Mediasiya prosesinin həyata keçirilməsi qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatıNazirlər Kabineti 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Müvafiq dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

“Uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişi mediator tərəfindən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına təqdim edilməlidir”.

Qeyd edək ki, 11-ci hissə “Mediasiya prosesinin yekunlaşdırılması” adlanır və aşagıdakı bəndləri özündə ehtiva edir:

Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir;

Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır;

Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır;

Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

İkinci dəyişikliyə görə, barışıq sazişi “qüvvədə olan qanunvericiliyə” deyil, qanuna zidd olmamalıdır.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat davam edir

posted in: Xəbər | 0

vergi orqanlarına işə qəbul,Qeydiyyat İmtahanın birinci mərhələsi üzrə 11 oktyabr – 07 noyabr tarixlərində, 2-ci mərhələsi üzrə 11 oktyabr – 14 noyabr tarixlərində aparılır.

İmtahanın 1-ci mərhələsi (mühasibat uçotu) 21 noyabr, 2-ci mərhələsi (qanunvericilik) isə 28 noyabr tarixlərində keçiriləcək.

Qeydiyyat DİM-in rəsmi internet səhifəsində 1-ci mərhələ üzrə bu link və 2-ci mərhələ üzrə bu link vasitəsi ilə aparılır.

İmtahanın hər bir mərhələsi ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

Qeyd edək ki, fiziki və hüquqi şəxslər imtahanlarda iştirak edəcək namizədlərin ödənişlərini köçürmə yolu ilə də apara bilərlər. Bunun üçün “Dövlət İmtahan Mərkəzi” ilə müvafiq müqavilə bağlayıb, bank vasitəsilə ödəniş etmək lazımdır. Müqavilənin bağlanılması üçün “Kommersiya və marketinq” sektoruna aşağıda göstərilən əlaqə nömrələri vasitəsi ilə müraciət edilməlidir.

Əlaqə nömrələri: 0123105316 daxili 17-05; 17-04

Müqavilə imzalanan zaman DİM-ə ödəniş ediləcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün,ay,il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə siyahı formasında təqdim edilməlidir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Borc vəsaitlərinin alınması və qaytarılması

posted in: Xəbər | 0

Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Son illərdə vergi ödəyiciləri tərəfindən borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları çox aktual məsələyə çevrilib. Əlbəttəi, belə əməliyyatların baş verməsində heç bir qanun pozuntusu yoxdur. Təsərrüfat subyektinin fəaliyyətinin formalaşdırılması və yaxud da hər hansı bir əməliyyatın reallaşdırılması üçün təcili maliyyə vəsaitinə ehtiyacın olması və bu ehtiyacın təcili formada təsisçi tərəfindən reallaşdırılması kimi əməliyyatlar təcrübədə çox baş verir. Belə əməliyyatların rəsmiləşdirilməsində yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Borc vəsaitlərini kimlərdən əldə etmək olar və borc müqavilələri necə rəsmiləşdirilməlidir?

Borc vəsaitləri həm fiziki, həm də hüquqi şəxslərdən alına bilər. Borc müqavilələri isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmalıdır. Yaxşı olar ki, borc müqavilələri notarial qaydada təsdiqlənsin ki, gələcəkdə mübahisələr yaranmasın.

Borc əməliyyatlarında məbləğlərdə hər hansı bir limit varmı və məbləğlər hansı formada rəsmiləşdirilməlidir?

Qanunvericilikdə borc əməliyyatlarında məbləğlə bağlı bir məhdudiyyətlər qoyulmamışdır. Məbləğlərin rəsmiləşdirilməsi məsələləri isə “Nağdsız hesablaşmalar haqqında” Qanun ilə tənzimlənir və Qanunun 3.4.6.-cı maddəsinə əsasən, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir. Deməli, borc məbləğləri nağd və nağdsız formada limitsiz qəbul etmək olar. Amma borc məbləğləri ancaq nağdsız formada qaytarılmalıdır. Lakin borcu verən fiziki şəxs olduqda, nağd formada da qaytarmaq olar.

