli 3-17/3-5-31/2025 nömrəli qərarı ilə

                                                                            təsdiq  edilmişdir.

 

                                                                                       1 nömrəli əlavə

      

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq hüzn günü;

8  Mart – Qadınlar günü;

20, 21, 22, 23, 24  mart – Novruz bayramı;

20, 21 mart – Ramazan bayramı;

9  May – Faşizm üzərində qələbə günü;

27, 28 may – Qurban bayramı;

28 May – Müstəqillik Günü;

15 İyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

8 Noyabr – Zəfər Günü;                                                 

9  Noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 Dekabr – Dünya azərbaycanlılarının  həmrəyliyi günü.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Qurban, Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir.

2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ı bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan 3-ü üst-üstə düşən)   və 1 Ümumxalq hüzn günü vardır (241+107+19-3+1= 365).

 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235×8+6×7=1922 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Nazir: Anar Əliyev

Mənbə: sosial.gov.az

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına aydınlıq gətirib.

Dövlət Xidmətinin məlumatına görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir.

Müqavilə müddətinin bitməsinə azı bir həftə qalmış, tərəflərdən heç biri digər tərəfi müddətin başa çatması ilə bağlı yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi müddətə uyğun olaraq uzadılır və ya Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan hallarda müddətsiz hesab olunur. Yəni müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Mənbə: vergiler.az

İşçilərin iş yerinin və maaşın saxlanıldığı hallar

234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Müasir biznes mühitində müəssisələrin maliyyə vəsaitlərini səmərəli şəkildə yerləşdirməsi onların likvidliyini, rentabelliyini və ümumi maliyyə dayanıqlığını təmin edən əsas amillərdən biridir. Bu baxımdan, qısamüddətli investisiyalar xüsusi aktuallıq kəsb edir. Mühasibat uçotunda belə investisiyaların uçotu üçün nəzərdə tutulan hesablardan biri 234 saylı “Digər qısamüddətli investisiyalar” hesabıdır. Bu məqalədə adıçəkilən hesabın məzmunu, funksiyası, müvafiq beynəlxalq standartlarla əlaqəsi və praktiki tətbiq nümunələri izah olunur.

Maliyyə qoyuluşlarının ödəmə müddətinə görə təsnifatı

Ödəmə müddətinə görə maliyyə investisiyaları əsasən aşağıdakı qruplara bölünür:

  • qısamüddətli – 12 ay və ya bir hesabat dövründən artıq olmayan müddətə yerləşdirilən investisiyalardır.
  • uzunmüddətli – 12 aydan çox müddətə nəzərdə tutulmuş maliyyə qoyuluşlarıdır.

Qısamüddətli investisiyalar əsasən gəlirlilik baxımından daha az riskli və likvid alətlərə yönəldilir, məsələn: istiqrazlar, depozitlər, səhmlər, investisiya fondlarına vəsait qoyuluşu və s. Bu investisiyaların uçotu mühasibat uçotu subyektləri üçün hesablar planının  23-ci maddəsinə aid hesablarda aparılır.

Hesablar planının 23-cü maddəsi: məzmunu və tərkibi

“Mühasibat uçotu subyektləri üçün hesablar planın”-da “Sair qısamüddətli maliyyə aktivləri” adlanan 23-cü maddə müəssisənin sərbəst vəsaitlərinin müxtəlif investisiya alətlərinə qoyuluşunun, habelə sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlərlə bağlı ümumiləşdirilmiş məlumatların əks olunmasın təmin edir.

Maddənin tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən olunur. Bu tərkibə, qaydaların 25.1 bəndinə əsasən, aşağıdakı hesablar daxildir:

234 saylı hesab, adından da göründüyü kimi, yuxarıdakı konkret kateqoriyalara daxil olmayan, lakin qısamüddətli xarakter daşıyan maliyyə qoyuluşlarının uçotu üçün nəzərdə tutulmuşdur.

