Sökülmüş mənzilin əvəzinə verilən mənzil satılarkən vergi tutulmalıdırmı?
Mülkiyyətimdə olan və 4 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğum Bakı şəhəri, Nərimanov rayonu ərazisində sökülmüş 100 kvadratmetr sahəsi olan mənzil əvəzinə sökülmüş binanın yerində yeni tikilmiş binadan 125 kvadratmetr sahəsi olan mənzil verilib. Yeni əldə etdiyim mənzili … Read More
Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq
Azərbaycanda “Mühasibat uçotu haqqında” qanuna əsasən, mühasibat uçotu subyektlərinin Maliyyə Nazirliyinə təqdim etməli olan maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən “e-mühasibat” elektron portalının yaradılması planlaşdırılır. Bu, Prezident İlham Əliyevin 4 aprel tarixində təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı … Read More
Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin gəlirlərinin vergiyə cəlb olunması
VÖEN-lə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən fiziki şəxs tikinti materiallarının satışı ilə məşğul olan ƏDV ödəyicisi şirkətlə xidmət müqaviləsi bağlayıb, şirkətin məhsullarını təbliğ (reklam) edərək məhsulların satışını təşkil edir. Müqavilənin şərtlərinə görə, hər satılan məhsuldan müəyyən qədər qazanc götürür. … Read More
4 aprel Moldova Respublikasında Mühasib Günüdür
2011-ci ildə bu peşənin maliyyə və iqtisadi əhəmiyyətini nəzərə alaraq, Moldova Respublikasında 4 Aprel – Mühasib Gününün təsis edilməsi haqqında prezident tərəfindən fərman verilib. Fərmanda qeyd olunur ki, mühasibat uçotu fəaliyyətinin iqtisadi və maliyyə əhəmiyyəti, habelə mühasibat uçotu sahəsində çalışan … Read More
İşdən əsassız çıxarılan işçi yenidən işə qayıdarkən əməkhaqqının ödənilməsi
Əsassız yerə işdən çıxarılan işçi yenidən işə bərpa edilərkən ortaya çıxan məsələlərdən biri də ona işdən azad olunduğu müddət üçün əməkhaqqının ödənilməsidir. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir. Əmək Məcəlləsinin 74 cü maddəsinin 2-ci hissəsində göstərilib ki, qanunsuz … Read More
Xarici ölkələrə ezamiyyə (qadağalar və öhdəliklər)
Məlum olduğu kimi müəssisə rəhbərinin əmri ilə işçinin daimi iş yerindən kənara müəyyən müddət ərzində xidməti tapşırığın icrası ilə əlaqədar getməsi xidməti ezamiyyə hesab edilir. Ezamiyyəyə gedən işçi ilə bağlı işəgötürənin aşağıdakı öhdəlikləri mövcuddur: – Ezamiyyə zamanı işçinin orta aylıq … Read More
Bəyannamələri təqdim etmək üçün müddətin sonuncu günü necə tənzimlənir?
Vergi bəyannamələrinin təqdim olunması ilə bağlı son müddət istirahət və ya bayram gününə düşdükdə bəzi suallar meydana gəlir. Mövzunu iqtisadçı Anar Bayramov şərh edir. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. … Read More
Kənd təsərrüfatı məhsullarının ƏDV-yə cəlb olunması
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar əlavə dəyər vergisinin (ƏDV) tətbiqi ilə bağlıdır. Mövzunu maliyyə müxətəssisi Vüqar Mirheydərov şərh edir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası … Read More
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
Maliyyə Nazirliyi məcburi audit subyekti olan kommersiya qurumlarına müraciət edib. Müraciətdə deyilir: “Mülki Məcəlləyə uyğun olaraq mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla MMC-lər illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. SC-lər isə illik hesabatını və … Read More
İstehsalçı sahibkar vergi orqanına hansı məlumatları təqdim etməlidir?
Orta sahibkarlıq subyekti hesab edilən ayaqqabı istehsalçısı istehsal olunan ayaqqabının xammal və material sərfi barədə vergi orqanına məlumat təqdim etməlidirmi? Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mikro və kiçik sahibkarlıq … Read More
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!
DİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq: 1-ci mərhələ (mühasibat uçotu üzrə) 8 may, 2-ci mərhələ (qanunvericilik üzrə) 29 may 2022-ci il tarixində keçiriləcək. İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in … Read More
Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlər hansılardır?
İşçinin əlavə iş yeri və ya qazancı (tənzimləmə, məhdudiyyət və imkanlar) Məlum olduğu kimi mövcud qanunvericilik normaları dövlət qulluğu (həmçinin xüsusi dövlət qulluğu) sayılan iş yerləri istisna olmaqla, hər kəsin əsas və əlavə iş yerinin olmasına, o cümlədən iş vaxtında və … Read More
ƏDV əvəzləşdirilməsi nə vaxt həyata keçirilməlidir?
Əvəzləşdirməyə əsas verən halın cari ayda yox, növbəti aylarda nəzərə alınması ilə bağlı vergi ödəyicilərində müəyyən suallar yaranır. Mövzuya iqtisadçı Anar Bayramov aydınlıq gətirir. Tutaq ki, vergi ödəyicisi 2022-ci ilin fevral ayında aldığı 2.000 manatlıq malın dəyərini bank hesabına, 360 … Read More
Dövlət Vergi Xidmətində Yay Təcrübə Proqramı keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edir. Təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi … Read More
Əmək hüququnun pozuntuları zamanı şərti cərimənin tətbiq olunması
İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi qaninvericiliklə təsbit olunub. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir. İnzibati xətanı törətmiş şəxs barədə cərimənin tətbiqinin əhatə dairəsi İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin 1-ci bəndində müəyyənləşdirilmişdir. Əmək qanunvericiliyinə dair şərti cərimə tətbiq … Read More
Avtomobillərə aksiz vergisinin hesablanması
Vergi Məcəlləsinə son dəyişiklikdə istehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı yenilik edilibmi? İstehsal tarixi 5 il və mühərrikinin həcmi 3500 kubsantimetr olan avtomobilin idxalı zamanı aksiz məbləği necə hesablanır? Dövlət … Read More