Misal: “AA” MMC-nin iki təsisçisi vardır. Təsiçilərdən biri fiziki, biri də hüquqi şəxsdir. Təsisçilər qərara alırlar ki, hər biri 50.000,00 manat məbləğində vəsaiti “AA” MMC-yə borc kimi versinlər. Fiziki şəxs borcu birbaşa “AA” MMC-nin bank hesabına, amma hüquqi şəxs isə kassasına ödəmişdir.

Belə rəsmiləşdirmə düzgündürmü?

Yuxarıda bildirdiyim kimi, qanunvericilikdə misal olan qaydada borc vəsaitlərinin qəbul edilməsinə məhdudiyyət yoxdur, ona görə də düzgündür. Borc qaytarılanda “AA” MMC hüquqi şəxsin borcunu nağd formada qaytarmaq istəyir. Bu formada ödəniş “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.6 -cı maddəsinə görə qadağandır.

Həmçinin fiziki şəxs olan təsisçiyə borcu nağd formada qaytarmaq istəyir. Belə bir rəsmiləşdirməyə məhdudiyyət qoyulmamışdır, amma burada müəyyən limitlər vardır.

Nəzərə alaq ki, “AA” MMC ƏDV ödəyicisi deyildir və mikro sahibkar kimi sadələşdirilmiş vergi ödəyicisidir. Belə olan halda “AA” MMC-yə nağd geri qaytarılma əməliyyatlarına 15.000,00 manat limit qoyulmuşdur. Ona görə cəmiyyət bir dəfəyə 50.000,00 manatı nağd qaytara bilməyəcəkdir. Ən azı 4 ay müddətində bu əməliyyatı həyata keçirməlidir. Bu səbəbdən, yaxşı olardı ki, fiziki şəxs təsisçi bank hesabı açsın və bir əməliyyat çərçivəsində 50.000,00 manatı onun bank hesabına qaytarsın.

Göründüyü kimi, borc məbləğlərin nağd əldə edilməsində limit qoyulmamışdır. Amma belə rəsmiləşdirilmələr zamanı borcu verən hüquqi şəxslərin də özlərinin belə bir limitləri vardır.

Bizim misalımızda hüquqi şəxs nağd formada 50.000,00 manatı birbaşa kassaya ödəmişdir. Amma “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə görə, hüquqi şəxslərin statusuna görə 15.000,00 manat və ya 30.000,00 manat limitlər qoyulmuşdur. Odur ki, təsisçi hüquqi şəxs nağd formada ancaq bu limitlər çərçivəsində kassaya ödəniş edə bilər. Əks halda, ona Vergi Məcəlləsinin tələblərinə görə maliyyə sanksiyaları tərtib ediləcəkdir. Baxmayaraq ki, nağd alana belə əməliyyatlarda maliyyə sanksiyası verilmir, amma ödəyənə tədbiq edilir. Ona görə də tövsiyyə edərdim ki, borc müqavilələrinin rəsmiləşdirilməsində borc alınanda da, geri qaytarılanda da əməliyyatlar nağdsız formada həyata keçirilsin.


Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mobil telefonlar və mPOS xidməti

posted in: Xəbər | 0

Son günlər mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi məsələsi müzakirə mövzularından birinə çevrilib. Bank mütəxəssisi Bəxtiyar Məmmədov mövzu ilə bağlı şərh verib.

“Cəmiyyətin inkişafı boyunca müxtəlif ödəniş üsulları mövcud olmuşdur. Hər bir ödəniş üsulu tədricən inkişaf etmiş, yeni ödəniş üsulları meydana gəlmişdir. Cəmiyyət barter üsulundan cari elektron ödənişlərədək uzun bir inkişaf yolu keçmişdir. Son dövrlərdə aktuallaşan məsələlərdən biri də mobil qurğular vasitəsilə ödənişlərin qəbul edilməsidir.

