Azərbaycanda dövlət rüsumundan daxilolmalar üzrə proqnoz azaldılır

posted in: Xəbər | 0

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 362 milyon manatının və yaxud 0,95 %-nin dövlət rüsumundan daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,2 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Mühasibat xidmətləri

Mənbə: report.az

Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz artırılır