Azərbaycan xaricdən əldə edilən dividend üzrə vergi dərəcəsini endirir
Azərbaycanda fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5 %-ə endirilə bilər. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir. Xatırladaq ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin … Read More
Dövlət, kommersiya və vergi sirrini yayan işçilər tam maddi məsuliyyət daşıyacaq
Dövlət, kommersiya və vergi sirrini yayan işçilər tam həcmdə maddi məsuliyyət daşıyacaqlar. Bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Qüvvədə olan qanuna əsasən, işçi işəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə … Read More
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir. Məlumata görə, … Read More
Sahibkarlar üçün nağdsız əməliyyatlarda vergi güzəştləri genişləndirilir
Vergi Məcəlləsinə təklif edilən növbəti dəyişikliklər paketi Milli Məclisin müzakirəsindədir. Strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin gücləndirilməsi və kapital qoyuluşlarının artırılması ilə bağlı hədəflər nəzərə alınmaqla hazırlanmış təkliflərin bir qismi nağdsız əməliyyatların stimullaşdırılmasını əhatə edir. İctimai iaşə sektorunda nağdsız əməliyyatların təşviqi məqsədilə … Read More
Analıq məzuniyyəti ilə bağlı yeniliklər tətbiq ediləcək
Hamiləliyə və doğuşa görə nəzərdə tutulan məzuniyyət dəyişilir. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. Yeni dəyişikliyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən … Read More
İşçilər məzuniyyət zamanı az olmamaqla məvacib alacaq
İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək. Bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş … Read More
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək
Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq Məcəlləyə … Read More
Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq
Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq. Sözügedən məsələ Milli Məclisin Regional siyasət komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü … Read More
Azərbaycanda işçilərin işdən azad edilməsi qaydaları yenilənir
Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə … Read More
Vətəndaşlar üçün mygov-da dövlət qurumlarına rəsmi məktub göndərmə xidməti
Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə … Read More
20 sentyabr iş günü olan bayramlar sırasına daxil edildi
20 Sentyabr – Dövlət Suverenliyi Günü bayram günüdür. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir. 20 sentyabr tarixi … Read More
224 saylı “Tələblərə əsasən açılan digər bank hesabları” üzrə uçot
“Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə açılan hesablar Hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit təşkilatlarında bank hesablaşma hesabları ilə yanaşı digər xüsusi hesablar da aça bilər. Bu hesablara milli və xarici valyutada pul vəsaitləri onların … Read More
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
Sərfəli kredit axtarışında olanlar, bu xəbər sizin üçündür. Birbank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Yeni ili çətin … Read More
Beynəlxalq yükdaşıma xidməti: əsas vergi öhdəlikləri
Vergi Məcəlləsinə əsasən, beynəlxalq yükdaşıma – yüklərin daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Bəs bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin vergi öhdəlikləri necə müəyyən edilir? … Read More
Mikro sahibkarlıq subyektləri vergi güzəştindən yararlana bilərmi?
İş adamlarını maraqlandıran məsələlərdən biri də sahibkarlıq subyektlərinin meyarlarının dəqiqləşdirilməsidir. Vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olması müəyyən edilən zaman təqdim edilən malların, xidmətlərin dəyərinin əlavə dəyər vergisi (ƏDV) illik gəlirə aid edilirmi? Sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. Təcrübədə illik … Read More
Vergilərin hesablanmasında yol verilən yanlışlıqlar
“Müəssisələr öz maliyyə və vergi uçotunu mühasiblərə etibar edirlər. Bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün onlar bütün bacarıqlarını sərf edirlər. Ancaq bəzən vergilərin hesablanmasında müəyyən yanlışlıqlara yol verirlər”. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Səyyar vergi yoxlamaları şöbəsinin … Read More