Read More9
Read More9

Vətəndaşlar üçün mygov-da dövlət qurumlarına rəsmi məktub göndərmə xidməti

posted in: Xəbər | 0

Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə tutulan dövlət qurumuna elektron formada təqdim etmək imkanı yaradır. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər.

Hər bir göndərilən məktub “Göndərilən” bölməsində saxlanılır. Vətəndaş məktubun statusunu — yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur.

Bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur və yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir.

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır.

20 sentyabr iş günü olan bayramlar sırasına daxil edildi

posted in: Xəbər | 0

20 Sentyabr – Dövlət Suverenliyi Günü bayram günüdür.

Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir.

20 sentyabr tarixi iş günü olan bayramlar sırasında yer alacaq.

Mənbə: banker.az

Beynəlxalq yükdaşıma xidməti: əsas vergi öhdəlikləri

224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot

posted in: Xəbər | 0

“Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə açılan hesablar

Hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit təşkilatlarında bank hesablaşma hesabları ilə yanaşı digər xüsusi hesablar da aça bilər. Bu hesablara milli və xarici valyutada pul vəsaitləri onların fəaliyyəti ilə bağlı daxil olur və onların əldə edilməsi müəyyən şərtlər daxilində mümkündür. Mühasibat uçotu subyektlərində belə pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar 224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” adlı hesabda aparılır. Bu hesab  mühasibat uçotunun hesablar planının  22-ci maddəsinin əhatə etdiyi hesablardan biridir. Pul vəsaitləri və onların ekvivalentləri” adlanan bu maddə üzrə açılan digər hesablar aşağıda verilib:

7 saylı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı MUBS  (IAS7) pul vəsaitlərini “vəsaitləri kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozit” kimi xarakterizə edir. “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə mühasibat yazılışları verilirkən bu standartın tələbləri nəzərə alınmalıdır.

224 saylı üzrə uçotun nizamlanması

224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Bu aktiv hesabın təyinatını həmin qaydalar belə şərh edir:

“224 №li “Tələblərə əsasən açılan digər bank hesabları” hesabında mühasibat uçotu subyektinin fəaliyyəti ilə bağlı hesabına daxil olan və müəyyən şərtlər daxilində əldə olunması mümkün olan milli və xarici valyutada pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir (Qaydalar/24.5”)

Başqa sözlə, mühasibat uçotu subyektləri tələblərə əsasən açılan digər bank hesablarından akkereditivlər, çek kitabçaları, kredit kartları (plastik kartlar) və digər bu kimi xüsusi hesablar vasitəsilə aparılan əməliyyatlar zamanı istifadə edir.

Akkreditvlərlə əməliyyatlar AR Mərkəzi Bankının “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimatın” tələblərinə uyğun həyata keçirilir.

Çeklər və digər ödəniş vasitələri ilə aparılan əməliyyatlar Mərkəzi Bankın müvafiq normativ sənədləri əsasında nizamlanır.

224 saylı hesaba pul vəsaitlərinin daxil edilməsi yuxarıda qeyd edilən Qaydaların 24.15-ci bəndinə əsasən tənzimlənir.

Müsbət yaxud mənfi məzənnə fərqi yarandıqda Qaydaların 24.19-cu bəndi tətbiq edilir.

“Tələblərə əsasən açılan digər bank hesabları” üzrə müxabirləşmələr

Aşağıdakı cədvəllərdə  akkreditivlər üzrə əməliyyatlara aid müxabirləşmələrin əsas prinsipləri şərh edilir. Akkreditiv alıcı ilə satıcı arasında ödəniş formalarından biridir. Akkreditiv vasitəsilə hesablaşmalar kontragentlər arasında nağdsız ödənişin bir variantıdır. Akkreditiv üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət edən bank (emitent bank) vəsait alana akkreditivin tələblərinə cavab verən müvafiq sənədlərin təqdim edilməsi şərti ilə vəsait ödəməyi öhdəsinə götürür.

Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN) Əsas
Pul vəsaitləri hesablaşma hesabından akkreditivə köçürülüb 224-1 223 Köçürülən məbləği Bank çıxarışı
Qısamüddətli kreditdən istifadə etməklə akkreditivin açılması 224-1 501 Kreditin məbləği Bank çıxarışı
Uzunmüddətli kreditdən istifadə etməklə akkreditivin açılması 224-1 401 Kreditin məbləği Bank çıxarışı
Pul vəsaitləri təchizatçının hesabına köçürülür 531 224-1 Köçürülən məbləğ Bank çıxarışı
Akkreditiv üzrə istifadə olunmamış vəsaitlər bank hesablaşma hesabına köçürülür 223 224-1 Köçürülən məbləğ Ödəniş tapşırığı Bank çıxarışı

Hesab üzrə mühasibat yazılışlarının aparılması zamanı nəzərə almaq lazımdır ki, analitik uçot hər bir akkreditiv və çek kitabçası üzrə 224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” hesabında ayrıca aparılır. Eyni zamanda xarici valyutada olan pul vəsaitlərinin uçotu üçün yeni subhesab açılır. Analitik uçot ölkə və xaricdəki akkredit və çek kitabçalarında olan pul vəsaitlərinin mövcudluğu və hərəkətini ümumiləşdirir.

ƏDV ödəyicisi olduqdan sonra əvvəlki dövrdə alınmış malların satışı

Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın

posted in: Xəbər | 0

Sərfəli kredit axtarışında olanlar, bu xəbər sizin üçündür. Birbank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Yeni ili çətin maliyyə hesabatları aparmadan, büdcə sıxıntısı çəkmədən dolu-dolu yaşayın deyə bu şansı qaçırmayın.

3 dekabr-15 yanvar tarixlərini əhatə edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.

Qeyd edək ki, kampaniya 12 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq və bayramı dolu-dolu yaşamaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

1 80 81 82 83 84 85 86 2. 680
error: Content is protected !!