Hesabın məzmunu və funksiyası

234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı özündə mühasibat uçotu subyektində FVPL və FVOCI kimi tanınan, törəmə müəssisələrə investisiya qoyuluşları, habelə 231, 232 və 233 saylı hesablara aid edilməyən digər qısamüddətli investisiyaların dövriyyəsi barədə ümumiləşdirilmiş məlumatları əks etdirir. MHBS 9: “Maliyyə alətləri” (IFRS 9)-a görə:

  • FVPL (Fair Value Through Profit or Loss) – ədalətli dəyəri mənfəət və ya zərər haqqında hesabatda tanınan investisiya qoyuluşları;
  • FVOCI (Fair Value Through Other Comprehensive Income) – ədalətli dəyəri məcmu gəlir haqqında hesabatda tanınan investisiya qoyuluşlarıdır.

Hesabın funksiyalarına aşağıdakılar aid edilə bilər:

  • müəssisənin qısa müddətdə gəlir əldə etmək məqsədi ilə etdiyi maliyyə yerləşdirmələrinin mühasibat uçotunda dəqiq əksini təmin etmək;
  • maliyyə hesabatlarında real vaxtlı və düzgün məlumatın verilməsinə yardım etmək;
  • müəssisənin investisiya siyasətinin təhlili üçün əsas baza rolunu oynamaq.

Yuxarıda qeyd edilənlər  nəzərə alıb, deyə bilərik ki,  234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı müəssisələrin likvid və gəlir gətirən aktivlərə yönəlmiş vəsaitlərinin uçotunda mühüm yer tutur.

Qısamüddətli investisiyaların uçotunun tənzimlənməsi

234 saylı hesab üzrə uçot aparılarkən aşağıdakı prinsiplər əsas götürülür:

  • ədalətli dəyər üzrə qiymətləndirmə;
  • gəlir və zərərin tanınması dövrünün düzgün müəyyən edilməsi;
  • investisiya alətlərinin realizəsi zamanı müvafiq gəlir və ya zərərin “maliyyə nəticələri” bölməsində tanınması.

Əgər investisiya satılarsa və ya itirilərsə, bu zaman həmin aktivin balans dəyəri ilə realizə dəyəri arasındakı fərq müvafiq gəlir və ya zərər kimi uçota alınır.

Uçotun tənzimlənməsi “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın aşağıdakı bəndləri əsasında aparılır:

  • digər qısamüddətli investisiyaların əldə edilməsi zamanı – 25.18-ci bənd;
  • ədalətli dəyərində dəyişiklik olduqda qaydaların 25.19 və 25.20-ci bəndləri;
  • satış məqsədi ilə saxlanılan aktivlər hesabına keçirildikdə 25.21-ci bənd;
  • digər qısamüddətli investisiyalar satıldıqda – 25.22-ci bənd;
  • hesablaşma tarixi metodu tətbiq edildikdə – 25.23-cü bəndi;
  • əvvəllər ədalətli dəyərində yaranmış azalma və artma məbləğlərinin ədalətli dəyərdə yaranmış sonrakı dəyişikliklərin tənzimlənməsi – 25.24-cü və 25.25-ci bəndlər;
  • debitor borclarının müqabilində əldə etdiyi digər qısamüddətli investisiyalar – 25.26-cı bənd;
  • səhmlərin buraxılması ilə mühasibat uçotu subyektinin əldə etdiyi investisiyalar digər qısamüddətli investisiyalar meyarına uyğun gəldikdə – 25.27 bənd.

234 saylı “Digər qısamüddətli investisiyalar” hesab üzrə tənzimləmələr zamanı tətbiq edilən əsas beynəlxalq standart İFRS 9 – “Maliyyə Alətləri” standartıdır. Bu standartın əsas müddəaları aşağıdakılardır:

  • maliyyə alətləri ilkin olaraq ədalətli dəyərlə tanınır;
  • sonrakı dövrdə investisiya növündən asılı olaraq ya ədalətli dəyər, ya da amortizasiya olunmuş dəyər ilə qiymətləndirilə bilər.
  • ədalətli dəyərdəki dəyişikliklər, əgər investisiya ticarət məqsədilə əldə olunubsa, mənfəət və zərər hesabatında tanınmalıdı.

Əlavə olaraq, MHBS 7: “Maliyyə alətləri: Məlumatın açıqlanması” (IFRS 7) ilə tənzimlənmə aparılır və istifadəçilərə risklərin təhlilində kömək edir.