Yəqin ki, bir çoxumuz gündəlik həyatda marketlərdə və yaxud digər hər hansı alışlarımızda ödəniş kartlarımızı POS terminala yaxınlaşdırmaqla ödənişlər etmişik. Bu kifayət qədər rahatdır, əlavə nağd vəsait sayımı və sair narahatlıqlardan həm alıcını həm də satıcını azad edir. Amma məsələyə bir qədər fərqli aspektdən baxsaq görərik ki, bu infrastrukturun qurulması üçün satıcı hər hansı bankdan POS terminal əldə etməli (bəzi hallarda bu ödənişli, yaxud müəyyən depozit yatırmaq şərti ilə verilir), daha sonra bu POS terminalı istifadəyə verməlidir. Elə hallar da vardır ki, orada bu tip yanaşma özünü doğrultmur. Məsələn, taksilərdə POS terminalların quraşdırılması bank və taksi xidməti göstərən şəxs üçün sərfəli deyil. Çünki çox sayda taksidə ödənişsiz POS terminal quraşdırmaq xərci banka sərfəli deyildir, həmçinin taksi xidməti göstərən tərəf üçün hər taksiyə POS terminal almaq sərfəli həll deyildir. Bu tip çətinliyin aradan qaldırılması üçün müxtəlif həllər vardır ki, onlardan biri də mobil POS terminal yaxud qısa desək mPOS xidmətinin təşkilidir.

mPOS xidməti əslində mobil telefonlara əlavə qurğu qoşmaq və proqram təminatı yazmaqla onların POS terminal kimi istifadə olunmasını ehtiva edir. Lakin NFC texnologiyasından istifadə edildiyi hallarda heç bir əlavə qurğuya ehtiyac olmur, mobil telefon və ya planşet POS terminal kimi istifadə edilə bilir. Bu tip qurğunun tətbiqinin əsas üstünlüyü kompaktlıq, aşağı qiymət və internet şəbəkəsinin olduğu istənilən yerdə ödənişlərin qəbul edilə bilməsidir. mPOS xidmətini əldə edən satıcı müxtəlif qeydiyyat prosedurlarını keçdikdən sonra öz mobil telefonunu POS terminal kimi müştərilərinin istifadəsinə təqdim edə bilər.

Dünyada mPOS xidməti

Juniper Research tərəfindən aparılmış hesablamalarla müəyyən edilmişdir ki, 2019-ci ildə dünyada mPOS vasitəsilə aparılmış ödənişlərin həcmi 850 milyrad ABŞ dolları həcmində olmuşdur. Həmçinin 2024-cü ildə bu ödənişlərin həcminin 1.9 trilyon dollara çatacağı ehtimal edilir. Hal-hazırda Avropa, Amerika və digər qitələrin inkişaf etmiş ölkələrində mPOS xidməti kifayət qədər populyarlıq qazanmışdır.

Azərbaycanda mPOS xidməti

Hal hazırda ölkəmizdə mPOS xidməti təqdim olunmamışdır. Bu məsələ ilə bağlı bəzi banklar tərəfindən bir neçə dəfə cəhdlər olsa da, proses müxtəlif səbəblərdən (bəzən səmərəlilik, təhlükəsizlik riskləri, müxtəlif sertifikasiyalar, hüquqi risklər və sair) ləngimə baş vermişdir. Lakin dövlət tərəfindən nağdsız ödənişlərin inkişafının təşviqi, qanunvericilik və normativ aktlara mütəmadi olaraq düzəliş və əlavələrin edilməsi yaxın vaxtlarda bu xidmətin ölkəmizdə də uğurla tətbiq ediləcəyini deməyə imkan verir.

Hesab edirəm ki, mPOS xidmətinin təşkili ilə POS terminalların daha sərfəli formada əldə edilməsi nağdsız ödənişlərin daha da inkişafına, “kölgə iqtisadiyyatı”nın həcminin daha da azalmasına doğru atılmış növbəti addım olacaqdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 803 804 805 806 807 808 809 2. 685