Praktiki situasiya və mühasibat yazılışları

Belə bir nümunəyə baxaq: Müəssisə “ABC” 01.04.2025-ci il tarixində yerli bir investisiya fonduna 10000 manat dəyərində qısamüddətli investisiya yerləşdirmişdir. İyun ayında bu investisiyadan 600 manat faiz gəliri əldə olunmuş, sentyabrda isə fondun payları 11500 manata satılmışdır. Alış, satış və onlar orasında mümkün əməliyyatlar aşağıdakı şərhdə verilib:

İzah və şərhlər

  • ilk alış (01.04.2025): investisiya qısa müddətli hesabda uçota alınır, ədalətli dəyəri – alınma dəyərinə bərabər hesab edilir (qaydaların 25.18 bəndi)
  • yenidən qiymətləndirmə (15.05.2025): ədalətli dəyər artımı (200 manat) zamanı ədalətli dəyərdən gəlir hesabına qeyd edilir (mənfəət artımı), beynəlxalq standartlara görə gəlir kimi tanınır (qaydaların 25.19 bəndi)
  • faiz gəliri (30.06.2025): dövrün sonunda əldə edilən faiz gəliri uçotda əks olunur.
  • yeni istiqraz alışı (01.07.2025): daha bir qısa müddətli investisiya alınır.
  • ədalətli dəyərin 300 manat azaldılması (15.08.2025): dəyər məcmu investisiya portfelində düşərsə, dəyər azaldığında zərər tanınır (qaydaların 25.20 -ci bəndi) , zərər mənfəət və zərər hesabatına daxil edilir
  • satış (30.09.2025): 11500 manat satışdan sonra balansdan çıxarılma (10000+200-300=9900 manat) və gəlirin (1600 manat) tanınması baş verir (qaydaların 25.22-ci bəndi)

Şərhlərə uyğun mühasibat yazılışları cədvəldə əks olunub.

Əməliyyatın adı Debet hesabı Kredit hesabı Məbləğ (AZN)
1 01.04.2025: fond paylarının alınması 234: ”Digər qısamüddətli investisiyalar” 538: “Digər qısamüddətli kreditor borcları” 10000
2 05.04.2025: fond payları üçün ödənişin həyata keçirilməsi 538: “Digər qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 10000
3 15.05.2025: Ədalətli dəyər üzrə yenidən qiymətləndirmə, 200 manat artım 234: “Digər qısamüddətli investisiyalar “ 611-2: “Yenidən qiymətləndirilmədən gəlirlər” 200
4 30.06.2025:  Faiz gəliri əldə edilməsi – gəlirin tanınması 223: “Bank hesablaşma hesabları” 631-1: “Faiz gəliri” 600
5 01.07.2025:  Qısamüddətli istiqraz alışı üçün vəsait transferi – yeni investisiya əks olunur 234: ”Digər qısamüddətli investisiyalar” 223: “Bank hesablaşma hesabları” 5000
5 15.08.2025: Fond payı üzrə investisiyanın ədalətli dəyərinin   azalması 731-2: “ Yenidən qiymətləndirilmədən xərclər” 234 – “Digər qısamüddətli investisiyalar” 300
6 30.09.2025: Fond paylarının satışı 217: “Digər qısamüddətli debitor borcları” 234 – “Digər qısamüddətli investisiyalar” 9900
Aradakı 1600 manat fərq 611 — Maliyyə investisiyalarından gəlirə yazılır 217: “Digər qısamüddətli debitor borcları” 601 –“Əsas əməliyyat gəlirləri” 1600
Fond paylarının satışından daxilolma 223: “Bank hesablaşma hesabları” 217: “Digər qısamüddətli debitor borcları” 11500

İşçilərin iş yerinin və maaşın saxlanıldığı hallar

posted in: Xəbər | 0

İşçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallara dəyişiklik ediləcək.

Məsələ Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əməkhaqqı saxlanılacaq.

Mənbə: banker.az

Natamam iş günü üçün tam maaş ödənişi

1 73 74 75 76 77 78 79 2. 680
error: Content is protected !!